Naxçıvan Muxtar Respublikasındakı Ağdərə-Nəsirvaz filizləşmə sahəsində 251 paqonmetr dərinliyində axtarış-kəşfiyyat quyusu qazılıb. Boyukmillet.com xəbər verir ki, bu, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi tədbirlərin davam olaraq baş tutub. Belə ki, Nazirliyin Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi 2023-cü ilin dekabr ayından Naxçıvan iqtisadi rayonu ərazisində qara, …
Read More »İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 26 % artıb
2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 142 sənaye müəssisəsi fəaliyyət göstərib. Boyukmillet.com xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 25,7 % çoxdur. Məlumata görə, bunun 82,4 %-i və ya 117-si Qarabağ iqtisadi rayonunun, 17,6 %-i və ya 25-i isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb. Bu da, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 25,8 % və 25 % çoxdur. Hesabat dövründə işğaldan azad edilmiş ərazilərdə sənaye fəaliyyəti ilə məşğul olmaq üçün …
Read More »Ağdam Sənaye Parkında yeni istehsal sahəsi yaradılır
“Xtra Plast” MMC-yə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Boyukmillet.com xəbər verir ki, müəssisədə plastik tara istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 3,8 milyon manat olan müəssisədə 20 nəfər işlə təmin ediləcək. İstehsal olunan məhsulların daxili bazara satılması nəzərdə tutulur.
Read More »Rusiya şirkəti Sumqayıt Kimya Sənaye Parkında istehsal müəssisəsi yaradacaq
İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Rusiyanın “Himtek Engineering” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Boyukmillet.com xəbər verir ki, sənədi qurumun İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Rusiya şirkətinin baş direktoru Sergey Luqovskoy imzalayıblar. Memoranduma əsasən, Rusiya şirkəti Sumqayıt Kimya Sənaye Parkında dəyəri 100 milyon ABŞ dolları olan istehsal müəssisəsi yaradacaq və kimya məhsulları istehsal edəcək. 100 nəfərin işləyə …
Read More »Qarabağ və Şərqi Zəngəzurun potensialı hesabına partlayıcı maddələrinin istehsalı 2 dəfə artırılacaq
Azərbaycanda ilk Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodunda fəaliyyətin ilkin mərhələsində illik 14 min ton ANFO və H-ANFO partlayıcı maddələrinin istehsalı nəzərdə tutulub.Boyukmillet.com xəbər verir ki, bu barədə “AzerGold” QSC-yə məxsus “Azerblast” MMC-nin icraçı direktoru Rizvan Baxşıyev bu gün keçirilən 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun dağ-mədən sənayesi üzrə mövcud potensialı, …
Read More »“AzerGold” 2024-cü il üçün hasilat planını açıqlayıb
2023-cü ildə “AzerGold” QSC-nin tərəfindən 63,7 min unsiya qızıl hasil edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu “AzerGold”un fəaliyyət dövrü ərzində ən yüksək illik göstəricidir. Z. İbrahimov qeyd edib ki, ötən il 114,3 min unsiya gümüş hasilatı həyata …
Read More »Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarına pul yatırmağa dəvət edilib
Azərbaycan Türkiyə şirkətlərini işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarına investisiya yatırmağa dəvət edib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib. Məlumata görə, Türkiyənin Bursa Ticarət və Sənaye Palatasına daxil olan şirkətlərin əməkdaşlarından ibarət nümayəndə heyətinin Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib. Səfər çərçivəsində Türkiyədə kimya sənayesi sahəsində fəaliyyət göstərən 15-dən çox şirkətin əməkdaşı iştirak …
Read More »Mikayıl Cabbarov: “Azərbaycanda sənaye zonalarına 471 milyon manat investisiya yatırılacaq”
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2023-cü ildə rezidentlik verdiyi 26 sahibkarlıq subyekti Azərbaycanda sənaye zonalarına və məhəllərinə 471 milyon manat investisiya yatıracaq. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, bunlardan 7-si Ağdam Sənaye Parkının, 5-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 8-i Sumqayıt Kimya Sənaye Parkının, 3-ü Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Məhəlləsinin, 2-i Sabirabad …
Read More »“Daşkəsən” dəmir filizi yataqları qrupunda geoloji tədqiqatlar davam etdirilir
“AzerGold” QSC-nin törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” (DDF) MMC tərəfindən ölkəmizin ən böyük qara metal yataqları kompleksi olan “Daşkəsən” dəmir filizi yataqları qrupunun istismarı layihəsi çərçivəsində geoloji tədqiqatlar uğurla davam etdirilir. Ötən dövr ərzində yataqlar qrupuna daxil olan “Cənub-şərq” və “Şimal-qərb” yataqlarında aparılan geoloji kəşfiyyat işlərinin nəticəsi olaraq yerin təkində olan resurslarda 69.7 milyon ton artım əldə edilib. Bununla …
Read More »Mikayıl Cabbarov: “Qeyri-neft sektorunun inkişafı üçün sənayeləşmə siyasəti seçilib”
Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün sənayeləşmə siyasəti seçilib. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimində bildirib. Nazir qeyd edib ki, bu layihə Azərbaycanla Türkiyə arasında hərtərəfli münasibətlərin daha bir təzahürüdür, türk şirkətinin ölkəmizə birbaşa sərmayəsidir. “Dərman istehsalı hər bir dövlət üçün …
Read More »