Cümə , 5 Dekabr 2025

Siyasət

Əgər Rusiya ərazilərinə zərər dəymiş olsaydı Azərbaycan humanitar yardım edərdi

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Karasinin son açıqlamalarını provokativ sayır: “Gah deyir ki, Xankəndidə konsulluq açılsın, gah Donbasa dəstəkdən dəm vurur. Hiss olunur ki, Rusiyada hansısa dairələrin təlimatını yerinə yetirir. Rusiya dövləti yaxşı bilir ki, Azərbaycan bu addımı atmayacaq. Çünki ərazi işğaldadır. Əgər Rusiya ərazilərinə zərər dəymiş olsaydı Azərbaycan humanitar yardım edərdi. Misal üçün Belqorod, Kursk, …

Read More »

Bakıda Türk Dövlətləri Qiymətləndiriciləri Forumu keçirilib

Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin Üçüncü Beynəlxalq Forumu keçirilib. Boyukmillet.com xəbər verir ki, Forumda türk dövlətləri qiymətləndirmə birliklərinin rəhbər və nümayəndələri, qonaq qismində Rusiya, Gürcüstan və Belarus qiymətləndirmə şirkətlərinin rəhbər və təmsilçiləri, eləcə də Azərbaycanın İqtisadiyat, Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Mərkəzi Bankının nümayəndələri və deputatlar iştirak edib. Forumun məqsədi türk dövlətləri qiymətləndiriciləri arasında əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə daşımaqdır. …

Read More »

Avropalı deputatlar Azərbaycanlı məmurlara sanksiya tələb edir

Avropa Parlamentinin deputatları Cənubi Qafqazda insan hüquqlarının pozulması ilə bağlı bəyanat yayıb. Bəyanatın Azərbaycanla bağlı hissəsində bildirilir ki, bu ölkədə fərqli fikrin bütün formalarına qarşı amansız repressiya var. “Biz Qubad İbadoğlunun ibtidai istintaqının bu yaxınlarda bir ildən artıq uzadılmasını və onun saxta ittihamlarla təqibinin davam etməsini pisləyirik. Biz Avropa Parlamentinin Azərbaycan hakimiyyətini bütün ittihamları dərhal dayandırmağa çağırışını təkrar edirik. Ona qarşı …

Read More »

Sabiq XİN başçısından Xankəndidə rus konsulluğu “ideyasını” dəstəkləyənlərə cavab

Məlum olduğu kimi, son günlər Rusiyanın Xankəndidə konsulluq açmaq niyyətilə bağlı aktiv müzakirələr gedir. Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin bildirib ki, ölkəsi Xankəndidə konsulluq açmaq niyyətindədir. Onun bu açıqlaması Azərbaycan cəmiyyətində kifayət qədər kəskin mənfi reaksiya və narazılıqla qarşılanıb. Buna baxmayaraq, təəssüf ki, hətta Azərbaycan parlamentinin bəzi üzvləri bu “ideyaya” dəstək xarakterli çıxışlar edirlər. Azərbaycanın sabiq …

Read More »

Əli İnsanova “konstruktiv müxalifət mandatı” verilə bilər

Sabiq nazirin  məhkumluğunun üzərindən götürülməsi ilə bağlı məhkəməyə müraciəti ilginc iddialara səbəb olub Sabiq səhiyyə naziri, Haqq-Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov məhkəməyə müraciət etməsi ilə bağlı ötən sayımızda xəbər vermişdik.    Keçmiş nazir məhkumluğunun üzərindən götürülməsi ilə bağlı məhkəməyə ərizə yazıb. Məhkəmənin yaxın günlərdə onun müraciətinə baxaraq müvafiq qərar qəbul edəcəyi gözlənilir.  Əli İnsanov 2005-ci il oktyabrın 20-də Milli Məclisə …

Read More »

Belçika səfiri: COP29 iqlim konfransı Azərbaycan diplomatiyası üçün əla məqam olacaq

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanla iqlim dəyişikliyi ilə mübarizə üzrə konfransda iştirak edən bütün ölkələr arasında siyasi münasibətlərə təkan verəcək. Bunu “Report”a müsahibəsində Belçikanın Azərbaycandakı səfiri Mişel Petersmans deyib. Onun sözlərinə görə, belə genişmiqyaslı tədbirin ölkədə keçirilməsi Azərbaycan diplomatiyası üçün əla məqam olacaq: “Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq şirkətlərə özünü göstərmək imkanıdır ki, onlar …

Read More »

Söyüş blogerlərini Azərbaycandakı hansı məmur maliyyələşdirir? – AÇIQLAMA

Avropada “siyasi mühacir” adı altında blogerlik fəaliyyətilə məşğul olan bəzi şəxlərlə bağlı bir sıra iddialar yayılıb. KİV-lərdə və sosial şəbəkələrdə tirajlanan məlumatlara görə, Azərbaycandakı bəzi məmurlar xaricdəki blogerlərə informasiya ötürür, onların maliyyələşdirilməsində xüsusi rol oynayırlar. İddia olunur ki, bəzi blogerləri Avropaya məhz bu məmurlar göndərib.Bu iddialar nə dərəcədə həqiqətdir, doğrudanmı Azərbaycanda xaricdəki blogerləri maliyyələşdirən məmurlar var, belədirsə onlar kim ola …

Read More »

Müsavat başqanlığına namizəd direktor müavini tərəfindən BELƏ ÖLDÜRÜLÜB – Vəkil hər şeyi AÇIQLADI

Müsavat fəalı Natiq Ulubəyin dəhşətli qətlinin təfərrüatları ortaya çıxıb. Boyukmillet.com Musavat.com-a istinadən xəbər verir ki, qətllə bağlı vəkil Nemət Kərimli “Basta”ya açıqlama verib. Deyib ki, Natiq Ulubəy ölümündən bir müddət əvvəl öz bacısına müraciət edərək çalışdığı 55 saylı orta məktəbdə direktor müavini Elsevər İslamov tərəfindən əsassız təzyiqlərə məruz qaldığını bildirib. “Natiq Ulubəy ali təhsilli olsa da, ixtisasına uyğun işlə təmin …

Read More »

Cahit Bağçı: Azərbaycan dövlətinə və xalqına daim sülh, rifah, tərəqqi arzu edirikCahit Bağçı: Azərbaycan dövlətinə və xalqına daim sülh, rifah, tərəqqi 

Azərbaycan dövlətinə və xalqına daim sülh, rifah və tərəqqi arzu edirik. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı rəsmi “X” hesabındakı paylaşımında deyib. “Bu gün qardaş Azərbaycan Respublikasının müstəqilliyinin 106-cı ildönümüdür. Bu əlamətdar gün münasibətilə bütün qardaşlarımızı ürəkdən təbrik edir, Azərbaycan dövlətinə və xalqına daim sülh, rifah, tərəqqi arzu edirik”, – paylaşımda bildirilib.

Read More »

Səbinə Əliyeva Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti ilə görüşdü – FOTO

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Quzey Kıbrıs Türk Cümhuriyyətinin Ombudsmanı İlkan Varolun dəvəti əsasında bu ölkədə səfərdədir. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində Ombudsman Səbinə Əliyeva Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar ilə görüş keçirib. Görüş zamanı Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib, beynəlxalq təşkilatlarla, xarici ölkələrin ombudsman …

Read More »