ABŞ-ın həm Demokratlar Partiyası, həm də Respublikaçılar Partiyasından olan bir qrup senator Konqresə Aleksey Navalnının həbsi ilə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair qanun layihəsi təqdim edib. Boyukmillet.com xəbər verir ki, müvafiq məlumat Florida ştatının Respublikaçılar Partiyasından senatoru Marko Rubionun saytında dərc edilib. “Senatorlar beynəlxalq hüquq pozuntusu, həmçinin Aleksey Navalnının zəhərlənməsi və həbs edilməsində əli olan rusiyalı məmurlara qarşı məqsədyönlü sanksiyaların tətbiqini nəzərdə tutan …
Read More »Krasnoyarskda matəm elan edilib
Rusiyanın Krasnoyarsk şəhərində avtomobil anbarında baş verən yanğının söndürülməsi zamanı ölən 4 yanğınsöndürənin xatirəsinə Krasnoyarsk diyarında matəm elan edilib. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı diyarın başçısı Aleksandr Ussun Mətbuat xidməti yayıb. O, fevralın 5-ni yanğınsöndürənlərin xatirəsinə matəm elan edib. Qeyd edək ki, fevralın 3-də Krasnoyarsk şəhərində avtomobil anbarında baş verən yanğın nəticəsində 4 yanğınsöndürən ölüb.
Read More »Ermənistanı tərk edərək Rusiya vətəndaşlığı alanların sayı artır
Son 3 il ərzində Ermənistanın təxminən 82 min vətəndaşı Rusiya pasportunu alıb. “Report” “News.am”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi bildirib. Qeyd edilir ki, 2018-ci ildə 27 min nəfərdən çox erməni Rusiya Federasiyasının pasportlarını alıb. 2019-cu ildə 24 min nəfər erməni Rusiyanın vətəndaşı olub. 2020-ci ildə isə bu göstərici bir qədər də artıb. Belə ki, ötən …
Read More »Rusiyaya qanunsuz gedən ermənilər günlərlə ac saxlanılaraq geri qaytarıldılar
Ermənistanın Rusiyaya gedən bəzi vətəndaşları geri qaytarılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tert.am” bildirib. Məlumata görə, bu, Ermənistandakı COVID-19 testlərinin aparılmasında baş verən qanunsuzluqlarla bağlıdır. “Moskvaya birinci reyslə yola düşdük, buraxılış məntəqəsində irəli getməyi qadağan etdilər, bildirildi ki, bizim COVID-19 testimiz qanunsuzdur, nəticədə bizi deportasiya etdilər. Soruşdum nə olub, cavab verdilər ki, mən Rusiya Federasiyasının sərhədini qanunsuz sənədlə keçməyə …
Read More »Gömrükçülər Rusiyadan qanunsuz gətirilən dərman preparatları aşkarlayıb
Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi DAF markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. Bu barədə Boyukmillet.com DGK-ya istinadən xəbər verir. Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin salonunda, səsgücləndirici üçün nəzərdə tutulan yerin arxasındakı …
Read More »Tbilisidə silahlı şəxslər supermarketə basqın edib
Tbilisidə iki silahlı şəxs Çitaya küçəsində yerləşən “Spar” supermarketinə basqın edib. Boyukmillet.com xəbər verir ki, hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub. Həyata keçirilən xüsusi əməliyyat nəticəsində qarətçilər həbs olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı istintaqa başlanılıb.
Read More »Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirib
Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 2-də Təhlükəsizlik Şurasının iclasını keçirib. Boyukmillet.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb. İclasda Ermənistanda və Azərbaycanın Qarabağ bölgəsindəki humanitar və təhlükəsizliyə dair bir sıra məsələlər müzakirə olunub.
Read More »Məhkəmə Robert Köçəryanın Ermənistanı tərk etməsinə icazə verib
Ermənistan məhkəməsi keçmiş prezident Robert Köçəryanın ölkədən kənara çıxmasına icazə verib. Boyukmillet.com TASS-a istinadən bildirir ki, Yerevan məhkəməsi bununla bağlı müvafiq qərar qəbul edib. Məlumata görə, sabiq dövlət başçısı fevralın 3-dən 8-dək ölkədən kənara çıxa biləcək. Qeyd edək ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 …
Read More »Türkiyədə partlayışlar törətməyi planlaşdıran İŞİD terrorçusu saxlanıldı
Türkiyənin şimal-qərbindəki Yalova əyalətində xüsusi antiterror əməliyyatı keçirilib. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu özünün tvitterdəki hesabında bildirib. Məlumata görə, əməliyyat nəticəsində ölkədə partlayışlar törətməyi planlaşdıran İŞİD silahlısı saxlanılıb. “Yalovadakı əməliyyat uğurla başa çatdı. Yalova Polis İdarəsinin Terrorla mübarizə şöbəsini və prokurorluğun əməkdaşlarını təbrik edirəm”, – deyə nazir yazıb.
Read More »Türkiyədə koronavirusun yeni mutasiyası sürətlə yayılır- Səhiyyə naziri
Türkiyədə koronavirusun yeni mutasiyası sürətlə yayılır. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının mutasiya olunmuş versiyasının yayılması genişlənirNazir bildirib ki, hazırda ölkənin 17 şəhərində 128 nəfərdə koronavirusun İngiltərədə aşkar edilən növü tapılıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar