Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri çərçivəsində dekabrın 9-da iki ölkə arasında bir sıra sənədlər imzalanıb. Boyukmillet.com xəbər verir ki, imzalanan sənədlər aşağıdakılardır: -“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; -“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Slovakiya Respublikasının Dövlət Baytarlıq və Qida Administrasiyası arasında heyvan sağlamlığı …
Read More »Azərbaycan və ABŞ Zəngəzur dəhlizini MÜZAKİRƏ ETDİ
Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında TRIPP layihəsinin sürətləndirilməsi müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib. “ABŞ Nəqliyyat Departamenti katibinin köməkçisi Daniel Edvards ilə görüş keçirdik. Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi strateji əhəmiyyəti, multimodal dəhlizlər və infrastruktur layihələri barədə ətraflı məlumat verdik. Eyni zamanda aviasiya və …
Read More »Analitik: Böyük Britaniyaya regionda sülh lazımdır
Bu ölkə Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması istiqamətində müəyyən mənada iştirak edir “London regional güc balansında daha çevik və təsirli oyunçuya çevrilmək üçün siyasi, iqtisadi və təhlükəsizlik alətlərindən maksimum şəkildə yararlanmağa çalışır” Böyük Britaniya ilk dəfə Ermənistana rezident hərbi attaşe təyin edib. Bu barədə məlumatı Böyük Britaniyanın Ermənistandakı Səfirliyi yayıb. Sözügedən posta mayor Tomas Şorland Boll təyin olunub. Məlumatda qeyd olunub ki, …
Read More »Paşinyandan 30 illik Qarabağ danışıqları haqda yeni etiraf
Erməni baş nazir Azərbaycan Prezidentinin dəfələrlə söylədiyini niyə indi söyləyir? “Qarabağa aid danışıqlar prosesi heç vaxt Qarabağ probleminin həllinə yönəlməyib. Bütün danışıqlar prosesi Ermənistanı və müəyyən mənada Azərbaycanı geosiyasi tələdə saxlamaq məqsədi güdüb. Yəni bu danışıqlarda ”məqsəd Qarabağ problemini həll etmək deyil, Ermənistan Respublikasını müstəqil dövlətə çevrilmək imkanından məhrum etmək idi. Əslində isə Qarabağın taleyi 1996-da Lissabon sammitində Azərbaycanın xeyrinə …
Read More »Əziz Ələkbərli: Ermənistan hələ də azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir
Ermənistan hələ də azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir. Boyukmillet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Mədəni irs və qayıdış hüququ” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının dinc yolla öz yurdlarına qayıda bilmələri üçün beynəlxalq təşkilatlar və xarici ölkələrlə daim əlaqələr yaradılır: “Qərbi Azərbaycan İcmasının daimi əlaqə …
Read More »Sarkisyanın Putinə MƏKTUBU YAYILDI – TAM MƏTN
Xəbər verdiyimiz kimi, Ermənistan hökuməti “Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesi sənədləri”ni dərc edib. Sənədlər arasında 2016-cı ilin avqustunda Serj Sarkisyanın Rusiya prezidenti Vladimir Putinə yazdığı məktub da yer alır. Boyukmillet.com Serj Sarkisyanın 05 avqust 2016-cı ildə Vladimir Putinə ünvanladığı məktubun tam, peşəkar və birə-bir tərcüməsini təqdim edir: “Hörmətli Vladimir Vladimiroviç! Rusiya Federasiyası, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi, dünyada sabitliyin …
Read More »Ermənistan Qarabağla bağlı danışıqlar üzrə 13 sənəd dərc edib
Ermənistan hökuməti “Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin Sənədləri”ni dərc edib. Boyukmillet.com-un məlumatına görə, hökumətin saytında cəmi 13 sənəd dərc olunub. Bunlar arasında: ATƏT-in Minsk qrupunun 2016 və 2019-cu illərə aid təklifləri, Madrid prinsipləri, Kazan prinsipləri, Rusiyanın təkliflər paketi və s. var. Xatırladaq ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ nizamlanması ilə bağlı Azərbaycanla danışıqların tarixçəsi ilə əlaqədar …
Read More »Aİ rəsmisindən SON DƏQİQƏ Azərbaycan və Ermənistan AÇIQLAMALARI
Ermənistan və Azərbaycan arasında sülhün əldə olunacağına inanırıq. Boyukmillet.com Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə erməni jurnalistlərlə görüşü zamanı bildirib. M. Kos vurğulayıb ki, həm Bakıda Azərbaycan Prezidenti ilə, həm də İrəvanda Ermənistan rəhbərliyi ilə apardığı danışıqlarda müsbət siqnallar alıb: “Bəli, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunacağına inanırıq. Düşünürəm ki, …
Read More »Ermənistan və Türkiyə “Tramp marşrutu” çərçivəsində yeni iqtisadi və logistika imkanlarını müzakirə edib
Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan və Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı İstanbulda keçirilən görüşdə əməkdaşlıq perspektivlərini, o cümlədən “Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində yeni iqtisadi, logistika və ticarət imkanlarını müzakirə edib. Boyukmillet.com Ermənistan mənbələrinə istinadən xəbər verir ki, tərəflər Ermənistan və Türkiyə arasında müntəzəm təmasların vacibliyini vurğulayıb, dialoqun davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər. “Görüşdə Qars və Gümrü …
Read More »Rusiya ilə münasibətlərdə yeni mərhələ – Bakıdan start
Dövlətlərarası əlaqələrin tam normallaşması bundan sonra da Kremlin atacağı addımlardan asılı olacaq… Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev noyabrın 26-da Rusiya Federasiyası hökuməti sədrinin müavini Aleksandr Novakla görüşüb. Bildirilib ki, oktyabrın 9-da Düşənbədə iki ölkə lideri – İlham Əliyev və Vladimir Putin arasında keçirilmiş görüş iki ölkə arasında bütün istiqamətlərdə münasibətlərə təkan verib. Görüş zamanı ticarət-iqtisadi, energetika və nəqliyyat sahələrində …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
