Çərşənbə axşamı , 9 Dekabr 2025

Siyasət

Sabir Rüstəmxanlı:”NATO bölgədə genişlənir, Rusiya nüfuzunu qorumağa çalışır”

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun iyunun 23-də Azərbaycana səfəri gözlənir. Son günlər isə Azərbaycana ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid və Dövlət katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə köməkçisinin müavini Kara Makdonald gəlmişdi. Bunun dərhal ardınca S.Lavrovun səfərinin gözləndiyinin açıqlanması təsadüfdürmü? S.Lavrov niyə gəlir? VHP sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası …

Read More »

Adil Əliyev: Şuşa Bəyannaməsi qurtuluşumuzun təzahürüdür

1993-cü ilin iyununda Azərbaycan tarixində ən ağır, ən acınacaqlı və çətin dövrlərdən birini yaşayırdı. Ölkədə tüğyan edən siyasi hərc-mərclik və faktiki çoxhakimiyyətlilik, iqtisadi tənəzzül, günü-gündən ağırlaşan sosial durum, Ermənistanın hərbi təcavüzü, müxtəlif xarici qüvvələrin artıq işə düşmüş məkrli planları fonunda fəlakətin astanasında olan ölkədə xalqın ümidi qırılmaqda idi. Bütün ümidsizliyinə və xəyal qırıqlığına baxmayaraq Azərbaycan xalqı bu vəziyyətdən nicat yolunu …

Read More »

Samir Adıgozəlli: Şuşa bəyannaməsi həm də qardaşlıq əhdidir

Türkiyə ilə Azərbaycan arasında imzalanmış tarixi Şuşa Bəyannaməsinin bir ili tamam olur. 2021-ci il 15 iyunda iki qardaş ölkənin liderlərinin Şuşada imzaladığı sənəd müttəfiqliyin daha da yüksəlməsidir. Ötən bir il ərzində Türkiyə-Azərbaycan qardaşlığı, müttəfiqliyi daha da inkişaf edib. Biz bu yaxınlaşmanı Bakıda keçirilən möhtəşəm Teknofestlə bir daha gördük. Hər iki ölkənin “şahin”ləri Bakı səmasında qürurverici uçuşlar etdi, mənzərələr yaratdı. Cənab …

Read More »

15 İyun xalqımız üçün əsl qurtuluş tarixidir

Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci …

Read More »

Yevlaxda 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş silsilə tədbirlər davam edir

Yevlax Şəhər İcra Hakimiyyəti və “Yevlax Gənclər Evi” Sosial Xidmət Müəssisəsi tərəfindən 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini- İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, “Yevlax Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Elgün Əzizov və Müəssisəsinin əməkdaşları iştirak etmişdir. Tədbiri “Yevlax Gənclər Evi” SXM-nin direktoru Elgün …

Read More »

Fatma Yıldırım: Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək

Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü ilin 15 iyun tarixi gün olmaqla yanaşı, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata …

Read More »

AZƏRBAYCAN XALQI 15 İYUN QURTULUŞ GÜNÜNÜ HƏR İL BÖYÜK FƏXR VƏ QÜRURLA QEYD EDİR

1993-cü il iyunun 15-i o qədər də uzaq olmayan bir tarixdir və bir çoxumuz həmin tarixi günlərin canlı şahidləri və iştirakçılarıyıq. Həmin vaxt Azərbaycan öz tarixinin ağır və ağrılı günlərini yaşayırdı. Bir tərəfdə Ermənistan ordusunun ərazilərimizin işğalını davam etdirməsi, digər tərəfdə daxildə separatçı qüvvələrin baş qaldırması, üstəgəl hakimiyyətdaxili qarşıdurmalar – bütün bunlar Azərbaycan dövlətini və dövlətçiliyini uçurumun qarşısına qədər gətirmişdi. …

Read More »

VHP-dən Rusiyaya etiraz: suverenliyimizin əleyhinə istənilən addımın qarşısı alınacaq

Uzun illər Azərbaycan torpaqlarının işğal altında qalmasında birbaşa iştirakçı olan Rusiya yenidən separatçı ermənipərəst mövqeyini ortaya qoyub. Bu dəfə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov İrəvanda Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikir səsləndirib. Sonradan Rusiya XİN  fikirlərə düzəliş etsə də Lavrov kimi peşəkar diplomatın məlum fikirləri təsadüfi, yanlışlıqla  …

Read More »

Samir Adıgözəlli: 44 günlük müharibədən sonra onlar Paşinyanı qəbul etmir

Ermənistanın diasporla iş üzrə ali komissarı Zareh Sinanyanın Los-Ancelesdə erməni icması ilə görüşü alınmayıb. Sinanyanı “vətən xaini” adlandıran erməni icması onu ABŞ-da etirazla qarşılayıb. İnternetdə yayılan görüntülərdən məlum olur ki, Sinanyan iclasın keçiriləcəyi zala daxil olan zaman iştirakçılar onu fitə basaraq, “Zareh, satqın” və bu kimi şüarlarla qarşılayıblar. Tədbirin təşkilatçısı erməniləri sakitləşdirməyə çalışsa da, xaotik durumun qarşısını almaq mümkün olmayıb. …

Read More »

Rusiyanın təcavüzü: regional xaosdan qlobal fəlakətə doğru

Rusiyanın Ukraynaya xain təcavüzü onsuz da təlatümlü olan qlobal təhlükəsizlik sistemini ciddi şəkildə sarsıdıb. İndi ekspertlər dünya geosiyasətinin halını qeyri-müəyyənlik və risklərin yüksək səviyyədə olduğu “superturbulent vəziyyət” adlandırırlar. Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Qərb ölkələri kollektiv şəkildə 21-ci əsrdə beynəlxalq hüquqa və fundamental bəşəri dəyərlərə məhəl qoyulmamasına birmənalı reaksiya və qiymət veriblər. Hətta Kremlin Belarusdan başqa Rusiya və Putinin ümid …

Read More »