Bazar , 19 Yanvar 2025

Sosial müdafiə

Ünvanlı dövlət sosial yardımının məbləği artırılır

Azərbaycanda ünvanlı dövlət sosial yardımının məbləği artırılır. Boyukmillet.com xəbər verir ki, ünvanlı dövlət sosial yardımının məbləği 200 manata qaldırılır. Bununla bağlı sənəd yaxın vaxtlarda Milli Məclisdə müzakirə ediləcək. Xatırladaq ki, ötən il ünvanlı dövlət sosial yardımının məbləği 170 manat təşkil edirdi.

Read More »

Azərbaycanda yaşayış minimumunun məbləği artırılır

Azərbaycanda 2022-ci il üçün yaşayış minimumunun məbləği artırılır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsinə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimunun məbləğinin 205 manat müəyyən edilməsi nəzərdə tutulur. Xatırladaq ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün …

Read More »

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb. Boyukmillet.com xəbər verir ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 25 948 nəfər və ya 0,3 faiz artaraq bu ilin sentyabr ayının 1-də 10 145 081 nəfərə çatıb. Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Read More »

Nazirlik: “1 milyonadək işçinin maaşı və 130 minədək tələbənin təqaüdü artırılacaq”

Prezident İlham Əliyevin 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımın atılmasına imkan verir. Sərəncamın icrası olaraq əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq. Həmçinin minimum əmək haqqı alanların da məvacibləri yüksəldiləcək. Bu islahat 1 milyonadək işçini əhatə edəcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən …

Read More »

Azərbaycanda əməkhaqları, pensiyalar, sosial müavinətlər və təqaüdlər artırılır

Nazirlər Kabinetinə əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlaması tapşırılıb. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamında əksini tapıb. Nazirlər Kabineti təklifləri Azərbaycan Prezidentinə təqdim edəcək.

Read More »

Vətən müharibəsindən sonra 102 şəhid övladı dünyaya gəlib

Azərbaycanda Vətən müharibəsindən sonra 102 şəhid övladı dünyaya gəlib. Boyukmillet.com xəbər verir ki, bunu YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov deyib. Onun sözlərinə görə, onlar heç vaxt atalarını görməyəcək: “Bütün şəhid övladları, qazilər bizə əmanətdir”. Qeyd edək ki, “YAŞAT” Fondunun layihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladlarının zəruri xərcləri Fond tərəfindən qarşılanır. Bu məqsədlə 1000 AZN analara təqdim olunur və dünyaya yeni …

Read More »

Nazirlik daha 50 şəhid ailəsi və qaziyə mənzillərin sənədlərini təqdim edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 şəhid ailəsi, müharibə əlili və Vətən Müharibəsi Qəhrəmanına mənzillərin sənədlərini təqdim edib. Boyukmillet.com xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Zəfərdən bəhs edib. 30 ilə yaxın Ermənistanın işğalı …

Read More »

Vətən Müharibəsi Qəhrəmanlarının ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Nazirlikdən  verilən məlumata görə, DOST Agentliyində keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən …

Read More »

Azərbaycanla Serbiya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsinə dair sənəd təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu” nun təsdiq edilməsi haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. Azərbaycan Xarici …

Read More »

Vətən müharibəsində yaralanmış hərbçilərin 1750 nəfərinə əlillik verilib

“Yanvar-avqust aylarında qurumun reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 4 600 şəxsə reabilitasiya xidmətləri göstərilib”. Boyukmillet.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib. O bildirib ki, Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların 1750 nəfərinə əlillik təyinatı aparılıb: “Postmüharibə dövründə agentliyin reabilitasiya müəssisələrində 1500 qaziyə xidmət göstərilib. …

Read More »