Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü İstanbulda Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar və KKTC baş naziri Ünal Üstel ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Tatar və Ustel Türkiyənin cənubunda və cənub-şərqində baş vermiş genişmiqyaslı fəlakətin nəticələri ilə əlaqədar Türkiyə dövlətinin başçısına başsağlığı verib və dəstəklərini ifadə ediblər. Vahdettin iqamətgahındakı danışıqlar mətbuata bağlı qapılar arxasında keçirilib.
Read More »Kıbrısla bağlı DİALOQ: İki lider ilk dəfə görüşdü
Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar və Kiprin yunan administrasiyasının yeni seçilmiş prezidenti Nikos Kristodulides BMT Baş katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi və UNFICYP-nin Kıbrıs missiyasının rəhbəri Kolin Stüartın bufer zonada yerləşən iqamətgahında görüşüb. Boyukmillet.com xəbər verir ki, iki liderin ilk dəfə görüşdüyü “1+1” formatında qeyri-rəsmi görüş iki saata yaxın davam edib. Görüş barədə danışan KKTC prezidenti Ersin …
Read More »Nazir: “Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində irəli sürülən iddialar Ermənistanın istədiyi kimi nəticələnmədi”
“Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində irəli sürülən üç iddia Ermənistanın istədiyi kimi nəticələnmədi”. Boyukmillet.com-un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazirin sözlərinə görə, Azərbaycanın Ermənistana, Ermənistanın da Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində baxılan işi var: “Həmin işə baxılması müddəti kifayət qədər uzun və mürəkkəb prosesdir. Müvəqqəti icra tədbirləri kimi tərəflər bir-birinə müəyyən iddia ilə çıxış …
Read More »Ceyhun Bayramov Lavrovun Azərbaycana planlaşdırılan səfəri barədə açıqlama verib
“Gələn həftənin əvvəli Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri planlaşdırılır. Rusiya-Azərbaycan gündəliyi genişdir, hər zaman yığılmış məsələlər var ki, onları vaxtaşırı müzakirə etməyə ehtiyac var”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, rusiyalı həmkarı ilə görüşdə həm ikitərəfli münasibətlər, həm də regional məsələlər müzakirə ediləcək: “Düşünürəm ki, bu görüş yaxşı …
Read More »Binəli Yıldırım Xocalı soyqımı ilə bağlı paylaşım edib
“Xocalı soyqırımında həlak olanları rəhmətlə anıram”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, keçmiş Baş nazir Binali Yıldırım tviterdə yazıb. “Ruhları şad, məkanları cənnət olsun”, – o bildirib. Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən …
Read More »ABŞ səfirliyi: “Biz bu gün azərbaycanlıların matəminə qoşuluruq”
“Biz bu gün azərbaycanlıların matəminə qoşuluruq”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin tviterində yazılıb. ” 1992-ci ildə Xocalıda həyatını itirən şəxslərin ailələrinə başsağlığı veririk”,- paylaşımda qeyd olunub. Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini …
Read More »Səfir Xocalı faciəsini türkiyəli şairin şeiri ilə anıb
“26 fevral 1992-ci ildə ermənilərin qətlə yetirdikləri Xocalı soyqırmı qurbanlarını hörmət və rəhmətlə yad edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviterdə yazıb. O, türkiyəli şair Abdurrahim Karakoçun Xocalı faciəsi ilə bağlı şeirini də paylaşıb: ““Bahtına ağlayan Azeri kızı Sen Karabağ dersin, ben karayazı Boşlukta çırpınır Türk’ün avazı Sanma ki dertlerin azı bizdedir Sizdeki yaranın özü bizdedir… …
Read More »Türkiyə XİN: “Xocalıda qətlə yetirilən azərbaycanlı qardaşlarımızın ağrısını hələ də ürəyimizdə hiss edirik”
“Xocalıda qətlə yetirilən azərbaycanlı qardaşlarımızın ağrısını hələ də ürəyimizdə hiss edirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin tviterində yazılıb. “Onları sayğı ilə yad edirik”, – paylaşımda bildirilib. Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı …
Read More »Türkiyə səfiri: “Xocalı soyqırımı insanlığa sığmayan vəhşi cinayətdir”
Xocalı soyqırımı insanlığa sığmayan vəhşi cinayətdir. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı deyib. “Bizlər sevinc və kədəri eyni yaşayan millətin övladlarıyıq. 1915-ci il Çanaqqala cəbhəsində və ardınca 1918-ci ildə bolşevik işğalına qarşı Qafqaz İslam Ordusu daxilində bütün Azərbaycan və Qafqaz regionunda sülh və əmin-amanlıq uğrunda çiyin-çiyinə mübarizə apardıq, birgə şəhid olduq. Bu gün şəhidlərimizin qəbirləri …
Read More »Ərdoğan Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstəyə görə minnətdarlığını bildirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Prezident İlham Əliyevlə görüşündə Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstək və həmrəyliyə görə dövlət başçısına dərin minnətdarlığını bildirib. Boyukmillet.com xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan qardaş Türkiyənin və Azərbaycanın həmişə bir-birinin yanında olduğunu vurğulayıb. Türkiyə Prezidenti Azərbaycanın göndərdiyi humanitar yardımları yüksək qiymətləndirib və buna görə təşəkkür edib. Rəcəb Tayyib Ərdoğan azərbaycanlı xilasedicilərin və həkimlərin zəlzələ …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar