Bazar ertəsi , 24 Fevral 2025

Təhsil

İyulun 14-15-də qəbul imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-15-də keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib. Mərkəzdən  bildirilib ki, iştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Qeyd olunub ki, DİM tərəfindən iyulun 14-də III ixtisas qrupu, iyulun 15-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, …

Read More »

DİM bu imtahanların vaxtını dəyişdirdi

Dövlət İmtahan Mərkəzi “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə imtahan tarixi 19 iyul yazılmış abituriyentlərə müraciət edib. Boyukmillet.com xəbər verir ki, Nazirlər Kabinetinin İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında 1 iyul 2021-ci il tarixli Qərarına əsasən, 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib. Ona görə də DİM tərəfindən Təsviri sənət istiqaməti üzrə 19 iyul 2021-ci …

Read More »

Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma başa çatıb

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi başa çatıb. Boyukmillet.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin saytında 14976 bakalavr (Azərbaycan bölməsi üzrə 13717, rus bölməsi üzrə 1259) öz ərizəsini təsdiq etdiyi qeyd olunub. Qeyd edək ki, 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi iyunun 29-da başlamışdı.

Read More »

“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin nəticələri açıqlanıb

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu yarımfinal mərhələsinin nəticələrini elan edib. Boyukmillet.com xəbər verir ki, yarımfinal mərhələsinə müsabiqənin əvvəlki mərhələlərini uğurla başa vuran 309 iştirakçıdan 298 nəfəri qatılıb. Onlardan 112 nəfəri finalda iştirak etmək hüququ qazanıb. Yarımfinalda strateji düşünmək bacarığı, iş icrasının idarə edilməsi, nəticələrə yönəlmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin idarə edilməsi, büdcənin idarə edilməsi bacarığı, sosial məsuliyyət, innovativliklərin tətbiqi səriştələri əsasında …

Read More »

Bu gün 17 mindən çox abituriyent imtahan verəcək

Dövlət İmtahan Mərkəzi bu gün növbəti imtahanlar keçirəcək. Boyukmillet.com xəbər verir ki, imtahanlar Bakı (bir hissə), Naxçıvan, Gəncə, Şəki, Bərdə, Sabirabad və Lənkəran rayonlarında təşkil olunacaq. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin (şagirdin) imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. İmtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – …

Read More »

Bakıda liseyə Lütvi Zadənin adı verilib

Nazirlər Kabineti görkəmli elm xadimi Lütvi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar verib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texnikihumanitar liseyə Lütvi Zadənin adı verilib. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti Lütvi Zadənin Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulmasını təmin edəcək. Təhsil Nazirliyi bu qərardan irəli gələn …

Read More »

Universitetlərə qəbul imtahanları başlayır

Dövlət İmtahan Mərkəzi iyulun 1-2-də növbəti imtahanlar keçirəcək. Boyukmillet.com xəbər verir ki, həmin tarixlərdə aşağıdakı imtahanlar keçiriləcək: – əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; – müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı; – …

Read More »

Bu gündən magistraturaya qəbul üçün proqram və ixtisas seçimi başlayır

Bu gündən etibarən 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi başlayır. Boyukmillet.com xəbər verir ki, ixtisaslaşma seçimi iyulun 5-dək aparılacaq. Proqram və ixtisaslaşma seçiminə magistraturaya 28 fevral və 26 may 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən …

Read More »

“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi yekunlaşıb

“Bakı Ekspo Mərkəzi”ndə təşkil olunan “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, yarımfinal mərhələsinin ikinci gününü “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev açaraq iştirakçılara uğurlar arzulayıb. Keyslər üzərində iş formatında keçirilən yarımfinalın ikinci günündə iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirakçılar üçün “Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələndirilməsi” mövzusunda təqdimatla çıxış edib. Nazir çıxışında ölkə iqtisadiyyatı üzrə əsas iqtisadi göstəricilər, milli …

Read More »

Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlanıb

Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. Boyukmillet.com xəbər verir ki, şagirdlər sy.edu.az portalı üzərindən yaradılmış “Şəxsi kabinet”lərinə daxil olaraq imtahan nəticələrini öyrənə bilərlər. Minimum 30 faiz nəticə göstərən şagirdlər seçim mərhələsinə buraxılıb. Seçim mərhələsində iştirak hüququ qazanmış şagirdlər iyulun 5-i saat 17:00-dək lisey və gimnaziyalar arasından seçim etməlidirlər. Seçim etdikdən sonra …

Read More »