Cümə axşamı , 2 May 2024

Siyasət

Türkiyə və İran XİN başçıları arasında görüş başlayıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında görüş başlayıb. Boyukmillet.com xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərində keçirilir. Nazirlər ikitərəfli münasibətləri, regional və beynəlxalq prosesləri müzakirə edirlər. Qeyd edək ki, İran XİN başçısı regional tur çərçivəsində daha öncə Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstanda səfərdə olub.

Read More »

“Bəyanatların heç birində Minsk Qrupunun rolu olmayıb” – Azay Quliyev ATƏT PA-nın iclasında sərt danışdı

Yanvarın 26-da ATƏT PA-nın onlayn Büro iclası keçirilib. İclasda bir çox məsələlərlə yanaşı qurumun fevral ayında Vyanada keçiriləcək qış sessiyasına hazırlıq vəziyyəti müzakirə edilib, ATƏT-in yeni seçilmiş Baş katibi xanım Helga Şmidin ATƏT ərazisində mövcud münaqişələrin və digər çağırışların həlli ilə bağlı məruzəsi dinlənilib. İclasda çıxış edən ATƏT PA-nın vitse-prezidenti və Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev Qarabağ …

Read More »

Prezident QHT-lərlə bağlı fərman imzaladı

“Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanında dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № …

Read More »

Naxçıvan nümayəndəliyinin rəhbəri Əfqanıstan səfiri ilə görüşüb – FOTOLAR

Boyukmillet.com xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhunla görüşüb. Görüşdə iki dost və qardaş ölkə arasındakı münasibətlər, regional proseslər, tranzit imkanları, Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı əlaqələr,rəsmi səfərlər və digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb.

Read More »

Elman Nəsirov-Əli Əliyev debatı: Övladın müharibəyə niyə getməyib? — VİDEO

Bu gün Müsavat TV-nin canlı yayımında debata çıxan millət vəkili Elman Nəsirovla VİP sədri Əli Əliyev arasında maraqlı müzakirələrdən biri də müharibə və vətənpərvərlik mövzusu olub.Demokrat.az xəbər verir ki, debatın gedişində E.Nəsirov hər zaman vətənpərvərlikdən danışan Əli Əliyevin övladlarının müharibədə iştirak edib-etmədiyini soruşub. Bununla da anlaşılmazlıq yaranıb: Ə.Əliyev əvvəlcə 3 oğlu olduğunu və onların çağırış gəlmədiyi üçün müharibəyə getmədiklərini bildirib. Daha …

Read More »

İlham Əliyev Şuşa rayonu üzrə xüsusi nümayəndəni videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı qəbulda çıxış edib. Prezident İlham Əliyev deyib: – Mən sizi Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi vəzifəsinə təyin edirəm. Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu məsuliyyəti dərk edəcəksiniz və öz işinizlə qarşınızda …

Read More »

Azərbaycanın XİN başçısı Fransanın dövlət katibini qəbul edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə  Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Tərəflər bölgədə mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı …

Read More »

Azərbaycan hərbi əməliyyatları niyə dayandırdı? – Hikmət Hacıyev açıqladı

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın 10 noyabr üçtərəfli bəyanata imza atmasının səbəbini açıqlayıb. Boyukmillet xəbər verir ki, H.Hacıyev Atlantik Şurası Avrasiya Mərkəzinə müsahibəsində deyib ki, Azərbaycan Ermənistandan qoşunların işğal altındakı ərazilərdən çıxarılması üçün qrafik verilməsini tələb edirdi. “Azərbaycan hərbi əməliyyatları o şərtlə dayandırmağa hazır idi ki, Ermənistan öz qoşunlarının bütün işğal edilmiş ərazilərdən …

Read More »

Vasif Talıbov məmuru işdən çıxararaq yeni vəzifə verdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdir müavini vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, şöbə müdirinin müavini Sahir Kamil oğlu Rüstəmov işdən çıxarılıb. Daha sonra o, “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin sədr müavini təyin edilib.

Read More »