Şənbə , 27 Aprel 2024
Drone Cameras

Yevlaxda 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş silsilə tədbirlər davam edir

Yevlax Şəhər İcra Hakimiyyəti və “Yevlax Gənclər Evi” Sosial Xidmət Müəssisəsi tərəfindən 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir.


Dəyirmi masada Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini- İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, “Yevlax Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Elgün Əzizov və Müəssisəsinin əməkdaşları iştirak etmişdir.

Tədbiri “Yevlax Gənclər Evi” SXM-nin direktoru Elgün Əzizov açaraq dedi ki, Heydər Əliyevin Azərbaycanın siyasi səhnəsinin birinci şəxsi kimi fəaliyyətə başlaması və onun ölkə həyatına gətirdiyi əzəmətli inkişaf meyilləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübuta yetirmək üçün ən dəyərli nümunələrdən sayıla bilər.

Bu nümunə həm də ona görə xüsusi çəkiyə malikdir ki, Heydər Əliyev özünün siyasi taleyində sözügedən sosioloji qanunauyğunluğu iki dəfə sübuta yetirməli olub.

Azərbaycan tarixinin Heydər Əliyevin aktiv siyasi fəaliyyəti dövrünə təsadüf edən iki böhranlı mərhələsində xalqın və ölkənin xilası və inkişafının əsasının qoyulması bilavasitə onun möhtəşəm tarixi xidməti kimi qəbul edilir və dəyərləndirilir. Bu mənada, Heydər Əliyevin timsalında tarixdə şəxsiyyətin rolu özünün ən bariz ifadəsini tapmış olur.

Heydər Əliyev ən təhlükəli anlarında Azərbaycan xalqının öz taleyini ona etibar etməkdə yanılmadığını möhtəşəm qayıdışın elə ilk aylarında sübuta yetirə bildi.

Qısa bir zaman kəsiyində ölkəni bir neçə il ərzində taqətdən salan hərc-mərcliyə qətiyyətlə son qoyuldu, sabitlik və əmin-amanlıq təmin edildi, hərtərfli böhran cilovlandı, erməni təcavüzünün Azərbaycanın dərinliklərinə irəliləməsinin qarşısı alındı.


Heydər Əliyevin xilaskarlıq missiyasının fəlsəfəsinə xas olan fərqləndirici cəhətlərdən birinin haqqında da fikir mübadiləsi aparılmasına ehtiyac duyulmaqdadır.

Heydər Əliyev şəxsiyyətinin əzəməti və miqyası onun tarixi qayıdışının mənasını yalnız xilaskarlıq missiyası ilə məhdudlaşdırmağı qeyri-mümkün edir. Əslində, o, Azərbaycanın düçar olduğu vəziyyətdən xilasını geniş planda ölkədə nəinki yeni siyasi, həm də iqtisadi və mənəvi situasiyanın yaradılmasında görürdü.


Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini- İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxışında bildirdi ki, tarixin səhifələrində nəinki iz salmaq heç onu vərəqləmək belə hər adama nəsib olmur.

Müxtəlif zaman kəsiyində müxtəlif şəxsiyyətlər millətləri,xalqları ağır,çıxılmaz durumdan xilas edib onu inkişafın hamar yoluna gətirmişlər. Məhz Ulu Öndər belə şəxsiyyətlərdəndir. Elnarə Əzizova çıxışında qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısı Möhtətərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən davam etdirilir.

Belə ki, 30 ildir düşmən tapdağında olan əzəli tarixi torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibə nəticəsində geri qaytarıldı. Artqı Ölkəmiz dünyanın ən güclü Ölkələri ilə bir sırada durur. Möhtərəm Prezidentimiz Ata vəsiyyətini yerinə yetirərək Azərbaycanımız ərazi bütövlüyünü bərpa etdi.


Sonda çıxış edən Müəssisənin psixoloqu Əhməd Yusifli, dərnək rəhbəri Ləman Cəfərova öz çıxışlarında qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyev xalqımızın,dövlətimizin uğurlu gələcəyini təmin edən strategiya və taktika müəyyənləşdirməklə kifayətlənməyib.

Bütün bunları cəsarətlə, ağılla həyata keçirmək qabiliyyətinə malik olub.


Tədbirdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Check Also

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

Avropa Birliyinin Parlamenti aprelin 23-ü uyğurların məcburi əməyi nəticəsində istehsal olunan Çin məhsullarının bazara daxil …