Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zasın rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə KTMT-nın Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, təşkilatın missiyası İrəvanda işə başlayıb. KTMT missiyasına təşkilatın işçi orqanlarının əməkdaşları olan təşkilata üzv dövlətlərin nümayəndələri daxildir. Xatırladaq ki, nümayəndə heyəti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti öyrənmək üçün Ermənistana …
Read More »Nikol Paşinyan partiya sədrləri ilə görüşüb
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdənkənar siyasi qüvvələrin liderləri ilə görüşüb. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən bildirilib. Görüşdə Ermənistan Xristian Demokratik Partiyasının sədri, politoloq Levon Şirinyan, “Vahid vətən” Partiyasının lideri Mher Terteryan, Sosial Demokrat Hunçak Partiyasının rəhbəri Hambik Sarafyan, “Hnçakyan” Sosial Demokrat Partiyasının İdarə Heyətinin rəhbəri Sedrak Açemyan, Ermənistan Demokratik Partiyasının sədri Tiqran …
Read More »ABŞ institutu: “DXR” və “LXR”in ilhaqı Rusiyanı ziddiyyətli vəziyyətə salacaq”
“Ukraynanın əks-hücumu marionet qüvvələrdə panikaya səbəb olub”. Boyukmillet.com xəbər verir ki, bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (MAİ) analitikləri Ukraynanın Donbas bölgəsindəki qondarma Donetsk Xalq Respublikası (DXR) və Luqansk Xalq Respublikasının (LXR) Rusiyaya birləşmə ilə bağlı referendum keçirmə çağırışlarını təhlil edərkən gəliblər. Bir gün öncə qondarma respublikaların “ictimai palataları” öz rəhbərliyini dərhal “DXR” və “LXR”nin Rusiyanın subyektləri kimi tanınması ilə …
Read More »Türkiyə ordusu Suriyada 6 terrorçunu zərərsizləşdirib
Türkiyə ordusu Suriyanın şimalında “Barış pınarı” əməliyyatı zonasında YPG-nin (PKK-nın Suriya qanadı) 6 terrorçusunu zərərsizləşdirib. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında terror təzahürlərinə qarşı mübarizəni davam etdirəcəyini vurğulayıb. Xatırladaq ki, PKK 1985-ci ildən Türkiyədə bir sıra terror aktları həyata keçirib. Avropa İttifaqı və ABŞ təşkilatı …
Read More »Sərhəd döyüşlərində Ermənistanın 207 hərbçisi ölüb, 293 nəfər isə yaralanıb
Azərbaycanla sərhəddə toqquşmalar nəticəsində Ermənistan silahlı qüvvələrinin 207 hərbçisi ölüb və ya itkin düşüb, yaralıların sayı isə 293 nəfərdir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının yaydığı açıqlamada bildirilib. Qeyd edək ki, sentyabrın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının toplantısı keçirilib. Şurada açıqlama qəbul olunub. Məlumata əsasən, sentyabrın 12-13-də Ermənistanın törətdiyi genişmiqyaslı təxribat nəticəsində …
Read More »Tbilisidə polis ermənilərin Azərbaycan səfirliyinin binası qarşısındakı aksiyasının qarşısını alıb
Gürcüstanın paytaxtı Tbilisidə polis əməkdaşları Azərbaycanın səfirliyi qarşısında ermənilərin aksiya keçirməsinin qarşısını alıb. Boyukmillet.com xəbər verir ki, erməni icmasının nümayəndələri bundan sonra Gürcüstan Xarici İşlər Nazirliyinin binası qarşısına yürüş etməyə cəhd göstəriblər. Təşkilatın sədri Artur Mirzoyan həbs edilib.
Read More »Ermənistanın XİN başçısı ABŞ-a gedir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün ABŞ-a gedəcək. Boyukmillet.com xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb. O, Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak edəcək. A.Mirzoyanın başqa ölkələrdən olan həmkarları və beynəlxalq təşkilatların təmsilçiləri ilə 30-dan artıq görüşü gözlənilir. Qeyd edək ki, bu gün, sentyabrın 19-da ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyası başlayır.
Read More »Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
“Son sutkada Ukraynada Rusiya ordusunun 170 hərbçisi məhv edilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bununla da müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 54 650-ə çatıb. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 212 tank, 4 720 zirehli döyüş maşını, 1 313 artilleriya sistemi, 312 reaktiv yaylım atəşi sistemi, 168 …
Read More »Ermənistanda ölkənin KTMT-dən çıxması üçün nümayişlər keçirilir
Ermənistanın paytaxtı İrəvan şəhərində yüzlərlə fəal, o cümlədən Qərb fondlarından maliyyələşən təşkilatların əməkdaşları tərəfindən Azadlıq meydanında ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması üçün aksiya keçirilir. Bu barədə Boyukmillet.com “TASS”a istinadən xəbər verir. Etirazçılardan biri, sosioloq Karen Sarkisyan bildirib ki, etirazçılar hökumətdən Ermənistanın dərhal KTMT-dan çıxarılmasını istəyir: “Bundan sonra biz real müttəfiqlərimizlə ölkəmizin təhlükəsizliyinin təmin edilməsi imkanları ilə bağlı danışıqlara başlayacağıq”. Etiraz …
Read More »Roma Papası Ermənistan və Azərbaycana sülhlə bağlı çağırış edib
Roma Papası Fransisk Ermənistan-Azərbaycan sərhədində atəşkəs razılaşmasına əməl etməyə çağırıb. Bu barədə Boyukmillet.com “TASS”a istinadən xəbər verir. Roma Papası gərginliyin azaldılması üçün dialoqun vacibliyini vurğulayıb: “Azərbaycan və Ermənistan arasında baş verən son toqquşmalarla bağlı xəbərlər məni çox sarsıtdı. Həlak olanların yaxınlarına mənəvi yaxınlığımı bildirirəm və tərəfləri atəşkəsə hörmətlə yanaşmağa çağırıram. Onlar silahı yerə qoyub dialoqa başlayanda sülh mümkün olur”.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar