Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən hərbi hissənin komandiri polkovnik-leytenant Qor Agekyan saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib. Qeyd olunub ki, hadisə ilə bağlı istintaq davam edir. Xatırladaq ki, noyabrın 18-də həmin kənddə yerləşən hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi ölüb, 6 əsgər və 1 zabit yaralanıb. Hadisəyə görə, Ermənistan …
Read More »Türkiyə Milli Təhlükəsizlik Şurası İsveç və Finlandiyaya çağırış edib
Türkiyə Milli Təhlükəsizlik Şurasının yeni ildə ilk iclası Ankarada prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasın yekunları ilə bağlı mətbuat üçün açıqlama verilib. Açıqlamada deyilir ki, NATO-ya daxil olmaq istəyən dövlətlər alyansın qanunlarına və ruhuna uyğun hərəkət etməlidirlər: “Türkiyə Milli Təhlükəsizlik Şurası Üçtərəfli Memorandumdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırır. İsveç və Finlandiya anlaşma memorandumundan …
Read More »Aİ-nin Ermənistandakı missiyası hərbi kontingentə bənzəyir
Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası mülki deyil, hərbi kontingentə bənzəyir. Boyukmillet.com xəbər verir ki, missiyanın rəhbəri 2020-ci ildən Ştutqart Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışan almaniyalı Markus Ritter olacaq. Bildirilib ki, xidmət etdiyi qurumlar onun polis deyil, daha çox hərbçi olduğunu göstərir. Belə ki, M.Ritter Aİ-nin İraqdakı konsultasiya missiyasına rəhbərlik edib, Cənubi Sudan, Gürcüstan və Kosovoda Aİ və BMT missiyalarında …
Read More »Mirzoyanla Borel Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini müzakirə edib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borellə regional məsələləri müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüş zamanı tərəflər regional təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Mirzoyanla Borel Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ətrafında cərəyan edən …
Read More »KİV: “Finlandiya Türkiyəyə silah ixracına lisenziya verib”
Finlandiya Türkiyəyə silah ixracına lisenziya verib. Bu da 2019-cu ildən bəri ilk haldır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Hufvudstadsbladet” nəşri məlumat yayıb. Bildirilib ki, ixrac icazəsi Finlandiyanın “Miilux” polad şirkətinə verilib. Bu şirkət Türkiyəyə hərbi texnika üçün 12 min ton zireh tədarük etmək niyyətindədir.
Read More »Ermənistanda ailə üzvləri əsgərlərin yanğından öldüyünə şübhə edir
Ermənstanda ölən 15 hərbçinin valideynləri övladlarının yanğın nəticəsində öldüyünə şübhə edirlər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Hraparak” qəzetinin hazırladığı araşdırmada bildirilib. Rüstəm Asryan adlı hərbçinin atası Artak iddia edib ki, əsgərlər yanğın baş verənədək zəhərlənərək öldürülüblər: “Yanğın baş verəndə onlar ölü imiş”. Onun sözlərinə görə, ev köhnə olduğu üçün qapısını bir neçə nəfər asanlıqla qıra bilədi. Əsgərin anası Vard …
Read More »Azərbaycanla sərhəd toqquşmaları ilə bağlı Ermənistanda ittiham olunanların sayı 16-ya çatıb
Ötən ilin sentyabr ayında Azərbaycanla sərhəddə baş vermiş hadisələrlə əlaqədar olaraq Ermənistanda ittiham olunanların sayı 16-ya çatıb. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin nəzarət şöbəsinin rəisi Perç Ayvazyan bildirib. Qeyd olunub ki, onlardan 6-sı həbs edilib. Bundan əvvəl İstintaq Komitəsinin sədri Argişti Kyaramyan bəyan etmişdi ki, 2022-ci ilin sentyabrında Ermənistan-Azərbaycan …
Read More »Kreml: “Rusiya ilə Ukrayna arasında danışıqlar üçün heç bir şərait yoxdur”
“Hazırda Rusiya ilə Ukrayna arasında nə de-fakto, nə de-yure danışıqlar üçün heç bir şərait yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Jurnalistlərin sualını cavablandıran Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin imzaladığı “Qismən səfərbərlik haqqında” fərman təkcə lazımi sayda vətəndaşların çağırışını nəzərdə tutmadığından hələ də qüvvədədir. “Qismən səfərbərlik çərçivəsində çağırış müəyyən edilmiş saya çatana qədər …
Read More »İranda üç qadın jurnalist saxlanılıb
İranda üç qadın jurnalist saxlanlıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İran Jurnalistləri Həmkarlar Birliyi məlumat yayıb. Bildirilib ki, Melika Haşimi, Səidə Şafii və Mehrnuş Zarii adlı jurnalistlər Tehranda tutulublar. Məlumata görə, onlar Tehrandakı Evin adlı həbsxanada saxlanılır. Jurnalistlər rejim əleyhinə “təbliğat aparmaq və milli təhlükəsizliyi təhdid etmək”də itiham olunurlar. İran insan hüquqları fəallarının məlumatına görə, 2022-ci ilin sentyabr ayından …
Read More »İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
“İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxmaq imkanını istisna etmir”. Boyukmillet.com “Mehr” agentiyinə istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian bəyan edib. Avropa İttifaqının SEPAH-ın terror təşkilatları siyahısına salması ilə bağlı son qərarını şərh edən nazir deyib ki, hökuməti Avropa ölkələrinin ordularını “terrorçu” kimi tanımağa məcbur edən İran parlamentinin qərarı əks tədbirdir. “Nüvə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar