Bazar , 15 Fevral 2026

Region

Türkiyə Prezidentinin sözçüsü: “Ermənistanda başqa tərəflər də var”

“Ermənistan sadəcə bir Ermənistandan ibarət deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “Haber Global”a müsahibəsində bildirib. “Ermənistan yoxsul bir ölkədir. Azərbaycan və Türkiyənin iqtisadiyyatı var. Onlar bundan faydalana bilərlər. Qarabağ məsələsində həll ediləsi mövzular var. Üçtərəfli bəyanat imzalanıb, ancaq sülh müqaviləsi bağlanmayıb. İki tərəfin də təsdiqləyəcəyi şərtlər müzakirə ediləcək. Bu proses davam edir. Ermənistan sadəcə Ermənistandan ibarət …

Read More »

Ərdoğan: “Müdafiəmizi istədiyimiz kimi gücləndirə bilərik”

“Amerikalılar Türkiyəyə “Patriot” hava hücumundan müdafiə kompleksi satsaydı, Rusiyadan “S-400”ləri almağa məcbur olmazdıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambeyasının 76-cı sessiyası çərçivəsində ABŞ-a səfəri zamanı “New York Times” qəzetinə müsahibəsində bildirib. Türkiyə Prezidenti Rusiya müdafiə sistemini satın almaqla Qərbin, xüsusilə NATO-nun ayağının altını qazdıqları ilə bağlı tənqidi fikirləri və söhbətləri tamamilə təkzib edib. Ərdoğan NATO-nun …

Read More »

Ermənistanın keçmiş müdafiə nazirinə ölkədən çıxış qadağan edilib

Ermənistan məhkəməsi keçmiş müdafiə naziri David Tonoyanın ölkədən çıxışına qadağa qoyulması barədə vəsatət qaldırıb. Bu barədə Boyukmillet.com  Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edək ki, keçmiş nazir hazırda ev dustağıdır. Bundan əvvəl məhkəmə Tonoyanla birlikdə silah təchizatçısı David Qalstyanın da həbsi ilə bağlı vəsatət qaldırmışdı. Məlumata görə, David Tonoyan və David Qalstyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən 2011-ci ildə keyfiyyətsiz silah …

Read More »

MİT əməliyyat keçirib, PKK-nın Ermənistan üzrə nümayəndəsi məhv edilib

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Suriyanın Kamışlı bölgəsində antiterror əməliyyatı keçirib. Boyukmillet.com xəbər verir ki, məlumatı “Hurriyet” yayıb. Bildirilib ki, antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın İnterpol tərəfindən axtarış olan başçılarında biri, Engin Karaaslan zərərsizləşdirilib. O, 1980-ci illərdə PKK-ya qatılıb. 1990-cı illərdə Suriyanın Dəməşq bölgəsində təlim keçib. 2000-ci illərdə terrorçu PKK-nın Ermənistan üzrə nümayəndəsi olub.

Read More »

Baş nazir: “Saakaşvili Gürcüstana ayaq basan kimi həbs olunacaq”

“Mixeil Saakaşvili artıq 8 ildir Gürcüstana gələcəyini deyir, lakin o, gələ bilməyəcək, çünki qorxaqdır”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, sabiq prezident Gürcüstanda həbs olunacağını yaxşı bilir: “Onun yeganə vəzifəsi və məqsədi ölkəmizdə xaos və qeyri-sabitlik yaratmaqdır. Saakaşvilinin məqsədi və istəyi hakimiyyətə qayıtmaqdır ki, bu, onun və komandasının əlçatmaz arzusudur”. Baş nazir …

Read More »

Kreml Putinlə Ərdoğanın müzakirə mövzularını açıqlayıb

Rusiya prezidenti Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan qarşıdakı danışıqlarda bir çox məsələləri, xüsusi halda, Suriyada, Əfqanıstanda və Liviyada yaranmış vəziyyəti geniş müzakirə edəcəklər. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib. “Düşünürəm ki, ilk növbədə Suriya mövzusu gündəlikdə olacaq, əlbəttə, Əfqanıstan, Liviya barədə və başqa beynəlxalq məsələlər üzrə ənənəvi fikir mübadiləsi …

Read More »

Türkiyə hərbçiləri terrorçulara qarşı xüsusi əməliyyatda 6 silahlını zərərsizləşdirib

Türk Silahlı Qüvvələri xüsusi əməliyyat nəticəsində PKK-nın daha 6 terrorçusunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, qısa müddət ərzində xüsusi əməliyyatla məhv edilən terrorçuların, “Sülh çeşməsi” əməliyyat zonasına hücum hazırlığında olduğu müəyyən edilib. Qeyd edək ki, 1984-cü ildə meydana çıxan PKK terror təşkilatının silahlıları Türkiyədə bir sıra cinayətlər həyata keçirərək, təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşını, habelə 6 800 dinc sakini qətlə …

Read More »

İstanbulda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib

Azərbaycanın 44 günlük Vətən müharibəsinin başlamasının ildönümü münasibətilə Türkiyənin İstanbul şəhərində şəhidlərin anım tədbiri keçirilib. “Report”un Türkiyə bürosu xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondu və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində əvvəlcə İstanbulun tarixi Ayasofya məscidində şəhidlərin ruhuna sübh namazı qılınıb. Sonra Ayasofya qarşısında şəhərdə fəaliyyət göstərən yerli və xarici media qurumlarına Türkiyə gəncləri adından …

Read More »

Rusiya FTX-nin helikopteri qəzaya uğrayıb

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd İdarəsinin aviasiya dəstəsinin “Ka-27” helikopteri Şərqi Arktika ərazisində qəzaya uğrayıb. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar xidmətinin nümayəndəsi bildirib. Bildirilib ki, helikopterin göyərtəsində 5 nəfərdən ibarət ekipaj olub. Məlumata görə, radarlardan itən helikopter Yelizovsk rayonunun Nikolayevka yaşayış məntəqəsindən 10 km şimal-qərbdə aşkarlanıb. Helikopterin axtarışında 13 nəfər və 3 …

Read More »

Moskvada Hərbi Universitetin binasında yanğın olub, 2 nəfər yaralanıb

Rusiya paytaxtı Moskvada Hərbi Universitetin ərazisində baş verən yanğın nəticəsində Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı xəsarət alıb. Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib. Məlumata görə, binadan 100 nəfər təxliyə edilib. Yanğının söndürülməsinə 209 əməkdaş və 72 texnika cəlb olunub. Bildirilib ki, yanğın 1000 kv.m. sahəni əhatə edib. Yanğının səbəbi araşdırılır.

Read More »