Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün səylərini davam etdirəcək

ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün öz səylərini davam etdirəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Telefon söhbəti zamanı ABŞ dövlət katibi Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış gərginliklə bağlı narahatlığını ifadə edib.

Antoni Blinken ABŞ-ın regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün öz səylərini davam etdirəcəyini qeyd edib.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …