Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsinə başlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “gazeteKars” məlumat yayıb. Bildirilib ki, Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsini İsrail şirkət həyata keçirir. Qeyd edilib ki, Qars əyalətinin Hakyaka rayonunun İbiş kəndində 20 gündür minalardan təmizləmə işləri görülür. Məlumata görə, gündəlikdə duran əsas məsələ “Doğukapı” sərhəd-keçid məntəqəsinin, “Alican” avtomobil və dəmir yolunun açılmasıdır. Rəsmi qurumlara məsələni şərh etməyib.
Read More »İranda məcburi hicaba qarşı kampaniya başlayıb
İranda məcburi hicaba qarşı “Hicabsız hicab” şüarı altında kampaniya başlayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “İran İnternational” yayıb. Kampaniya ölkənin müxtəlif şəhərlərində dəstəklənib. Vətəndaşlar bununla məcburi hicab geyinməyə və hakimiyyətin zorakılıqlarına etiraz etdiklərini bildiriblər. İranın daxili işlər naziri Əhməd Vahidi məsələ ilə bağlı deyib ki, iffət və hicab kimi məsələləri danışıq və öyüd-nəsihətlə həll etmək mümkündür. Onun sözlərinə görə, hicaba nəzarət …
Read More »Ukrayna Baş Qərargahı: “Son sutkada 100 rusiyalı hərbçi məhv edilib”
“Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 37 570 hərbçisi məhv edilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir. Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri son sutka ərzində isə 100 rusiyalı hərbçini məhv edib. Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 649 tank, 3 832 zirehli döyüş maşını, 839 artilleriya sistemi, 247 …
Read More »Ukrayna İlan adasının işğaldan azad olunması sayəsində taxıl ixracını artırır
Son 4 gündə Ukraynanın 16 ticarət gəmisi Bistre məshəbinin kanalından keçib. Onlar taxılla yüklənməni gözləyirlər. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bistrenin məshəbindən Ukraynanın Dunay limanlarına (“İzmail”, “Reni” və “Ust-Dunaysk”) keçid İlan adasının işğaldan azad edilməsi sayəsində mümkün olub. Əvvəllər Ukraynanın Dunay limanlarında yük daşıyan gəmilər yeganə yoldan – Rumıniyada yerləşən …
Read More »Azərbaycan və Gürcüstanın dörd şəhəri qardaşlaşacaq
Azərbaycanın Şəmkir, Ağstafa, Göygöl və Daşkəsən şəhərləri Gürcüstanın müvafiq olaraq Marneuli, Qardabani, Bolnisi və Dmanisi şəhərləri ilə qardaşlaşacaq. Şəhərlərin qardaşlaşmasına dair Anlaşma Memorandumları iyulun 13-də səfirliyin təşkilatçılığı ilə Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində imzalanacaq. Nümayəndə heyətinə qubernatorun müavinləri, həmçinin Kvemo Kartlinin Rustavi, Bolnisi, Qardabani, Dmanisi, Tetritskaro, Marneuli və Tsalka şəhərlərinin merləri, o cümlədən …
Read More »Rusiya və Türkiyə nümayəndələri arasında yüksək səviyyəli görüşün tarixi məlum olub
Rusiya və Türkiyə nümayəndələri arasında yüksək səviyyəli görüşün tarixi məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Bildirilib ki, görüş İstanbulda keçiriləcək. Nümayəndələr Ukraynadan taxıl ixracı problemini müzakirə edəcəklər.
Read More »Ərdoğan və Putin İranda görüşəcək
İyulun 19-da İranda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin görüşəcəyi gözlənilir. Boyukmillet.com xəbər ki, bu barədə “CNN Türk” məlumat yayıb. Qeyd edək ki, daha əvvəl hər 2 liderin eyni gündə İrana gedəcəyi xəbəri yayılmışdı.
Read More »Rusiyada meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
Rusiyada ilk dəfə meymunçiçəyinə yoluxma faktı qeydə alınıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti məlumat yayıb. Qeyd olunub ki, meymunçiçəyinə Avropadan səfərdən qayıdan bir nəfərdə aşkarlanıb.
Read More »Həbs edilən Ermənistanın sabiq Baş Qərargah rəisinin oğlu azadlığa buraxılıb
Həbs edilən Ermənistanın sabiq Baş Qərargah rəisi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov 1 milyon dram (təxminən 2,4 min dollar – Red) girov müqabilində azadlığa buraxılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a onun vəkili Mihran Poqosyan məlumat verib. Poqosyan qeyd edib ki, məbləğ artıq ödənilib, hazırda müdafiə tərəfi ödənişlə bağlı sübutların təqdim edilməsi üçün cəzaçəkmə müəssisəsinə gedib. Xaçaturov İrəvandakı …
Read More »Armen Qriqoryan: “Tezliklə sülh sazişini müzakirə etmək üçün əsaslı görüşlər olacaq və biz irəliyə gedəcəyik”
“Rəsmi İrəvan yaxın gələcəkdə Bakı ilə sülh sazişi ətrafında danışıqlar aparmağa ümid edir”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib. “Vəziyyəti dalana dirənmiş adlandırmazdım. Sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri səviyyəsində ilk iclasını keçirib, növbəti görüşlər Moskva və Brüsseldə keçirilməlidir. Ümid edirik ki, razılıq əldə olunacaq …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
