Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

Rumıniyalı ekspert: Azərbaycanın hazırkı addımları Avropa İttifaqı üçün çox vacib siqnallardır

Azərbaycanın hazırkı addımları Avropa İttifaqı (Aİ) üçün çox vacib siqnallardır. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Rumıniyanın Münaqişələrin Qarşısının alınması və Erkən Xəbərdarlıq Mərkəzinin rəhbəri Yulian Kifu (Iulian Chifu) deyib. O vurğulayıb ki, neft hasilatçısı olan bir ölkənin iqlim konfransına ev sahibliyi etməsi çox mühüm məsələdir: “COP29-a Azərbaycanın ev sahibliyi etməsi yolunda Ermənistan öz namizədliyini geri çəkib, bu, artıq iki …

Read More »

Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib – YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar. 10:03 Qırğızıstan Prezidenti Sadır …

Read More »

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda ölkəmizin uğurlarının səbəblərindən danışıb. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “Biz heç vaxt Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmamışıq. Biz hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədə qardaşlarımız ilə münasibətlərimizdə ədalətli olmuşuq. Uğurumuz səbəbi bundadır”.

Read More »

Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda “Azərbaycanın xarici siyasət prioritetləri” mövzusunda beyin mərkəzlərinin nümayəndələri ilə görüşdə çıxış edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Çıxışında Ceyhun Bayramov ölkəmizin xarici siyasətinin əsas istiqamətləri, Azərbaycan-Çexiya münasibətlərinin cari vəziyyəti və perspektivləri, postmünaqişə dövrünün reallıq və çağırışları, Azərbaycan və Ermənistan arasında normallaşma …

Read More »

Ombudsman: Ermənistanın hərbi əməliyyatlarda uşaqlardan istifadə etməsinə dair hesabatlar hazırlanıb

Erməni millətçilərinin maddi və qeyri-mədəni irsimizə qarşı iddiaları ilə tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına qarşı işğalçılıq həyata keçirilib. Boyukmillet.com xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmaları ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” adlı konfransda deyib. O bildirib ki, Ermənistanın işğalçılıq hərəkətlərinə görə, 1 milyondan çox vətəndaşımızın bütün fundamental …

Read More »

Qərbi Azərbaycan İcması Ermənistanın söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb

Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov ATƏT-in “İnsan hüquqlarının və Beynəlxalq humanitar hüququn təmin olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən tədbirində iştirak edib. İcmadan “Report”a bildirilib ki, tədbirdə çıxışı zamanı Kamal Cəfərov Qərbi Azərbaycan İcmasının gündəliyində dayanan məsələlərin məhz insan hüquqları ilə bağlı olduğunu, Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların beynəlxalq hüquqa əsasən geri qayıdış hüququna …

Read More »

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb

Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putinin Baykal-Amur magistralının (BAM) dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşü başlayıb. Boyukmillet.com xəbər verir ki, “Report”un Moskvaya ezam olunmuş müxbirinin məlumatına görə, görüş BAM layihəsinin 50 illik yubileyi münasibətilə keçirilir.

Read More »

Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur

Azərbaycan və Ermənistan sülh sazişi üzərində işləyirlər, lakin hələ də razılaşdırılmamış maddələr var. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib. O, həmçinin iki ölkə liderlərinin sərhədlərin delimitasiyası ilə bağlı danışıqları davam etdirdiyini qeyd edərək, bəzi məsələlərin artıq razılaşdırıldığını vurğulayıb. Rusiya prezidentinin mətbuat katibi, həmçinin bəyan edib ki, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən …

Read More »

XİN: Gürcüstan Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Gürcüstan Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib. “Gürcüstan regionda davamlı sülhün təmin edilməsində maraqlıdır və iki qonşu ölkə arasında sülh və etimadın yaradılması prosesinə töhfə vermək öhdəliyini bir daha təsdiqləyir”, – paylaşımda deyilir.

Read More »

Rusiya Prezidentinin köməkçisi: Heydər Əliyev çox müdrik insan idi

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev insanlarla danışmağı bacaran müdrik insan idi. Boyukmillet.com xəbər verir ki, bunu “Rossiyskaya qazeta”ya müsahibəsində ölkə Prezidentinin köməkçisi İqor Levitin deyib. Baykal-Amur magistralında (BAM) xidmət edən və Urqaldakı hərbi komendantlığa rəhbərlik edən Levitin Rusiya nəşrinə müsahibəsində Baykal-Amur magistralının tikintisinin tarixindən və onun müasir perspektivlərindən danışıb. O qeyd edib ki, daha sonra ölkə BAM-ın tikintisini əsas …

Read More »