Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Nazir: “Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində irəli sürülən iddialar Ermənistanın istədiyi kimi nəticələnmədi”

“Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində irəli sürülən üç iddia Ermənistanın istədiyi kimi nəticələnmədi”.

Boyukmillet.com-un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, Azərbaycanın Ermənistana, Ermənistanın da Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində baxılan işi var:

“Həmin işə baxılması müddəti kifayət qədər uzun və mürəkkəb prosesdir. Müvəqqəti icra tədbirləri kimi tərəflər bir-birinə müəyyən iddia ilə çıxış edirlər. Ermənistan tərəfindən Azərbaycana qarşı 3 tələb irəli sürülüb. Buna görə onlar Azərbaycana qarşı qərarların çıxarılmasını istəyirlər”.

Check Also

ADB Azərbaycana rəqəmsal sektorun diaqnostikası üçün yardım göstərəcək

Asiya İnkişaf Bankı (ADB) Mərkəzi və Qərbi Asiya ölkələrində inklüziv və dayanıqlı artımın təmin edilməsinə …