Azərbaycanda Nipah virusu ilə bağlı hər hansı yoluxma halı qeydə alınmayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, virus Azərbaycan üçün endemik hesab edilmir və mövcud epidemioloji vəziyyətə əsasən əhaliyə real təhlükə mövcud deyil: “Daxili yayılma riski aşağı qiymətləndirilir və proses Səhiyyə Nazirliyi tərəfindən daim nəzarətdə saxlanılır. Nipah virusu Paramyxoviridae ailəsinə …
Read More »7 ölkəyə məxsus 19 müəssisənin məhsullarının Azərbaycana idxalına qadağa qoyulub
7 ölkəyə məxsus 19 müəssisənin məhsullarının Azərbaycana idxalına qadağa tətbiq edilib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycana il ərzində 107 ölkədən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətə aid müxtəlif növ məhsullar idxal edilib: “İdxal prosesində aparılan yoxlamalar zamanı 787 …
Read More »Naftalan neftinin keyfiyyətli və təhlükəsiz olması barədə təsdiqedici sənədlər veriləcək
Naftalan neftinin keyfiyyətli və təhlükəsiz olması barədə təsdiqedici sənədlər veriləcək. Boyukmillet.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi 2026-2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair Tədbirlər Proqramında əksini tapıb. Proqrama əsasən, Naftalan neftinin və ondan hazırlanan …
Read More »Azərbaycanda daha bir meyit donordan böyrək transplantasiya olunub
Azərbaycanda beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən biri uzun illər dializ müalicəsi alan və orqan gözləyən İsrafil Məmmədova tam uyğun gəlib. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, axşam saatlarında İsrafil Məmmədovun beyin ölümü keçirməsi ilə bağlı məlumat dərhal Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin komandasına ötürülüb. Donor böyrəyi şəxsə Mərkəzi Klinikanın Transplantasiya şöbəsində transplantoloq-cərrah …
Read More »Respublika Klinik Uroloji Xəstəxanasının direktoru vəzifəsindən azad olunub
Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev vəzifəsindən azad olunub. Məlumatı TƏBİB təsdiqləyib. Qeyd edilib ki, F.Babayev öz ərizəsi ilə işdən azad edilib.
Read More »Azərbaycanda Cənubi Qafqazın ən böyük Robotik Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb
Azərbaycanda Cənubi Qafqazın ən böyük Robotik Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb. Boyukmillet.com xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində (“Medinex 2025”) çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, mərkəz Yeni Klinikanın tərkibində yaradılıb və 3600 kvadratmetr sahəni əhatə edir: “Burada gün ərzində 500-ə yaxın pasiyentin qəbulu nəzərdə tutulub”.
Read More »Bu gündən heyvan bazarları bağlanır
Bu gündən etibarən Azərbaycan üzrə fəaliyyət göstərən heyvan bazarları müvəqqəti bağlanır. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yayıb. Bildirilib ki, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması müşahidə olunur və bu, region ölkələri, o cümlədən Azərbaycan üçün real risk yaradır. Qərara əsasən, bu gündən heyvan bazarlarında dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılacaq. …
Read More »Biologiya fakültəsinin məzunu Pərvin Xəlilova həkim işləyir? – RƏSMİ CAVAB
Bakıda yerləşən “Məlhəm” hospitalında doğulan körpənin vəziyyətinin həkim səhlənkarlığı səbəbindən ağır olduğu iddia edilir. Doğuşu gerçəkləşdirən həkim Pərvin Xəlilova düzgün doğuşu yerinə yetirilmədiyini və doğuşdan sonra öz cinayət xarakterli əməllərini pərdələmək məqsədilə ananı ittiham eddiyi iddia edilir. Həmçinin, zərərçəkənin yaxını sosial şəbəkələrdə bildirib ki, həkim Azərbaycan Tibb Universitetini deyil, BDU-nun biologiya fakültəsini bitirib. Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza …
Read More »Xətaidə vəhşi heyvanların qanunsuz saxlanıldığı restorana xəbərdarlıq edilib
Bakı şəhəri, Xətai rayonunda yerləşən “Kolorit” restoranında vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində saxlanması ilə bağlı monitorinq keçirilib. Bu barədə Boyukmillet.com Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, baxış zamanı heyvan və quşların baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkar olunub. Heyvan və quşların növü, miqdarı müəyyən edilib, onların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı …
Read More »KTM-də azyaşlının bağırsağından maqnitlər və batareya çıxarılıb
Kliniki Tibbi Mərkəzdə (KTM) 9 yaşlı uşağın bağırsağından maqnitlər və batareya çıxarılıb. KTM-dən verilən məlumata görə, sentyabrın 11-də azyaşlı qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, qusma və bədən hərarətinin yüksəlməsi şikayətləri ilə KTM-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib. Valideynlə aparılan söhbət zamanı məlum olub ki, uşaq autizm spektr pozuntusundan əziyyət çəkir və yad cisim udmağa meyillidir. Aparılan rentgenoloji müayinədə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar