Cümə axşamı , 2 Aprel 2026

Region

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

“Son sutkada Ukraynada Rusiya ordusunun 170 hərbçisi məhv edilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bununla da müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 54 650-ə çatıb. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 212 tank, 4 720 zirehli döyüş maşını, 1 313 artilleriya sistemi, 312 reaktiv yaylım atəşi sistemi, 168 …

Read More »

Ermənistanda ölkənin KTMT-dən çıxması üçün nümayişlər keçirilir

Ermənistanın paytaxtı İrəvan şəhərində yüzlərlə fəal, o cümlədən Qərb fondlarından maliyyələşən təşkilatların əməkdaşları tərəfindən Azadlıq meydanında ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması üçün aksiya keçirilir. Bu barədə Boyukmillet.com “TASS”a istinadən xəbər verir. Etirazçılardan biri, sosioloq Karen Sarkisyan bildirib ki, etirazçılar hökumətdən Ermənistanın dərhal KTMT-dan çıxarılmasını istəyir: “Bundan sonra biz real müttəfiqlərimizlə ölkəmizin təhlükəsizliyinin təmin edilməsi imkanları ilə bağlı danışıqlara başlayacağıq”. Etiraz …

Read More »

Roma Papası Ermənistan və Azərbaycana sülhlə bağlı çağırış edib

Roma Papası Fransisk Ermənistan-Azərbaycan sərhədində atəşkəs razılaşmasına əməl etməyə çağırıb. Bu barədə Boyukmillet.com “TASS”a istinadən xəbər verir. Roma Papası gərginliyin azaldılması üçün dialoqun vacibliyini vurğulayıb: “Azərbaycan və Ermənistan arasında baş verən son toqquşmalarla bağlı xəbərlər məni çox sarsıtdı. Həlak olanların yaxınlarına mənəvi yaxınlığımı bildirirəm və tərəfləri atəşkəsə hörmətlə yanaşmağa çağırıram. Onlar silahı yerə qoyub dialoqa başlayanda sülh mümkün olur”.

Read More »

Azərbaycan Ermənistanın 32 hərbçisinin meyitini qarşı tərəfə təhvil verib

Azərbaycan Ermənistanın 32 hərbçisinin meyitini qarşı tərəfə təhvil verib. Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib. “Məlum olduğu kimi, cari ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribat törədilmişdir. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində qarşı tərəf xeyli sayda itki vermişdir. Həmçinin bildiririk ki, hərbi əməliyyatlardan sonra bizim nəzarətimizə keçmiş …

Read More »

KTMT missiyası Ermənistan-Azərbaycan sərhədindəki ərazilərə baş çəkib

KTMT-nin missiyası Ermənistan və Azərbaycan sərhədində yerləşən ərazilərə baş çəkib. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. General-polkovnik Anatoli Sidorovun başçılığı ilə KTMT-nin Ermənistandakı missiyasının qabaqcıl qrupu Azərbaycanla sərhəddə bir neçə məntəqədə monitorinq keçirib. Xatırladaq ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə keçirilən növbədənkənar iclasında təşkilatın baş katibi Stanislav Zasın başçılıq etdiyi missiyanın Ermənistana göndərilməsi barədə qərar qəbul …

Read More »

Ərdoğan: “Ermənistan götürdüyü öhdəliklərə uyğun hərəkət etməlidir”

“Ermənistan götürdüyü öhdəliklərə uyğun hərəkət etməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandakı sammitdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. Türkiyə lideri qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təxribatlarından əl çəkməsi və əvvəlki öhdəliklərinə uyğun hərəkət edərək mümkün qədər tez sülh və əməkdaşlığa diqqət yetirməsi vacibdir. “Arzumuz regionumuzda aparılan normallaşma proseslərini uğurla başa çatdırmaq, regional sülh və sabitliyi …

Read More »

Qazaxıstanda prezidentlik müddəti 5 ildən 7 ilədək uzadılıb

Qazaxıstanda prezidentlik müddəti 7 illə məhdudlaşdırılıb. Boyukmillet.com  Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq konstitusiya dəyişikliyini təsdiqləyib. Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 1-də Qazaxıstan xalqına müraciətində növbədənkənar prezident seçkilərinin 2022-ci ilin payızında keçirilməsini təklif edib, eyni zamanda dövlət başçısı prezidentlik müddətinin maksimum sayının ikidən birə endirilməsini, prezidentlik müddətinin beş ildən yeddi ilə qədər artırılmasını …

Read More »

Qazaxıstanın paytaxtının adı yenidən Astana olub

Qazaxıstan paytaxtının adı dəyişdirilib və yenidən Astana adlandırılıb. Boyukmillet.com  Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq konstitusiya dəyişikliyini təsdiqləyib. Xatırladaq ki, 1997-ci ilə qədər Qazaxıstanın paytaxtı Almatı şəhəri olub. Həmin il ölkənin mərkəzi şəhəri Akmolaya köçürülüb. 1998-ci ildə paytaxtın adı dəyişdirilib və Astana adlandırılıb.  Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin istefasından sonra 2019-cu ildə Kasım-Jomart Tokayevin təşəbbüsü ilə paytaxtın adı Nur-Sultana …

Read More »

ŞƏT-in sammitində Səmərqənd Bəyannaməsi qəbul edilib

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının sammitinin yekunu olaraq Səmərqənd Bəyannaməsi qəbul edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik-Uzbekistan” məlumat yayıb. Sammitin əsas sənədi olan Səmərqənd Bəyannaməsi təşkilatın gələcək inkişafı məsələləri, qlobal və regional gündəlikdə duran aktual məsələlər üzrə ŞƏT-ə üzv dövlətlərin vahid mövqeyini əks etdirir. Sənəddə praktiki əməkdaşlığın daha da təkmilləşdirilməsi, regional sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi …

Read More »

Ərdoğan Özbəkistanda səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanda səfərdədir. Boyukmillet.com xəbər verir ki, Türkiyə liderinin rəsmi qarşılanma mərasimi keçirilib. Ərdoğan Özbəkistanın Səmərqənd şəhərində 2 gün davam edəcək Şanxay Əməkdaşlıq (ŞƏT)Təşkilatının növbəti sammitində iştirak edəcək. Qeyd edək ki, sammit çərçivəsində Türkiyə dövlət başçısının bir sıra liderlər, o cümlədən rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlənilir.

Read More »