ABŞ Prezidenti Donald Tramp martın sonu və ya aprelin əvvəlində Çinə planlaşdırılan səfərinin İrana qarşı hərbi əməliyyat səbəbindən təxirə salına biləcəyini bildirib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Bilmirəm, hazırda bunun üzərində işləyirik”, – Tramp səfərin planlaşdırıldığından erkən baş tutması ehtimalını şərh edərkən bildirib. ABŞ liderinin sözlərinə görə, məsələ Çin tərəfi ilə müzakirə …
Read More »Azərbaycanın Türkiyədəki səfirliyi 10 gün konsulluq xidməti göstərməyəcək
Azərbaycanın Türkiyədəki səfirliyi 10 gün konsulluq xidməti göstərməyəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın Türkiyədəki səfirliyinin Konsulluq şöbəsi martın 20-dən 30-dək bağlı olacaq. Buna səbəb Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Novruz və Ramazan bayramları ilə əlaqədar sözügedən tarixlərin qeyri-iş günləri olmasıdır.
Read More »Paşinyan Simonyanı İstanbula niyə göndərir – MÜHÜM GƏLİŞMƏ
Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətinin gələn ay İstanbula səfər edəcəyi dəqiqləşib. Bu səfərin aprelin 16-dan 19-dək Parlamentlərarası İttifaqın iclasında iştirak etmək üçün təşkil olunacağı bildirilir. Artan təmaslar göstərir ki, Türkiyə ilə Ermənistan arasında əlaqələr sürətlə yaxşılaşmağa doğru gedir. Bəs erməni spikerin İstanbul səfəri iki ölkə münasibətlərində real dönüş nöqtəsi yarada bilərmi? AMİP Ali Məclisinin sədri, politoloq …
Read More »“Çindəki müsəlmanlar İran, İraq və Əfqanıstandakılardan daha xoşbəxtdir” – Çin diplomatından Bakı açıqlaması
2019–2025-ci illərdə Çin hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi olmuş Vu Honqbo XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxış edib. Boyukmillet.com bildirir ki, diplomat çıxışında hazırda dünyada müşahidə olunan turbulentlik və qeyri-müəyyənlik fonunda Çinin qlobal idarəetmə ilə bağlı öz yanaşmalarını və təşəbbüslərini irəli sürdüyünü bildirib. Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə bütün dövlətlər – istər zəngin, istər kasıb, istər …
Read More »Vensə Qarabağla bağlı kitab hədiyyə etdi – Paşinyan işdən çıxardı
Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan vəzifəsindən azad olunub. Boyukmillet.com“Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə məlumatı brifinqdə Paşinyan özü açıqlayıb. Bildirilib ki, buna səbəb ABŞ vitse-prezidenti Ceyms Devid Vensin fevralda İrəvana səfəri zamanı Qzoyanın ona Qarabağın tarixi barədə kitab hədiyyə etməsi olub. Paşinyan onun bu addımının Ermənistanın xarici siyasətinə zidd olduğunu vurğulayıb: …
Read More »Rusiya İrana humanitar yardımı Azərbaycan vasitəsilə çatdıracaq
Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi humanitar yardımı İrana Azərbaycan vasitəsilə çatdıracaq. Bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat verib. “Azərbaycana dərman preparatlarının çatdırılması nazirlik tərəfindən həyata keçiriləcək. Daha sonra isə onlar İran hökumətinin səlahiyyətli nümayəndələrinə təhvil veriləcək. Rusiya FHN-nin “İl-76″ təyyarəsi ümumi çəkisi 13 tondan çox olan humanitar yükü çatdıracaq”, – məlumatda bildirilib.//Report
Read More »Azərbaycan-Aİ əməkdaşlığı hər iki tərəfin ortaq maraqlarını əks etdirir – BƏYANAT
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı hər iki tərəfin ortaq maraqlarını əks etdirir. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatında yer alıb. Prezidentlər Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayaraq, təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla, son dövrdə keçirilmiş yüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha …
Read More »Paşinyan Avropa Parlamentində: Ermənistan və Azərbaycan arasında sülh faktiki olaraq təmin olunub
Ermənistanın Baş naziri Nikol Paşinyan martın 11-də Avropa Parlamentində çıxış edib. O, çıxışında Ermənistan–Azərbaycan münasibətləri, regional nəqliyyat layihələri və ölkəsinin Avropa İttifaqına inteqrasiya planlarından danışıb. Paşinyan bildirib ki, onun 2023-cü ildə Avropa Parlamentinə son səfərindən sonra Ermənistanda və Cənubi Qafqazda “yüzillik, hətta minillik əhəmiyyətli” dəyişikliklər baş verib. Onun sözlərinə görə, ən mühüm dəyişiklik Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasıdır. “Bu dəyişikliklərin …
Read More »Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola düşüb – YENİLƏNİB
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb. “Report” xəbər verir ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 22 min tondan çox (320 vaqon) taxıl, həmçinin 610 ton (9 vaqon) gübrə göndərilib. 09:00 Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” …
Read More »İranda müharibə bitmir: ABŞ-nin planı buna görə tam işləmədi – ŞOK DETALLAR
Dünyanın diqqəti ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara yönəlib. Müharibə həm regionda, həm də qlobal miqyasda ciddi müzakirələrə səbəb olub. Müharibənin gedişi, tərəflərin strateji hədəfləri və mümkün nəticələri barədə fərqli qiymətləndirmələr irəli sürülür. Donald Tramp isə son açıqlamalarından birində bildirib ki, İrana qarşı müharibə faktiki olaraq başa çatıb. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Sultan Zahidov Musavat.com-a …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar