Bazar , 19 May 2024

Siyasət

“Əbülfəs Qarayevin korrupsiyada iştirakı araşdırılır” — YAP-dan AÇIQLAMA

Hüquq-mühafizə orqanları Mədəniyyət naziri Əbülfəs Qarayevin nazirlikdə aşkar olunan korrupsiya cinayətlərində iştirakının mümkünlüyünü araşdırır. Boyukmillet.com  xəbər verir ki, bunu “Yeni Müsavat” qəzetinə müsahibəsində hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. Siyavuş Novruzov nazir Əbülfəs Qarayevin nazirlikdə geniş yayılmış korrupsiya barədə bilə bilmədiyi ilə bağlı fikirlərini bölüşüb.  Millət vəkili hesab edir ki, nazir hər halda tabeçiliyində …

Read More »

Birləşmiş Ukrayna-azərbaycanlıları konqresinin aztəminatlı ailələrə yardımını davam etdirir

Koronavirus pandemiyasının başlanğıcından etibarən Azərbaycan Respublikasının və şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin dövlət siyasəti dəyişməz olaraq qalır: “Dünyanın hansı yerində olmağından asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarına yardım göstərmək”. Birlәşmiş Ukrayna-azәrbaycanlıları konqresindәn Boyukmillet.com-a verilәn mәlumata әsasәn karantin dövründә 1500-ә yaxın sosial yardıma ehtiyacı olan ailәlәrә yardım göstәrilib. Bildirilir ki, Odessa şәhәrindә 400, Çernovçı 200, Lvov 100, Krivoy 100, Dnepr 200, …

Read More »

Kəmaləddin Heydərov generalı yeni vəzifəyə təyin edib – Dəyişiklik

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr təyinatları olub. Bununla bağlı nazir Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, Bakı Regional Mərkəzinin rəisi, polkovnik Hikmət Abbasov daxili rotasiya qaydasında Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi təyin edilib. Nazirin digər əmri ilə Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, general-mayor İsrail Əliyev Bakı Regional Mərkəzinin rəisi təyin olunub. FHN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Read More »

KORRUPSİYA VƏ RÜŞVƏTXORLUĞA QARŞI MÜBARİZƏNİN GÜCLƏNDİRİLMƏSİ REGİONAL İNKİŞAF ÜÇÜN YENİ PERSPEKTİVLƏR AÇACAQ

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan hərtərəfli islahatların ən əsas elementlərindən biri də korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsidir. Bu məqsədlə milli səviyyədə həm inzibati, həm də institusional üsullardan geniş istifadə olunur və olunacaqdır.Bildiyimiz kimi, korrupsiya və rüşvətxorluğun davamlı inkişafa dağıdıcı təsiri danılmaz bir faktdır. Bu gün ölkəmizdə korrupsiya və rüşvətxorluğun mövcudluğu ilk növbədə həyata keçirilən əhatəli iqtisadi və …

Read More »

Şuranın təşkilatçılığı ilə “Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə” mövzusunda videokonfrans keçirilib

 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Real TV ilə birgə təşkil etdiyi “Evdə qalaq, bilgi alaq!” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyası çərçivəsində mayın 13-də “Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə” mövzusunda yerli və xarici vətəndaş cəmiyyəti nümayəndələri ilə birlikdə videokonfrans keçirilib. Azərbaycan, Böyük Britaniya, Rusiya, Türkiyə, Polşa, Bosniya və Herseqovina, Ukrayna, Slovakiya, Yunanıstan, Fransa vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin …

Read More »

Bəxtiyar Əsgərov: Bəzi saytlarda guya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin əməkdaşının vəzifə səlahiyyətlərini aşması ilə bağlı həbs edildiyi barədə yayılmış xəbərlər yalandır

Bəzi saytlarda guya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin əməkdaşının vəzifə səlahiyyətlərini aşması ilə bağlı həbs edildiyi barədə xəbərlər yayılıb. Rəsmi olaraq bildirirəm ki, bu məlumat tamamilə yalandır”. Boyukmillet.com xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov deyib. B.Əsgərov qeyd edib ki, dünyanın koronavirusla mübarizə apardığı həssas dövrdə bu cür uydurma və heç bir əsası olmayan məlumatların …

Read More »

Əlövsət Baxşıyev Baş nazir vəzifəsindən azad edildi – FƏRMAN

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  mayın 14-də  Əlövsət Baxşıyevin Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilməsi haqqında Fərman imzalayıb. Boyukmillet.com-un məlumatına görə, Fərmanda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Əlövsət Qəzənfər oğlu Baxşıyev Naxçıvan Muxtar Respublikasının  Baş naziri vəzifəsindən azad edilsin”

Read More »

“Fonda yığılan vəsaitdən hələ ki, 1 manat da xərclənməyib” – İlham Əliyev

“Mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunda artıq 100 milyon manatdan çox vəsait yığılıb. Hələ ki, 1 manat da xərclənməyib. Biz Fondun fəaliyyəti və nəzarət mexanizmi üçün ictimai nəzarət formatı da yaratdıq. Bu, bir daha göstərir ki, vətəndaşlar, sahibkarlar həmrəylik, birlik nümayiş etdirirlər. Ona görə qabaqlayıcı tədbirlərin görülməsi birinci mərhələdə imkan verdi ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq”. Boyukmillet.com …

Read More »

Epidemiya elan etməməsi üçün Çin Ümumdünya Səhiyyə Təşkilatına təzyiq edib – ABŞ kəşfiyyatından sensasiyalı hesabat

Koronovirus epidemiyası ilə bağlı həyəcan siqnalı verməməsi üçün Çin yanvar ayında Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) təzyiq göstərib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) hesabatında deyilir.  “Newsweek” jurnalının iki kəşfiyyat əməkdaşı tərəfindən təsdiqlənən MKİ hesabatına istinadən yaydığı xəbərdə ÜST fövqəladə vəziyyət elan edəcəyi təqdirdə Çinin əməkdaşlığı kəsəcəyini bildirilir. ÜST mətbuat katibi Kristian Lindmayer “Newsweek”ə verdiyi açıqlamada …

Read More »