Çərşənbə axşamı , 8 Aprel 2025

Sağlamlıq

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, son sutkada infeksiyaya 6 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 4 nəfər isə sağalıb. Sutka ərzində xəstəlikdən ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 829 271 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 795 nəfər müalicə olunaraq sağalıb, hazırda 323 aktiv xəstə var. Bu günə …

Read More »

Bakıda hipermarketə silahlı hücum zamanı yaralanan şəxsin vəziyyəti qənaətbəxşdir

Bakıda hipermarketə silahlı hücum zamanı yaralanan Samir Şeydayevin vəziyyəti qənaətbəxşdir. Xəstəxananın baş həkimi Cabir Gülmalıyev isə bildirib ki, Samir Şeydayev martın 4-də ağır vəziyyətdə “Liv Bona Dea Hospital”a köçürülüb və reanimasiya şöbəsinə yerləşdirilib: “Süni tənəffüs aparatı ilə təmin olunduqdan sonra müvafiq müalicəyə başlanılıb və həkimlərin səyi nəticəsində müalicə fonunda xəstənin vəziyyəti qənaətbəxş hesab edilib. Xəstə süni tənəffüs aparatından ayrılıb və …

Read More »

Bu il İrandan Azərbaycana gətirilən istehlaka yararsız portağal məhsulunun həcmi 1 400 tonu keçib

Bu il İrandan idxal edilən istehlaka yararsız portağal məhsulunun həcmi 1400 tonu keçib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Nəzarət tədbirləri çərçivəsində İrandan idxal edilən portağal məhsulu partiyalarına fitosanitar baxış keçirilib, müayinələrin aparılması məqsədilə məhsullardan nümunələr götürülərək agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Sınaq protokolları nəticəsində idxal olunmuş ümumilikdə 1438 tondan artıq 72 portağal …

Read More »

ÜST Bakıdan bütün ölkələrə müraciət edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Bakıdan bütün ölkələrə müraciət edib. Boyukmillet.com-un xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus X Qlobal Bakı Forumu çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması struktur: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusunda keçirilən növbəti panel iclasa ünvanladığı videomüraciətində səsləndirib. “Hazırda minilliyin hədəflərindən uzaqlaşmışıq. Bizim təşkilat 5 prioritet təklif (təşviq, təminat, …

Read More »

Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib – VİDEO

EGE Hospitalın,  SƏHİYYƏ TV-nin və  Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin təşəbbüsü ilə 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib. EGE Hospitalda baş tutan xeyriyyə aksiyası zamanı “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin 20 üzvü müxtəlif laborator və diaqnostik müayinələrdən keçib, qan analizləri veriblər. Müayinələr zamanı səhhətində problem aşkarlanan xanımlara yerində peşəkar tibbi məsləhətlər verilib. Aksiya iştirakçıları müəyyən xəstəliklərlə …

Read More »

Ombudsman: “Dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir”

“Dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin martın 7-də keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib. Onun sözlərinə görə, dərman vasitələrinin keyfiyyəti narahatlıq yaradan problemlərdən biridir: “Eyni tərkibli, lakin müxtəlif ölkələrdə istehsal olunan dərmanların orqanizmə təsiri həmin dərmanların keyfiyyəti məsələsinə ciddi yanaşma tələb edir. Bu baxımdan, …

Read More »

Gəncədə baş həkim vəzifəsindən azad olunub

Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Hafiz Abdullayev işdən çıxarılıb. Boyukmillet.com xəbər verir ki, o, yaş həddinə görə tutduğu vəzifədən azad olunub. Qeyd edək ki, H.Abdullayev uzun illər həmin xəstəxanda çalışıb. O, bölgə üzrə tanınmış həkimlərdən biridir.

Read More »

İrandan Azərbaycana gətirilən 13 ton bibərdə zərərli orqanizm aşkarlanıb

İrandan Azərbaycana gətirilən 13 ton bibərdə zərərli orqanizm aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Qeyd olunub ki, İrandan idxal olunan “Ballı Store N” MMC-yə məxsus 7 425 kq, “Amotrade” MMC-yə məxsus 6 010 kq bibər məhsuluna keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində karantin tətbiq olunan zərərli orqanizm – qonur qırışıqlıq virusu aşkar olunub. Faktla bağlı qanunvericiliyə uyğun …

Read More »

Azərbaycanda avtobus sürücülərinin sağlamlıq və psixoloji vəziyyətinə nəzarətin artırılması təklif olunur

Azərbaycanda avtobus sürücülərinin sağlamlıq və psixoloji vəziyyətinə nəzarətin artırılması təklif olunur Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb. Sənəddə sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi, gecikmələrin və sıxlığın qarşısının alınması məqsədilə xidmət keyfiyyətinin artırılması, istismarda olan avtobusların texniki sazlığına, sanitar-gigiyenik normalara nəzarətin gücləndirilməsi, avtobusların sayının və aralıq müddətinin (intervalın) …

Read More »

Pulsuz dərman preparatlarının siyahısının genişləndirilməsi təklif edilir

Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısının genişləndirilməsi təklif edilir. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb. Məruzədə bildirilib ki, imtiyazlı qruplardan olan və dövlət hesabına dərman preparatları ilə təmin edilən şəxslərin sağlamlığının qorunması hüququnun daha səmərəli təmin edilməsi məqsədilə “Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nın …

Read More »