Cümə , 5 Dekabr 2025

Siyasət

Prezidentin köməkçisi ATƏT/DTİHB-nin rəyinə münasibət bildirdi

“Azərbaycan xalqı parlament seçkilərində bir daha öz iradəsini ifadə etdi” Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 9-da ölkəmizdə keçirilən parlament seçkilərini izləmiş xarici müşahidəçilərin rəyləri ilə bağlı sualları cavablandırıb. -Hikmət müəllim, fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçirildi. Seçkiləri izləmiş xarici müşahidəçilərin açıqladığı rəyləri necə qiymətləndirirsiniz? -Əvvəla, qeyd etmək istərdim …

Read More »

İlk Cümhuriyyət dövründə Ermənistan üçün qoparılmış torpaqlarımız…

Cəbi Bəhramov: “Zəngəzurun ermənilərə verilməsi, əslində isə sadəcə, Sovet Rusiyasının təzyiqi ilə “bağışlanması” istiqamətində daha bir ciddi addım 1920-ci il dekabrın 1-də atıldı” Zaman-zaman tarixi torpaqlarımıza iddialı olan ermənilər öz havadarlarının dəstəyilə Azərbaycan ərazilərinə sahibləniblər. Onlar bu torpaqların gerçək sahibləri deyillər, buna baxmayaraq, qəsb etdikləri torpaqlarımızı özlərinki saymaqda davam edirlər. Hiylə, məkrlə, özlərinin və arxa-dayaqlarının zoru gücünə qəsb etdikləri torpaqlarımızı …

Read More »

Mövlud Çavuşoğlu: “Rusiya və İran Suriyada hücumları dayandırmalıdır”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Monteneqroya səfəri çərçivəsində paytaxt Podqoritsada həmkarı Srdcan Darmanoviçlə birgə keçirdiyi mətbuat konfransında Suriyadakı vəziyyətlə bağlı sualı da cavablandırıb.  Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, o, məsələylə bağlı rəsmi Moskva və Tehrana çağırış edib.  “Suriyada rejimin arxasında duran Rusiya və İran onun aqressiyasının qarşısını almalıdır”, – deyə XİN başçısı vurğulayıb.  Xatırladaq ki, Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin fevralın 10-da hücumu …

Read More »

İSBAM – dan seçki dəyərləndirməsi

Azərbaycanda növbədənkənar parlament seçkiləri baş tutmuş sayıldı. Seçki günü çox əlverişsiz havaya baxmayaraq, səs verən vətəndaşların ümumi sayı seçkinin nəticələrini elan etmək üçün əsas vermiş oldu. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirdiyi ilk mətbuat konfransında seçkinin ümumi nəticələrini açıqlasa da, bəzi dairələrlə bağlı yekun qərarın verilmədiyini bildirdi. İlk açıqlamada bildirildi ki, 17 saylı Yasamal 3-cü Seçki Dairəsi, 35 saylı …

Read More »

SPİKER VƏ MÜAVİNLƏRİ KİMLƏR OLACAQ? – Dəyişiklik növbəsi Milli Məclis rəhbərliyinə çatdı

Yeni parlamentin tərkibinin necə olacağı haqqında təsəvvürlər tam şəkildə özünü doğrultdu.  Hakim Yeni Azərbaycan Partiyası 75 mandatla parlament çoxluğunu, Vətəndaş Həmrəyliyi Partiyası isə 3 deputatla ana müxalifəti təşkil edir. Ötən çağırış Milli Məclisdən iki partiya sədri – Araz Əlizadə və Fərəc Quliyev istisna olmaqla, qalan siyasi təşkilatlar da bir mandatla kifayətlənməli oldular. ReAL Partiyası isə qurucu üzvü Erkin Qədirlinin 16 saylı Yasamal ikinci Seçki Dairəsindən deputat seçilməsi ilə …

Read More »

“Onların mənfi rəyinə çoxdan öyrəşmişik“ – İlham Əliyev

“Ən önəmlisi, bu seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir”.  Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Prezident beynəlxalq müşahidə missiyalarının mənfi rəyləri haqda fikirlərini qeyd edib: “O ki qaldı bəzi beynəlxalq müşahidə missiyalarının rəyinə, biz onların mənfi rəyinə çoxdan öyrəşmişik. Onların bəzi hallarda rəyi seçkilərdən öncə …

Read More »

Ən yüksək faiz Vasif Talıbov, ən aşağı faiz Razi Nurullayev – İLK VƏ SON BEŞLİK

Mərkəzi Seçki Komissiyası fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində bütün dairələr üzrə qalib olan namizədlərin siyahısını açıqlayıb. Boyukmillet.com Komissiyanın saytına istinadən ən yüksək və ən aşağı səs faizi ilə rəqiblərini üstələyən deputatların siyahısını təqdim edir.  1 saylı Şərur-Sədərək Seçki Dairəsinin qalib namizədi  Vasif Talıbov 94.6 % səslə rəqiblərini üstələyib. Vasif Talıbov bütün 125 dairədən seçilən namizədlər arasında ən yüksək səs faizi …

Read More »

Prezident “Azərenerji” ASC-nin “Dübəndi” yarımstansiyanın açılışında iştirak etdi – YENİLƏNİB

Fevralın 10-da Prezident İlham Əliyev Bakının Pirallahı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Dübəndi” yarımstansiyanın açılışında iştirak edib. Boyukmillet.com-un xəbərinə görə, “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev dövlətimizin başçısına yarımstansiyada görülən işlər barədə məlumat verib. Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar enerji sektorunun inkişafında da özünü aydın şəkildə göstərir. …

Read More »

Prezident İlham Əliyev səs verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs vermək üçün Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəliblər. Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb. Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs veriblər. Qeyd …

Read More »

Parlament seçkilərini 78 mindən çox müşahidəçi izləyəcək

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 77 790 yerli müşahidəçi qeydiyyatdan keçib. “Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, onlardan 35 152-i siyasi partiyaların müşahidəçiləridir. M.Pənahov bildirib ki, seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. MSK sədri vurğulayıb ki, onlar 58 ölkə vətəndaşlarıdır. Qeyd edək ki, Azərbaycan …

Read More »