Bazar , 7 Dekabr 2025

sosial

AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirilib

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) tərkibində Elmi-Metodiki Şuranın ilk toplantısı keçirilib. AQC-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən XQ-yə verilən məlumata görə, iclası giriş sözü ilə açan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc Elmi-Metodiki Şuranın yaradılması zərurəti barədə danışıb. O qeyd edib ki, Azərbaycanın ilk assosiativ ictimai birliklərindən olan AQC qiymətləndiricilərin bilik və bacarıqlarının …

Read More »

“Bunlar manyakdır…Mənə toxunanları Allaha tapşırıram” –Cahangir Əsgərov

AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun ölkədən getdiyi, hazırda İspaniyada yaşadığı barədə məlumatlar yayılıb. Həmçinin Cahangir Əsgərovun banklardan birində 170 milyon manat vəsaitinin olduğu, həmin məbləğdən  hər ay 1 milyon 200 min manat gəlir əldə etdiyi qeyd olunub. Boyukmillet.com xəbər verir ki, Cahangir Əsgərov Manset.az-a açıqlamasında deyilənləri təkzib edib. C.Əsgərov qeyd edib ki, hazırda öz bağında istirahət edir: “Əlbəttə, bu məlumatlar yanlışdır. Mən bilmirəm, bunu …

Read More »

Daha yeddi qiymətləndirmə şirkəti AQC-yə üzv olub

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə heyətinin növbəti toplantısı keçirilib. Qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, toplantıda AQC-nin VIII hesabat-seçki konfransına hazırlıq məsələləri müzakirə olunub.  Konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Fərid Rüstəmov bildirib ki, may ayının 3-də baş tutacaq konfransda AQC üzvü olan 100-dən artıq qiymətləndiricinin iştirakı nəzərdə tutulub. O bildirib ki, yığıncaqda dövlət rəsmiləri, Milli Məclisin deputatları, ictimai …

Read More »

“Şərurlu İsfəndiyar ağzına gələni danışır… Bir evi beş adama satandır” – Misir Mərdanov

Son günlər ölkə gündəmini zəbt edən iş adamı İsfəndiyar Axundov (“Şərurlu İsfəndiyar”) daha bir cinayət əməlinə yol verdiyini efirdən etiraf edib. Açıqlaması ilə özünü və ailəsini ifşa edən “Şərurlu İsfəndiyar” övladlarına saxta yolla, rüşvətlə diplom aldığını deyib. Onun dediyi sözlər müzakirələrə yol açıb. Bu, çox ciddi qanun pozuntusu, cinayətdir. Belə çıxır, övladlarının ali təhsilini təsdiq edən sənəd (diplom) saxtadır. Bu diplomla işə …

Read More »

AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu imzalanıb

Boyukmillet.com Azərbaycanda Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə ölkənin sığorta bazarının aparıcı şirkətlərindən olan “Meqa Sığorta” ASC arasında peşə məsuliyyətinin sığortalanması üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandum qiymətləndirmə sahəsində sığorta sektoru ilə qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoymaq məqsədi daşıyır. Sənədə əsasən, AQC-ə üzv olan şirkətlər tərəfindən müraciət edildiyi zaman hər iki tərəfin maraqlarına və qanunvericiliyə uyğun olduğu təqdirdə peşə məsuliyyəti sığortası üzrə …

Read More »

İstanbulun ən gözəl məkanı: Galataport

MAPIC 2023 Mükafatlarında “Ən Yaxşı Yeni İnkişaf Layihəsi” olaraq tanınan Galataport, Karaköyün İstanbulun cazibə mərkəzi olaraq şöhrətlənməsinə töhfə verir. İstanbulun mütləq görməli yerlərindən biri olan Karaköy lüks yaşayış yerlərindən alış-veriş, restoranlar və müasir incəsənət mərkəzlərinə qədər hər şeyi əhatə edir. Karaköyün mərkəzində yerləşən İstanbulun kruiz limanı olan Galataport, MAPIC 2023 Mükafatlarında dünya üzrə “Ən Yaxşı Yeni İnkişaf Layihəsi” seçildi. Beləliklə, …

Read More »

“İctimai iştirakçılıq: şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı” mövzusunda konfrans keçirilib – VİDEO

“Cənab Prezident İlham Əliyev tərəfindən ictimai nəzarətin inkişafı və vacibliyi ilə bağlı mütəmadi çağırışlar olub.” Boyukmillet.com xəbər ki, bu fikirlər “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi tərəfindən təşkil olunan “İctimai iştirakçılıq: şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı” mövzusunda keçirilən konfransda səsləndirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirilən layihənin rəhbəri Cəsarət Hüseynzadə çıxışında bildirib ki, şəffaflıq, hesabatlılıq və …

Read More »

QDF Üzeyir Hacıbəylinin heykəlinin yenidən qurulmasına maliyyə dəstəyi göstərib

Qarabağ Dirçəliş Fondu Şuşada Üzeyir Hacıbəylinin heykəlinin yenidən qurulması üçün maliyyə dəstəyi göstərib. Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şanlı qələbəsindən sonra işğaldan azad olunan ərazilərdə tarixi abidələrimizin, o cümlədən görkəmli şəxsiyyətlərimizin heykəllərinin bərpası və yenidən qurulmasına başlanılıb: “Yenidən qurulan abidələr sırasında dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim və ictimai xadim, müasir Azərbaycan peşəkar …

Read More »

Bərdə Mədəniyyət Mərkəzinin tikintisi 9 ildir niyə yarımçıq qalıb?

Bərdə şəhərində yerləşən və 9 ildir sökülən Mədəniyyət sarayı hələ də bərpa edilmir. Binanın yeni tikintisi nəzərdə tutulsa da, 9 ildən çoxdur ki, inşaat işləri dayandırılıb. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, Bərdə şəhərində Mədəniyyət sarayı binasının yerində Mədəniyyət Mərkəzi binasının tikintisi üçün 31.10.2013 tarixdə podratçı ilə müqavilə bağlanılıb və onun əsasında dəmir beton işləri görülüb, …

Read More »

Vilayət Eyvazov Göyçayda əməliyyat müşavirəsi keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov aprelin 28-də və 29-da Göyçay Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib. DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Daxili işlər naziri əvvəlcə ümummilli lider Heydər …

Read More »