Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyində 1 İyun Uşaqların Ümumdünya Müdafiə günü münasibəti ilə şəhid övladları üçün tədbir təşkil edib. Boyukmillet.com xəbər verir ki, tədbir şagirdlərin vətənpərvər şüarlardan ibarət xor çıxışı ilə başlayıb. “Qarabağda uşaqlıq” adlı tamaşanın nümayişindən sonra şagirdlər şeirlər səsləndirib və piano müşayiəti ilə mahnı oxuyublar. Daha sonra “Tarix dərsi” tamaşası, Vətən Müharibəsi qurbanları ilə bağlı video-çarxlar, kliplər göstərilib, …
Read More »Ali Attestasiya Komissiyası sədrinə yeni müavin təyin olunub
Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinə yeni müavin təyin olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, fizika elmləri doktoru, dosent Sakin Cabarov Ali Attestasiya Komissiyasının sədr müavini təyin edilib. Qeyd edək ki, Sakin Həmid oğlu Cabarov 1983-cü il avqustun 30-da Xaçmaz rayonunun Dədəli kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib. O, Azərbaycan Dövlət Pedaqoji …
Read More »Bu gün 23 minə yaxın abituriyent qəbul imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Həmçinin III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahan keçiriləcək. DİM-dən bildirilib ki, bu imtahanda (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya imtahanı) 22 min 878 …
Read More »Cavid adına məktəb haqda Türkiyə mətbuatında-Video
Haber Global İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına Azərbaycan məktəbi haqda reportaj hazırlayıb. Boyukmillet.com xəbər verir ki, Haber Global İstanbulda Azərbaycanlı ailələrin uşaqları üçün yaradılmış Hüseyn Cavid adına məktəb haqda reportaj hazırlayıb. Məktəbin müdirəsi Şərgiyyə Məmmədova müsahibə zamanı bildirib ki, məktəbi yaratmaq fikri illər öncə Naxçıvanın erməni təcavüzkarları tərəfindən mühazirəyə alınması səbəbindən azərbaycanlıların qardaş Türkiyyəyə sığınmasından sonra başlayıb. Köçkün ailələr …
Read More »Azərbaycanda təhsil alan əcnəbi tələbələrin yerli cəmiyyətə inteqrasiya məsələləri müzakirə edilib
Dövlət Miqrasiya Xidmətinin Bakı Regional Miqrasiya Baş İdarəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində növbəti ictimai müzakirə keçirilib.Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin əcnəbi tələbələrlə iş üzrə məsul şəxslərin …
Read More »İlham Əliyev Füzuli Peşə Liseyinin tikintisinə vəsait ayırıb
Prezident İlham Əliyev “Füzuli Peşə Liseyinin binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Füzuli Peşə Liseyinin binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.
Read More »Nazir: “Uşaq bağçaları ilə bağlı vahid məlumat sistemi yaradılacaq”
“Uşaq bağçalarında diqqət göstərdiyimiz əsas məsələ uşaqların davamiyyətidir ki, bu göstəricilər ümumilikdə qənaətbəxşdir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un sualına cavab olaraq təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, uşaq bağçaları arasında yenə də problemli müəssisələr var: “Lakin bu gün həm də işçilərin işə davamiyyəti də gündəmdədir. Hazırda uşaq bağçaları ilə bağlı vahid məlumat sistemi yaratmağı planlaşdırırıq. Çünki belə sistem …
Read More »Nazir: “Cəbrayılda, Suqovuşanda, Zəngilanda yaxın vaxtlarda məktəblər istifadəyə veriləcək”
“Azərbaycan təhsilinin son 50 ildəki inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”. Boyukmillet.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimində çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, 70-ci illərdə məktəb şəbəkəsinin genişləndirilməsi məhz onun adı ilə bağlıdır: “Belə ki, hazırda ölkədə 4400 məktəb fəaliyyət göstərirsə, 70-ci illərin əvvəllərində bu say 765, 1970-ci …
Read More »Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri ictimaiyyətə təqdim edilib
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri ictimaiyyətə təqdim edilib. “Report”un Qərb bürosunun məlumatına görə, bununla bağlı Şəmkir şəhər Fərman Salmanov adına tam orta məktəbin akt zalında tədbir keçirilib. Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyevi təhsil nazirinin müavini Muxtar Məmmədov bölgə ictimaiyyətinə təqdim edib. Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı, Regionun təhsil şöbələrinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Read More »Bu gündən birinci sinfə qeydiyyat başlanılır
Bu gündən birinci sinfə qeydiyyat prosesi başlanılır. “Boyukmillet.com” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Qeyd edək ki, Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə isə mayın 6-dan başlanılacaq. Həmin tarixdən dövlət ümumi təhsil …
Read More »