Cümə , 17 Aprel 2026
Drone Cameras

BMT Baş katibi Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır

BMT-nin Baş katibi Antoniu Quterreş Azərbaycan-Ermənistan sərhədində vəziyyətin yenidən gərginləşməsindən narahatdır.

Onun sözlərinə görə, Baş katib tərəfləri gərginliyin azaldılması üçün addımlar atmağa, maksimum təmkin nümayiş etdirməyə və hər hansı həll olunmamış problemləri dialoq və mövcud formatlar çərçivəsində həll etməyə çağırır.

“O həmçinin tərəfləri əvvəllər əldə edilmiş razılaşmaları tam şəkildə yerinə yetirməyə çağırır. Baş katib regionda davam edən bütün vasitəçilik səylərini dəstəklədiyini bildirir”, – S.Dujarrik bildirib.

Check Also

TƏCİLİ! Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək – RƏSMİ

Rusiya tərəfi 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında AZAL təyyarəsinin qəzası ilə bağlı Azərbaycana kompensasiya …