Cümə , 22 Noyabr 2024

Siyasət

Qərbi Azərbaycan İcması – Ermənistana qarşı uzaqvuran “silahımız”

Əziz Ələkbərli: “34 il əvvəl Qərbi Azərbaycandan qovulan qaçqın soydaşlarımız öz doğma ocaqlarına qayıtmalıdırlar” Azərbaycanda yeni yaradılan Qərbi Azərbaycan İcması aktiv fəaliyyətə başlayıb. Belə ki, 2022-ci il avqustun 3-də Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyinin Ümumi Yığıncağında təşkilatın“Qərbi Azərbaycan İcması adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub. Yeni inzibati bina ilə təmin olunan icmanın heyəti tam formalaşdırılaraq, yeni hədəfləri …

Read More »

Müəllimlərə bostan əkməyi məsləhət edən deputata cavab

Deputat Rüfət Quliyevin müəllimlərlə bağlı açıqlaması sosial şəbəkə əhlinin narazılığına səbəb olub. Belə ki, millət vəkilinin “Azərbaycanda son 4 ildə mikro və orta sahibkarlığa imkan yaradılıb. Yetər ki, insanlar bu sahədə aktiv olsunlar. Dövlət buna hər cür şərait yaradıb və bütün süni formada olan problemlər yığışdırılıb. Ona görə də, istənilən işi vicdanla görəndə insanın qazancı da olur. Yəni, insanlar elə …

Read More »

Samir Adıgözəlli: “İllərdir ki, Azərbaycan həmin diasporlara pul qoyur, hanı nəticə?”

Bugünlərdə Şuşada keçirilən növbəti beynəlxalq konfransa dəvət edilən ABŞ və Fransanın ölkəmizdəki səfirləri yenə həmin şəhərə səfərdən imtina etdi. İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları, şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunan konfransda ABŞ və Fransa səfirlərinin iştirak etməməsi diqqət çəkir. Belə ki, Azərbaycan tərəfindən hər iki …

Read More »

“Böyük Qayıdış və yurdlara dönüş” mövzusunda ictimai müzakirə keçirilib

Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun təşəbbüsü, Azərbaycan Milli QHT Forumunun, Beynəlxalq Avrasiya Mətbuat Fondunun və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın və İctimai Nəzarət Mərkəzinin təşkilatçılığı ilə 01 sentyabr 2022-ci ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunun konfrans zalında “Böyük Qayıdış və yurdlara dönüş” mövzusunda ictimai müzakirə keçirildi. Tədbir Azərbaycan Milli QHT Forumunun …

Read More »

Dövlət Komitəsinin sədri Samir Adigozəllini hədələyir

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin İSBAM sədri Samir Adigozəlli bir müddətdir ki, Diasporla iş üzrə Dövlət Komitəsində baş verən korrupsiya halları barədə kəskin çıxışlar etməkdə davam edir. Onun Komitə sədri Fuad Muradov haqqında söylədikləri ictimaiyyət tərəfindən də müzakirələrə yol açıb. Bu günlərdə Komitə rəhbərliyinə yaxınlığı ilə seçilən şəxs tərəfindən Samir Adigozəllinin hədələnməsi cəmiyyət birmənalı olaraq qarşılanmayıb.İSBAM sədri mətbuata açıqlamasında …

Read More »

“Fars rejiminin anti-Azərbaycan siyasəti intihardan başqa bir şey deyil” – Əziz Ələkbərli

İrandaki şovinist fars rejimi yüz ildir anti-Azərbaycan, anti-türk siyasəti yeridir. İran İslam Respublikasının ölkəmizə qarşı sərgilədiyi anti-Azərbaycan mövqeyi artıq ölkəmizdə gündəm mövzusuna çevrilib.   Boyukmillet.com xəbər verir ki, millət Vəkili Əziz Ələkbərli Missiya.Az-a açıqlamasında bildirib ki, İranın hakim dairələri Azərbaycanın dostu olan hər kəsə düşmən, Azərbaycanın düşməni olan hər kəsə dost münasibəti bəsləyir: “Xarici havadarlarının köməyi ilə hakimiyyəti ələ keçirmiş fars azlığı hakimiyyətdən uzaqlaşdırılmış …

Read More »

Bu qan İrəvanda və digər tarixi torpaqlardakı MƏŞƏLLƏRİ də YANDIRACAQ – Derya Akdemir

“Müqavimət, hücum, sonda Qələbə ilə bitən böyük mübarizə. Bu gün Qələbəmizin 100 illiyidir. O qan həmişə eyni qandır. Avqustun 30-da zəfər məşəllərini alovlandıran qan Qarabağda Novruz atəşini yandıran həmin qandır. Bir gün bu məşəlləri İrəvanda və digər tarixi torpaqlarda da yandıracaq… Düşmən o gündən qorxsun”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Publika.az-a Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi, araşdırmaçı yazar Dr. Derya Akdemir …

Read More »

İlham Əliyev Özbəkistanın mədəniyyət xadimlərini təltif edib – SİYAHI

Prezident İlham Əliyev Özbəkistan Respublikasının mədəniyyət xadimlərinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Dostluq” ordeni ilə təltif ediliblər: İsmayılov Haşimjon Nəsirli Əli Heydər oğlu Urinbayev Kamoliddin Turdimuratoviç.

Read More »

Bakının dəvətinə naz göstərən rəsmi Paris yaxın dövrdə Şuşa həqiqətini anlayacaqdir

İctima Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli ABŞ və Fransa səfirlərinin Şuşaya dəvət edildiyi halda səfərdən imtina etmələrinə münasibəd bildirib. İSBAM sədri Boyukmillet.com-a verdiyi açıqlamada bildirir ki: ABŞ və Fransa səfirliklərinin bu hərəkəti Azərbaycan xalqına, onun dövlətinə, ərazi bütövlüyünə hörmətsizlik, qərəzli mövqe kimi qiymətləndirilməlidir. 160 dan çox səfirlik və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı etdiyi mötəbər tədbirə qatılmamaq bölgədə …

Read More »

Azərbaycan-Qazaxıstan münasibətlərində yeni səyfə açılmaqdadır

Elşən Səfərov: Tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi son dərəcə vacibdir. Prezident İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin dərinləşdirilməsinə böyük önəm verir. Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərir. İki dövlət arasında ən müxtəlif sahələrə dair …

Read More »