Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, N.Paşinyan Şarl Mişelə Azərbaycan-Ermənistan sərhədində baş verən hadisə ilə bağlı məlumat verib. Ş.Mişel regionda sülhün və sabitliyin alternativi olmadığını, gərginliyin azaldılması üçün səy göstərməyə hazır olduğunu bildirib.
Read More »Nikol Paşinyan Ermənistanın 49 hərbçisinin öldüyünü etiraf edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddəki gərginlikdə ölən erməni hərbçilərin ilkin sayını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə hökumət başçısı parlamentdə çıxış edərkən danışıb. Onun sözlərinə görə, Ermənistan tərəfi 49 hərbçisini itirib: “Bu, yekun rəqəm deyil”.
Read More »Ermənistan parlamentinin sədri sərhəddə itki verdiklərini etiraf edib
Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsinin silahlı qüvvələrinin Azərbaycanla sərhəddəki hərbi toqquşmalarda itki verdiyini etiraf edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə sentyabrın 13-də parlamentin iclasında bildirib. A.Simonyanın sözlərinə görə, sentyabrın 13-də Azərbaycanla Ermənistan sərhədində baş verən atışma nəticəsində erməni tərəfdən ölənlər və yaralananlar var. Ermənistan parlamenti Azərbaycanla sərhəddə baş verən silahlı toqquşma ilə bağlı toplanıb. Lakin qanunverici orqanda …
Read More »Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 350 hərbçisi zərərsizləşdirilib”
“Son sutkada Ukraynada Rusiya ordusunun 350 hərbçisi məhv edilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 53 300-ə çatıb. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 175 tank, 4 662 zirehli döyüş maşını, 1 279 artilleriya sistemi, 311 reaktiv yaylım atəşi …
Read More »Ermənistanın 10 hərbçisi yaralanıb
Azərbaycan Ordusunun Ermənistanın sərhəddə törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistanın 10 hərbçisi yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Göyçə vilayətinin Martuni şəhər tibb mərkəzindən “Sputnik Armeniya”ya bildiriblər. Məlumata görə, yaralıların 4-ü paytaxt İrəvana aparılıb.
Read More »Ermənistanın baş naziri Fransa Prezidentə zəng edib
Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makronla arasında telefon danışığı baş tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Paşinyan Azərbaycan – Ermənistan sərhəddində baş verənlərlə bağlı Makrona ətraflı məlumat verib. Telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.
Read More »Ermənistan Müdafiə Nazirliyi: “Hərbçilər arasında ölənlər və yaralılar var”
“Azərbaycanla sərhəddə baş verən hərbi toqquşmalar nəticəsində Ermənistan ordusunun hərbi qulluqçuları arasında ölənlər və yaralananlar var” Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. “Məlumatlar indi dəqiqləşdirilir”-deyə, o əlavə edib. Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Read More »Paşinyan fövqəladə iclas üçün hökumət evinə gəlib
Ermənistanın Baş naziri Nikol Paşinyan fövqəladə iclas keçirmək üçün İrəvandakı Hökumət Evinə gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Hökumət Evinin ətrafında polis qüvvələri cəmləşib. Məlumata görə, yaxın dəqiqələrdə ölkə hökumətinin təcili iclası gözlənilir. Həmçinin iddia olunub ki, tezliklə Ermənistan Təhlükəsizlik Şurasının da fövqəladə iclası keçiriləcək.
Read More »Putin və Paşinyan arasında telefon danışığı olub
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, tərəflər Azərbaycanla sərhəddə baş verən hərbi toqquşmalar barədə danışıblar.
Read More »Mövlud Çavuşoğlu Yunanıstana xəbərdarlıq edib: “Kimsənin maşası olmayın”
“Hər kəs ağlını başına yığsın”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Bu, xüsusilə Yunanıstana aiddir, kimsənin maşası olmayın və təhrik etməyin. Çünki Türkiyənin dostluğu qədim olduğu kimi, mübarizəsi də əhəmiyyətlidir”, – o bildirib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
