Bazar ertəsi , 6 May 2024

Xarici siyasət

Bakıda İslamofobiya ilə mübarizəyə həsr olunacaq beynəlxalq konfransın proqramı açıqlanıb

Bu il martın 8-9-da Bakıda keçiriləcək “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfransda dünyanın 30 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələrini əhatə edən 130 beynəlxalq qonağın iştirakı gözlənilir. Boyukmillet.com-un məlumatına görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya …

Read More »

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına səfərə yola düşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 5-də Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazir səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak və çıxış edəcək. Qeyd edək ki, toplantıda Qəzzadakı durumun müzakirə olunacağı gözlənilir.

Read More »

Ermənistan Ruslan Pənahovu Azərbaycana təhvil vermək barədə qərar qəbul edib

Rəsmi İrəvan azan hərbi qulluqçumuz Ruslan Pənahovun xoşməramlılıq əlaməti olaraq və ikitərəfli razılaşma əsasında tez bir zamanda Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava …

Read More »

Rusiyanın Baş naziri bu gün Azərbaycana iki günlük səfər edəcək

Bu gün Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya hökumətin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, səfər çərçivəsində o, Azərbaycanın Baş naziri Əli Əsədovla və digər rəsmi şəxslərlərlə görüşlər keçirəcək. Danışıqlar zamanı Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Xüsusən enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və …

Read More »

Azərbaycanla Türkiyə arasında bir sıra sahələrdə əməkdaşlıq müzakirə olunub

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyəyə səfəri çərçivəsində bu ölkənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə 9Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “X”dəki hesabında yazıb. Görüş zamanı meşəçilik, su və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Read More »

Azərbaycan Prezidenti Pakistanın Baş nazirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Baş nazir, Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Qardaş ölkə və etibarlı tərəfdaşımız olan Pakistanla münasibətlərimizin yüksələn xətlə inkişaf etməsi məmnunluq doğurur. Dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz …

Read More »

Nuri Paşa və Qafqaz İslam Ordusunun şəhidləri anılıb

Türkiyə səfirliyinin Din Xidmətləri Müşavirliyinin təşkilatçılığı ilə Bakı şəhəri Şəhidlər Məscidində Qafqaz İslam Ordusunun komandanı, Bakının xilaskarı Nuri Paşanın əbədiyyətə qovuşmasının 75-ci ildönümü, Qafqaz İslam Ordusu şəhidləri və bütün şəhidlərimizin ruhlarına ithafən Qurani-Kərim tilavəti və oxunan xətmlərin duası proqramı təşkil edilib.  525.az-a Türkiyə səfirliyindən verilən məlumata görə, tədbirdə giriş sözünü səfirliyin Din Xidmətləri müşaviri İhsan Açık söyləyib. O, tədbirin 1918-ci …

Read More »

Prezident: AŞPA-da Azərbaycana qarşı qərəzli və çirkin kampaniya aparılır

Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniya aparılır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edərkən deyib. Dövlət başçısı Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini bildirib. Bundan sonra bir sıra Avropa təsisatları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı …

Read More »

TÜRKPA-ya üzv dövlətlərdə yaşamaq icazəsi asanlaşdırılacaq

TÜRKPA-ya üzv dövlətlərdə yaşamaq üçün icazə asanlaşdırılacaq. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı məsələ qurumun Hüquq məsələləri və Beynəlxalq əlaqələr komissiyasının Bakıda keçirilən 11-ci iclasının gündəliyinə daxil edilib. Toplantıda “TÜRKPA üzv dövlətlərində yaşamaq üçün icazənin asanlaşdırılması haqqında” model qanunun hazırlanması barədə məsələ parlamentarilərin müzakirəsinə çıxarılacaq.

Read More »

Bolqarıstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyəti martın 4-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu və nümayəndə heyətini Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Məclisin Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Rauf Əliyev və …

Read More »