Cümə axşamı , 21 Noyabr 2024

Turizm

Azərbaycanda turizm polisinin yaradılması təklif olunur

Azərbaycanda turizm polisinin yaradılması təklif olunur. Boyukmillet.com xəbər verir ki, bunu “Azərbaycan Turizm Blogerləri Assosiasiyası” (ATBA) İctimai Birliyinin İdarə Həyatının üzvü Mirsəməd Cəfərli bildirib. “Bir çox xarici ölkələrdə – Malayziya, Tailand, hətta Özbəkistanda turizm polisi fəaliyyət göstərir. Yaxşı olardı ki, Azərbaycanda da turizm polisi yaradılsın”, – deyə o qeyd edib./Report

Read More »

Bakıda turizm sektorunun ÜDM-də payı 10 %-ə çatdırılacaq

2040-cı ildə Bakıda turizm sektorunun ümumi daxili məhsulda (ÜDM) payı 10 % olacaq. Boyukmillet.com xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Sənəddə qeyd olunub ki, 2019-cu ildə paytaxtın ÜDM-də turizm sektorunun payı 1 milyard 898 milyon manat və yaxud 6,5 % təşkil edib. Əlavə olaraq, bu sahə ilə bağlı ehtimal olunan illik iqtisadi artım 5 % nəzərdə tutulub.

Read More »

Florian Zenqstşmit: “Tezliklə Qarabağda turistik destinasiyalar istifadəyə veriləcək”

Yaxın gələcəkdə Qarabağ regionunda turistik destinasiyaların istifadəyə veriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmit Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvlərinin növbəti Ümumi Yığıncağında deyib. O, 2019-cu ildən bəri ölkədə turizmin inkişafından və ölkəyə gələn xarici turistlərin artan tempindən bəhs edib, Turizm Bürosunun fəaliyyətindən danışıb.

Read More »

Azərbaycanın turizm imkanları Özbəkistanda nümayiş etdirilir

Azərbaycanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə Azərbaycan Turizm Bürosu yerli turizm tərəfdaşları ilə birgə Özbəkistanın Daşkənd şəhərində “İpək Yolu üzərində turizm” mövzusuna həsr edilmiş Daşkənd Beynəlxalq Turizm Sərgisində (TIFF) təmsil olunur. Milli stenddə ölkəmizi ümumilikdə 7 yerli turizm sənayesi tərəfdaşı təmsil edir. Sərgi ziyarətçilərinə Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəx nümunələri, dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq və qış turizmi imkanları haqqında ətraflı məlumat …

Read More »

Azərbaycan və çinli tərəfdaşlar arasında turizm üzrə əməkdaşlığa dair memorandumlar imzalanıb

Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən Çin Xalq Respublikasının Pekin şəhərində təşkil edilmiş tədbirdə Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC və “China Tourism Group” (CTG) arasında strateji tərəfdaşlığa dair üçtərəfli memorandum imzalanıb. Memoranduma əsasən, Çin mərkəzi hökumətinin “China Tourism Group” (CTG) holdinqi tərəfindən Azərbaycan turizm məhsullarının təşviqi, yeni turizm məhsullarının inkişaf etdirilməsi, onlayn reklam, sosial media vasitəsilə …

Read More »

Azərbaycan və Çinin şəhərləri arasında birbaşa avaireyslər bərpa oluna bilər

Azərbaycan və Çin iki ölkənin şəhərləri arasında birbaşa avaireyslərin bərpa olunmasını müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Çinə səfər çərçivəsində bu ölkənin aparıcı aviaşirkətləri və turizm sektorunun nümayəndələri ilə görüşdük. İki ölkənin şəhərləri arasında birbaşa uçuşların açılması müzakirə olundu, istiqamətlərin və uçuşların tezliyinin artırılmasının turizm əlaqələrinin inkişafına …

Read More »

Azərbaycanın qış turizmi imkanları Qazaxıstanda və Rusiyada təbliğ edilib

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) Qazaxıstanın Almatı və Astana, Rusiyanın Yekaterinburq, Moskva və Sankt-Peterburq şəhərlərində silsilə təbliğat tədbirləri keçirib. Boyukmillet.com bu barədə Agentliyə istinadən xəbər verir. Məlumata görə, tədbirlərin təşkilində məqsəd Qazaxıstanda və Rusiyada fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələrini Azərbaycanda qış mövsümündə təklif edilən turizm məhsulları haqqında məlumatlandırmaq, həmçinin Azərbaycanın turizm sənayesi nümayəndələri ilə Qazaxıstanın və Rusiyanın turizm …

Read More »

Fuad Nağıyev: “Azərbaycana gələn xarici turistlərin sayı 2026-cı ilədək 4 milyona çatdırılacaq”

Azərbaycana gələn xarici turistlərin sayını 2026-cı ilədək 4 milyona, yerli turistlərin sayını isə 6 miıyona çatdırılması planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) bir illik fəaliyyətinə həsr edilmiş hesabat tədbirində çıxışı zamanı deyib. “Koronavirus (COVID-19) pandemiyasından sonrakı dövrdə ölkəyə gələn turistlərin sayında artım müşahidə edilir. Bu ilin yanvar-avqust aylarında …

Read More »

Şuşaya turist kimi gedən varmı?

Bu il martın 18-dən Azərbaycanda yerli turistlərin Şuşa şəhərinə səfərlərinin reallaşdırılmasına başlanılıb. 2 və 3 günlük turlarda Şuşada hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, “Vaqif” məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev muzeyi, “Yuxarı Gövhər Ağa” məscidi, “Güllələnmiş Heykəllər” meydançası, Şuşa qalası, Şuşanın “Gəncə” qapıları və “Xarı Bülbül” simvolu, “Qazançı” Kilsəsi, Şuşa “Realnıy” Məktəbi …

Read More »

Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında nümayiş etdirilir

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən beynəlxalq “Riyad Səyahət Sərgisi”ndə iştirak edir. Boyukmillet.com xəbər verir ki, sərgidəki milli stenddə Büro ilə yanaşı, agentliyə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC, “Azərbaycan Hava Yolları” QSC, 13 yerli turizm sənayesi nümayəndəsi təmsil olunur. Stend ziyarətçilərinə Azərbaycanın tarixi, mədəni irsi, YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınmış tarixi abidələri, …

Read More »