Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

Prezident: “Biz ədalət istəyirik, Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsaitin verilməsini istəyirik”

“Bir məsələni dəqiqləşdirim – Avropa Komissiyası tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollardır, Azərbaycana isə sizin qeyd etdiyiniz kimi 140 milyon. Yəni, fərq təqribən 20 dəfədir. Bu, ədalətlidirmi? Xeyr. Bu, hər iki ölkənin real ehtiyaclarına müvafiqdirmi? Xeyr. Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, …

Read More »

Azərbaycan Tbilisidə xeyriyyə yarmarkasında iştirak edir

Tbilisidə keçirilən ənənəvi xeyriyyə yarmarkası davam edir.“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan guşəsinə baş çəkən çoxsaylı ziyarətçilər arasında Gürcüstanın xarici işlər nazirinin I müavini Laşa Darsaliya da olub. Azərbaycan səfiri Faiq Quliyev XİN rəsmisini guşə ilə yaxından tanış edib, sərgilənən milli suvenirlər və Azərbaycan isehsalı olan qida məhsulları barədə ətraflı məlumat verib. Səfirlik adından L.Darsaliyaya milli suvenir, neftlə çəkilmiş …

Read More »

Ceyhun Bayramov Pakistana yola düşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclasında iştirak etmək üçün Pakistana yola düşüb. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində ikitərəfli görüşlərin də keçirilməsi nəzərdə tutulub.

Read More »

Azərbaycan Prezidenti Qətər Əmirini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Əlahəzrət, Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm. Bu gün Azərbaycan-Qətər münasibətləri dinamik inkişaf yolundadır. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun …

Read More »

ABŞ Azərbaycanın terrorçuluqla mübarizəsini yüksək qiymətləndirib

“Azərbaycan hökuməti 2020-ci ildə hökuməti quru və dəniz sərhədləri üzərindən, Cənubi Qafqaz vasitəsilə insanların, vəsaitlərin, məhsulların terrorçuluq məqsədilə hərəkət cəhdlərini əngəlləmək, aşkarlamaq və qarşısını almaq üçün məqsədyönlü işlər görüb”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dünyada terrorçuluqla bağlı illik hesabatında bildirilir. Həmçinin 2020-ci ildə Azərbaycanda terror hücumlarının qeydə alınmadığı, dünyəvi bəlaya qarşı mübarizə sahəsində qanunlara müvafiq dəyişikliklər gətirildiyi …

Read More »

ABŞ Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşlərini dəstəkləyib

“ABŞ Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən son görüşləri alqışlayır”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays tviterdə yazıb. “Biz regiona sülh gətirmək üçün birbaşa əlaqələri güclü şəkildə dəstəkləyirik”, – o qeyd edib.

Read More »

Belarus Brüsseldə tutduğu mövqeyə görə Azərbaycana təşəkkür edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Belarus xarici işlər naziri Vladimir Makey ilə telefon danışığı baş tutub. Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Tərəflər Azərbaycan və Belarus arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. İkitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər. Nazir Vladimir Makey, Şərq Tərəfdaşlığının 6-ci Zirvə görüşü nəticəsində qəbul olunan Birgə Bəyannamədə Belarusla bağlı bəndə …

Read More »

Prezident İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Ticarət dövriyyəsinin artdığı xüsusi qeyd olunub. İqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı potensialın olduğu bildirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Soçi …

Read More »

Baş Prokurorun müavini Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Dekabr 16-da Özbəkistanın Daşkənd şəhərində hibrid formatda Özbəkistan Prokurorluğunun yaradılmasının 30-cu ildönümünə həsr olunan beynəlxalq elmi-praktiki konfrans keçirilib. Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Müxtəlif ölkələrin hüquq mühafizə orqanlarının rəhbərləri, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycan prokurorluğu Baş prokurorun müavini Elmar Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti videokonfrans vasitəsilə təmsil olunub. Elmar Camalov çıxış edərək Özbəkistan …

Read More »

BMT Azərbaycanın təşəbbüsü ilə hazırlanan qətnaməni qəbul edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Azərbaycanın təşəbbüsü və 126 ölkənin birgə dəstəyi ilə hazırlanan “COVID-19 peyvəndlərinə ədalətli çıxış haqqında” qətnaməni qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın BMT-nin yanında Daimi Nümayəndəliyi tviterdə məlumat yayıb. Bildirilib ki, 179 ölkəqətnamənin lehinə səs verib, 7 ölkə bitərəf qalıb. Qətnamənin əleyhinə çıxan olmayıb. “Qoşulmama Hərəkatının sədri olan Azərbaycan COVID-19-a qarşı mübarizəyə rəhbərlik etməyə davam edir”, – tvitdə vurğulanıb. Qeyd edək …

Read More »