Rusiya Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfəri çərçivəsində Şəhidlər Xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, Rusiya lideri Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Vladimir Putin Şəhidlər Xiyabanında əklil aparan hərbçiləri izləyib. Onlar “Əbədi məşəl” önünə əklil qoyan zaman dövlət başçısı matəm lentini düzəldib.
Read More »Rusiya Prezidenti Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 19-da Fəxri xiyabana gələrək xalqın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Boyukmillet.com xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Read More »Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada uzunmüddətli diplomatik fəaliyyətini başa vurub. Boyukmillet.com xəbər verir ki, bu barədə o, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində TASS agentliyinə müsahibəsində bildirib. “Mən Moskvada 18,5 il işləmişəm, bu, diplomatik xidmət üçün çox şeydir və indiki mərhələdə mənə öz doğma Şuşamı parlamentdə təmsil etmək daha düzgün olardı. Qarabağın işğaldan azad edilməsindən sonra deputat olmaq …
Read More »Səfir: Azərbaycanla Filippin arasında viza rejiminin sadələşdirilməsinə çalışırıq
Azərbaycanla Filippin arasında viza rejiminin sadələşdirilməsi istiqamətində çalışırıq. Bunu “Report”a müsahibəsində Filippinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə yeni təyin olunmuş səfiri Henri Jr. Bensurton (Henry Bensurto) deyib. O qeyd edib ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim etmək üçün Bakıya səfər etdiyi vaxt dövlət rəsmiləri ilə keçirilən görüşlərdə bu məsələyə də diqqət çəkib: “Bakıda keçirdiyim rəsmi görüşlərdə üzərində durduğum önəmli məsələlərdən biri …
Read More »Azərbaycan lideri brazilyalı həmkarına təyyarə qəzasına görə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya başsağlığı məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, San-Paulu ştatında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Braziliya xalqına …
Read More »İlham Əliyev Astanada Özbəkistan Prezidentinin təltif olunması mərasimində iştirak edib
Avqustun 9-da Astanada Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə “Mərkəzi Asiya Dövlət Başçılarının Fəxri nişanı”nın təntənəli təqdim edilməsi mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər dövlət başçıları tədbirdə iştirak ediblər.
Read More »Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri Qazaxıstan XİN-ə gəliblər
Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri XİN başçılarının toplantısında iştirak etmək üçün Qazaxıstan Xarici İşlər Nazirliyinə gəliblər. Boyukmillet.com xəbər verir ki, görüş mətbuata qapalı keçiriləcək.
Read More »Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün avqustun 8-də Qazaxıstana səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini Qazaxıstanın Baş naziri Oljas Bektenov və digər rəsmi şəxslər qarşıladılar.
Read More »Türk dövlətləri arasında pul transferini həyata keçirən “Turan”a yeni ölkələr qoşulub
Türk dövlətləri ilə Türkiyə arasında pul köçürməsini təmin edən “Turan” tətbiqinin əhatə dairəsi yeni ölkələrin qoşulması ilə genişlənir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Qeyd edilib ki, “Turan” 2023-cü ildə Azərbaycanda istifadəyə verildikdən sonra Qazaxıstan, Qırğızıstan və Özbəkistanın iştirakı ilə saniyələr ərzində reallaşan pul köçürmələri tətbiqini genişləndirməyə başlayıb. Vurğulanıb ki, “Turan” “Zolotoya Korona”, “Ria” və “Swiss Remit” …
Read More »Elçin Əmirbəyov: Ermənistan konstitusiyasındakı ərazi iddiaları sülhə əsas maneədir
Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddiaları Bakı ilə İrəvan arasında sülh prosesində gələcək irəliləyiş üçün yeganə maneə olaraq qalır. Boyukmillet.com xəbər verir ki, bunu “Azadlıq” radiosuna Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib. “Söhbət Konstitusiyanın Azərbaycanın təzyiqi altında dəyişdirilməsindən deyil, seçicilərin bir suala cavab verməsindən gedir: Siz sülh istəyirsiniz, yoxsa Azərbaycanla yeni qarşıdurma üçün fürsət? Əgər …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar