Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

Azərbaycan və Rusiya Prezidentləri Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasını müzakirə ediblər

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş praktiki tədbirlər müzakirə edilib. Həmçinin regionda nəqliyyat-logistika və iqtisadi əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Read More »

Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Avropa İttifaqı-Azərbaycan əlaqələrinə dair martın 15-də qəbul etdiyi qətnaməyə qətiyyətlə etiraz edir və şiddətlə qınayır. Boyukmillet.com xəbər verir ki, bəyanatda bildirilib ki, qətnamənin mətni Avropa Parlamentinin insan hüquqları, əsas azadlıqlar, yaxşı idarəetmə və digər mövzular üzrə Azərbaycana münasibətdə səsləndirdiyi özünəməxsus aldadıcı şərhləri təkrarlamaqla yanaşı, təəssüf ki, eyni zamanda Azərbaycanın sülhə …

Read More »

TDT-nin Ankara Bəyannaməsində Azərbaycanın Tehrandakı səfirliyinə hücum qınanılıb

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qınayıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə TDT Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə imzalanan Ankara Bəyannaməsində bildirilib. Bəyannamə sənədində vurğulanıb ki, hadisəyə görə məsuliyyət daşıyanlar ədalət qarşısında cavab verməlidirlər.

Read More »

TDT-nin növbəti Zirvə görüşü oktyabrda Qazaxıstanda keçiriləcək

Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə görüşü bu ilin oktyabr ayında Qazaxıstanda keçiriləcək. Boyukmillet.com  xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, TDT-nin X sammiti Türküstanda baş tutacaq: “Bu ilin payızında TDT-yə sədrlik Qazaxıstana keçəcək. Bu müddət ərzində bir sıra əlamətdar tədbirlər keçirməyi …

Read More »

Ərdoğan Novruz bayramı münasibətilə türk xalqlarını təbrik edib

“Novruz bayramınızı təbrik edirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə deyib. O həmçinin qarşıdan gələn müqəddəs Ramazan ayı münasibətilə də müsəlmanları təbrik edib, hər kəsə rifah və səadət arzulayıb.

Read More »

TDT-nin fövqəladə Zirvə Görüşü: Ərdoğan Azərbaycan Prezidentini qarşılayıb

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) fövqəladə Zirvə Görüşündə iştirak edən Azərbaycan dövlət başçısı İlham Əliyevi qarşılayıb. Boyukmillet.com xəbər verir ki, liderlər xatirə fotosu çəkdiriblər. Daha sonra söhbət ediblər. Fevralın 6-da Türkiyədə baş verən böyük zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən toplantıda fəlakətlər və onların nəticələri ilə mübarizədə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər …

Read More »

Ceyhun Bayramov TDT XİN başçılarının iclasında Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Ankarada keçirilən iclasında Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb. Boyukmillet.com xəbər verir ki, o, regionda və dünyada baş verən hadisələrin nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlığın əhəmiyyətini artırdığını söyləyib. C.Bayramov bu istiqamətdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində görülən işlər …

Read More »