“Cəbhədəki vəziyyət tam aydındır. Rusiya əsgərləri yaşamaq istəyirlərsə, döyüş meydanından qaçsalar yaxşıdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib. “Yalnız rus dilini başa düşənlər üçün bir daha təkrar edirəm. Yaşamaq istəyirsinizsə, qaçın. Yaşamaq istəyirsinizsə, təslim olun. Yaşamaq istəyirsinizsə, öz azadlığınız üçün küçələrdə mübarizə aparın”, – dövlət başçısı bildirib. Zelenskinin sözlərinə görə, rusiyalılar “onsuz da çox …
Read More »Fransa və Ermənistanın müdafiə nazirləri görüşüb
Fransanın müdafiə naziri Sebastyan Lekornü ilə Ermənistanın müdafiə naziri Suren Papikyan arasında Parisdə görüş olub. Boyukmillet.com xəbər verir ki, məlumatı Fransa Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, nazirlər Azərbaycanla Ermənistan arasındakı sərhədyanı ərazilərdə vəziyyəti müzakirə ediblər. Fransalı nazir həmin bölgədə vəziyyəti dəyərləndirmək üçün tezliklə Ermənistana nümayəndə göndəriləcəyini qeyd edib. Xatırladaq ki, sentyabrın 26-da Ermənistanın Baş naziri Nikol Paşinyan Fransada …
Read More »Suriyanın şimalında 13 terrorçu zərərsizləşdirilib
Türkiyə ordusu Suriyanın şimalında PKK terror təşkilatının bu ölkədəki qanadının 13 silahlısını zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, PKK/YPG yaraqlıları “Fərat Qalxanı”, “Barış pınarı” və “Zeytun budağı” antiterror əməliyyatlarının aparıldığı ərazilərdə təxribat və hücumlar təşkil etməyə çalışarkən zərərsizləşdiriliblər. Qeyd edək ki, PKK yaraqlıları 1984-cü ildən Türkiyədə bir sıra terror aktları törədiblər. …
Read More »Türkiyə Prezidenti: “Qış yaxınlaşdıqca Qərb narahat olur”
“Qış yaxınlaşdıqca Qərb narahat olur”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Rusiya-Ukrayna müharibəsinin təsirləri fərqli sahələrdə hiss edilir: “Qərb liderləri xalqlarını qışa hazırlaşmağa çağırır. Sülhə gedən yol isə təəssüf ki, açılmır”. R.T.Ərdoğan söyləyib ki, rəsmi Ankara sülh üçün səmimi səylər göstərən yeganə dövlətdir: “Diplomatik uğurumuz bunun ən yaxşı nümunəsidir. Savaşın ilk günlərində bizi …
Read More »Ərdoğan Yunanıstana xəbərdarlıq edib: “ABŞ-dan gələn dəstək sizə kömək etməz”
“Yunanıstanı bizə qarşı təhrik edənlərin niyyətini yaxşı bilirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, rəsmi Ankara çirkli ssenarilərin həyata keçirilməsinə imkan verməyəcək: “Adalara yığılan silahlar bizim üçün mənasızdır. Çünki bizim imkanlarımız daha çoxdur”. Türkiyə lideri Yunanıstana xəbərdarlıq edib: “Özünüzə gəlin. ABŞ-dan gələn dəstək sizə kömək etməz”.
Read More »KİV: “Türkiyənin daxili işlər naziri istefa verib”
Türkiyənin daxili işlər naziri Süleyman Soylunun istefa verməsi ilə bağlı məlumatlar yayılıb. Boyukmillet.com xəbər verir ki, o, ölkənin Nazirlər Kabinetinin sentyabrın 26-da keçirilən iclasında istefa ərizəsini Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib. Dövlət başçısının istefa ərizəsinə nə cavab verdiyi hələ ki, məlum deyil. Bəzi mənbələr R.T.Ərdoğanın istefa ərizəsini qəbul etdiyini bildirib. “Milli Gazete”nın xəbərinə görə, AKP üzvü Faruk Çəlik Türkiyənin …
Read More »Məhv edilmiş erməni hərbçilərin valideynləri Paşinyanın qarşısını kəsmək üçün xiyabana toplaşıblar
Ermənistanda ikinci Qarabağ müharibəsində Azərbaycan hərbçiləri tərəfindən məhv edilən hərbçilərin valideynləri, eləcə də onlara dəstək verən digər şəxslər Yerablur hərbi xiyabanına toplaşmağa başlayıblar. Boyukmillet.com xəbər verir ki, onların arasında “Şərəf duyuram” fraksiyasının deputatları və Ermənistan Respublika Partiyasının nümayəndələri də var. Məhv edilmiş əsgərlərin valideynləri aksiyanın bu gün 2020-ci ildə Qarabağda hərbi əməliyyatların başlanmasının növbəti ildönümü günündə keçiriləcəyini bildiriblər. Onların məqsədi …
Read More »KİV: “Rusiyada hərbi komissrarlığa silahlı hücum olub, hərbi komissar ölüb”
Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində hərbi komissarlığa atəş açılması nəticəsində hərbi komissar ölüb. Boyukmillet.com xəbər verir ki, məlumatı xarici KİV yayıb. Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Ruslan Zini adlı şəxs saxlanılıb. Onun hərbi komissara 6 dəfə atəş açdığı məlum olub. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edib.
Read More »Ukrayna Silahlı Qüvvələri: “İran dronları ABŞ və İsrail PUA-larının keyfiyyətsiz surətidir”
İran dronları ABŞ və İsrail pilotsuz uçuş aparatlarının keyfiyyətsiz surətidir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun sözçüsü Sergeyy Çerevatı “Freedom” telekanalının efirində danışıb. Onun sözlərinə görə, Rusiya təbliğatı İran PUA-larını hansısa “super nailiyyət” və ya “vundervaffe” kimi təqdim etməyə çalışır: “Əslində, bu, Amerika və İsrail PUA-larının vurulduqdan sonra götürə bildikləri pis bir surətidir. Məsələn, onun …
Read More »Rusiya vətəndaşlarının Polşaya girişinə məhdudiyyət qoyulub
Polşada Şengen vizası olan Rusiya vətəndaşlarının hava və dəniz limanları vasitəsilə ölkəyə girişinə məhdudiyyətlər işə salınıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, indi bu Avropa ölkəsinə daxil olmaq üçün heç bir əsası olmayan rusiyalını göyərtəsinə götürən dəniz və hava daşıyıcıları onu öz hesablarına geri göndərməli olacaqlar. Bu tədbirlər əvvəllər avtomobil və piyada keçid məntəqələrində tətbiq edilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar