Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında itkin düşən 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı çağırış edib. Boyukmillet.com Azərbaycan XİN-in rəsmi “X” hesabına istinadən xəbər verir ki, E.Məmmədov sessiya çərçivəsində “Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər: Cavabların axtarışının genişləndirilməsi” mövzusunda Yüksək Səviyyəli Görüşdə iştirak edib. Nazir müavini çıxışında Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 4 minə …
Read More »Türkiyə XİN Anım Günü ilə bağlı paylaşım edib
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) 27 sentyabr – Anım Günü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbərə verir ki, qurumun rəsmi “X” hesabındakı paylaşımda deyilir: “Qarabağ uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan övladlarını rəhmət və ehtiramla yad edirik. İnanırıq ki, davamlı sülhə doğru atılan tarixi addımlar bölgəmizdə bu fədakarlıqların irsi üzərində qurulmuş sülh və rifahı təmin edəcəkdir. “Bir millət, iki dövlət” devizi ilə …
Read More »ABŞ oktyabrın 1-dən əczaçılıq məhsullarına 100% rüsum tətbiq edəcək
Oktyabrın 1-dən əczaçılıq məhsullarına ABŞ-də 100% tarif tətbiq olunacaq. Boyukmillet.com xəbər verir ki, ABŞ lideri Donald Tramp bu barədə “Truth Social”da məlumat verib. Onun sözlərinə görə, Vaşinqton oktyabrın 1-dən bütün markalı və ya patentləşdirilmiş əczaçılıq məhsullarına 100% tariflər tətbiq edəcək. Tramp əlavə edib ki, artıq ABŞ-də öz fabriklərinin tikintisinə başlayan istehsalçılar üçün istisnalar ediləcək.
Read More »Ankarada 27 Sentyabr – Anım Günü qeyd olunub
Bu gün Azərbaycanın Türkiyədəki səfirliyi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Ankara şəhərində mərasim təşkil edib. “Report”un Türkiyə bürosu xəbər verir ki, “Qarabağ Azərbaycandır!” şüarı ilə keçirilən tədbir səfirliyin nəzdində yerləşən Şuşa Konqres Mərkəzində baş tutub. Mərasimdə Vətən torpaqlarının bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərdən, Azərbaycanın dövlət müstəqilliyi və bütövlüyü yolunda aparılan milli-azadlıq mübarizəsindən bəhs edən film nümayiş olunub. …
Read More »Azərbaycan və Serbiya arasında 2025-2029-cu illəri əhatə edən fəaliyyət planı imzalanacaq
Azərbaycan və Serbiya arasında mədəniyyət sahəsi üzrə 2025-2029-cu illəri əhatə edən fəaliyyət planı yaxın dövrdə imzalanacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə birgə brifinqdə danışıb. O vurğulayıb ki, iki ölkə arasında təhsil sahəsində də əməkdaşlıq böyük önəm kəsb edir.
Read More »Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 34-cü Ali Səviyyəli Toplantısı Nyu Yorkda öz işinə başlayır
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda 34-cü Ali Səviyyəli Toplantısı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, toplantı ABŞ-nin Nyu-York şəhərində 23-26 sentyabr tarixlərində baş tutacaq. “Multilateralizm Dönüm Nöqtəsində: Çağırışlar və Sülhə Aparan Yollar” mövzusunda keçiriləcək tədbirdə bir çox cari və sabiq dövlət, eləcə də hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri bir araya gələrək qlobal əməkdaşlıq və multilateralizmin …
Read More »Azərbaycanla Tanzaniya Baş prokurorluqları arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycanla və Tanzaniya Baş prokurorluqları arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyev Silvester Antoni Mvakitalunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Baş prokuror görüşdə Azərbaycanla Tanzaniya arasında qarşılıqlı dəstək və müxtəlif sahələrdə əməkdaşlıqla möhkəmlənən yüksək səviyyəli tərəfdaşlıq münasibətlərini vurğulayaraq Tanzaniyanın Qoşulmama Hərəkatı və Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla …
Read More »Azərbaycan və İran şəhərləri arasında birbaşa təyyarə reyslərinin sayı artırıla bilər
Azərbaycanla İran arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadeqlə görüşüb. Görüşdə Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının sonuncu iclasının nəticəsi olaraq imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlərin icrası və həyata keçirilən birgə …
Read More »Azərbaycanla Surinam arasında viza rejimi qismən ləğv edilir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Surinamın xarici işlər, beynəlxalq biznes və əməkdaşlıq naziri Melvin Bouva ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüş zamanı ikitərəfli siyasi dialoqun inkişaf etdirilməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. Nazirlər “Azərbaycan Respublikası Hökuməti və Surinam …
Read More »Azərbaycan və Ermənistan beynəlxalq müsabiqədə ilk dəfə ən yüksək balların mübadiləsini edib
Azərbaycan və Ermənistan Qazaxıstanda keçirilən “Silk Way Star” beynəlxalq musiqi müsabiqəsində ilk dəfə ən yüksək balların mübadiləsini edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Bildirilir ki, layihənin başlanğıcında Azərbaycan münsiflər heyətinin üzvü erməni ifaçısı Saro Gevorgyana 10 bal verib, erməni hakimi isə cavab olaraq Azərbaycan iştirakçısı Səbinə Quluzadəyə maksimum bal verib. Müsabiqənin birinci mərhələsi sentyabrın 20-də başa …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar