“Köhnə dünya düzəni dağılır və onun dağıntıları altında qalmamaq vacibdir”. Boyukmillet.com “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının VI qurultayında deyib. Onun sözlərinə görə, hakimiyyətə gəldikdən sonra dövlətçiliyin əsaslarını bərpa etməyə çalışıb: “Lakin tədricən başa düşdüm ki, 30 il ərzində əvvəlki hakimiyyət bu sütunları dağıdıb və bunları müstəqillik bəyannaməsində qeyd olunan müddəalardan ayırıb”. N.Paşinyan …
Read More »KİV: “Krımda partlayış olub, Rusiyanın bir neçə hərbi gəmisi məhv edilib”
Rusiyanın müvəqqəti işğalı altında olan Krım yarımadasında silsilə partlayışlar baş verib, bir neçə hərbi gəmi məhv edilib Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə hərbi jurnalist Andrey Çaplienko məlumat verib. Bildirilib ki, Sevastopol buxtası tamamilə bağlanıb, əraziyə giriş qadağan edilib. Məlumata görə, Rusiyanın Qara Dəniz Donanmasının “Moskva” hərbi gəmisinin batırılmasından sonra yeni flaqmanı olan “Admiral Makarov” freqatı da məhv …
Read More »Rusiyada qismən səfərbərlik başa çatıb
Rusiyada qismən səfərbərlik başa çatıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə edib. Müdafiə nazirinin sözlərinə görə, qarşıya qoyulan 300 min nəfərlik tapşırıq yerinə yetirilib. Qismən səfərbərlik çərçivəsində müxtəlif səviyyəli icra hakimiyyəti orqanlarının 1 300-dən çox nümayəndəsi hərbi xidmətə çağırılıb, 13 min nəfər könüllü olaraq orduya yazılıb. Səfərbərlik çərçivəsində çağırılanların …
Read More »Aİ müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədi boyu ilk şərti patrul xidmətinə gediblər
Avropa İttifaqının (Aİ) müşahidəçiləri İrəvana gəldikdən sonra Ermənistan-Azərbaycan sərhədi boyunca ilk şərti patrul xidmətinə gediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa Müdafiə Agentliyi tviterdə məlumat yayıb. Bildirilib ki, missiyanın işi iki ay üçün nəzərdə tutulub: “Növbəti iki ay ərzində Aİ-nin Müşahidə Missiyası etimad mexanizmlərini gücləndirmək və sərhəd komissiyalarının işinə töhfə vermək üçün Ermənistan tərəfdən Ermənistan-Azərbaycan sərhədində vəziyyətin monitorinqini aparacaq”. Xatırladaq ki, …
Read More »İŞİD İranda törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb
İŞİD terror qruplaşması İranda ötən gün törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.Bu barədə Boyukmillet.com “Le Figaro”ya istinadən xəbər verir.Təşkilatın yaydığı məlumatda bildirilir ki, terrorçu qruplaşmanın yaraqlıları ölkənin cənubundakı Şahçeraq ziyarətgahında dindarlara atəş açıb.Son məlumatlara görə, terror aktı nəticəsində onlarla insan həlak olub və yaralanıb.Daha əvvəl İranın bir sıra mətbu orqanlarından bəziləri terror aktında xarici ölkə vətəndaşının iştirak etdiyini bildiriblər. …
Read More »Türkiyə Silahlı Qüvvələri şəhid verib
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında keçirilən “Pənçə-Kilit” əməliyyatında şəhid verib. Boyukmilet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, dünən – oktyabrın 26-da terrorçularla döyüşdə yaralanan Faim Bozkurt yerləşdirildiyi xəstəxanada bu gün şəhid olub.
Read More »Rusiya Baş nazirinin müavini bu gün Azərbaycana səfər edəcək
Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk bu gün Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, səfərdə məqsəd oktyabrın 27-də Bakıda işə başlayacaq Avrasiya İqtisadi Forumunda iştirak etməkdir. Forumda Azərbaycanın hökumət nümayəndələri, Rusiya Baş nazirinin müavini Aleksey Overçukla yanaşı, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov, “Rosneft”in rəhbəri İqor Seçin, “Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson, “İnteza Bank”ın rəhbəri Antonio Falliko, …
Read More »Rusiya 2026-cı ilədək Azərbaycanla sərhəd-keçid məntəqələrini yenidən quracaq
Rusiya 2026-cı ilədək Azərbaycanla sərhəd-keçid məntəqələrinin yenidən qurulmasını yekunlaşdıracaq. Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinin dövlət sərhədindən buraxılış məntəqələrinin təşkili sahəsində Dövlət siyasəti departamentinin direktoru Mixail Kokoyev bildirib. “Cari ilin sonuna kimi biz Yaraq-Kazmalyar keçid məntəqəsinin yenidən qurulmasının birinci mərhələsini başa çatdıracacağıq. Və onda bizim 1 000-ə qədər nəqliyyat vasitəsini buraxa biləcəyimiz 10 hərəkət …
Read More »Avstraliya Ukraynaya “Bushmaster” zirehli transportyorları göndərəcək
Avstraliya Ukraynaya 30 “Bushmaster” zirehli transportyoru göndərəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə ABC radioyayım korporasiyası məlumat yayıb. Bildirilib ki, Ukrayna hərbçilərinə təlim keçmək üçün Böyük Britaniyaya, təxminən, 70 təlimatçı göndəriləcək. Lakin avstraliyalı təlimatçılar Ukraynaya daxil olmayacaq. Xatırladaq ki, Avstarliya bu həftə Ukraynaya əlavə 200 milyon dollardan çox maliyyə yardımı ayırıb. Bu ölkənin Ukraynaya ümumi maliyyə dəstəyi 655 milyon dolları …
Read More »İranda terror aktı olub, 9 nəfər ölüb, 10-u yaralanıb
İranın Şiraz şəhərində Şahçerağ məqbərəsi yaxınlığında silahlı şəxslər atəş açması nəticəsində 9 nəfər ölüb, 10 nəfər yaralanıb. Məlumatda iki terrorçunun saxlanıldığı bildirilir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar