Şənbə , 10 Yanvar 2026

Xarici siyasət

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti həyata keçiriləcək

Noyabrın 1-də Nyu York və yaxın ətraf ərazilərdə yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti həyata keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb. Bildirilib ki, Bruklində baş tutacaq həmin səyyar konsulluq xidmətlərindən faydalanmaq istəyən vətəndaşlardan keçid vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur. Qeyd olunub ki, səyyar konsulluq xidmətinə müraciət üçün zəruri olan sənədlərlə bağlı ətraflı məlumat səfirliyin internet səhifəsində yerləşdirilib. O …

Read More »

Prezident İlham Əliyev MDB ilə bağlı sazişi təsdiqləyib

“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş” Azərbaycanın müvafiq qeyd-şərti ilə təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. Sənəd MDB Hökumət Başçıları Şurasının 2022-ci il oktyabrın 28-də keçirilmiş iclasında imzalanmışdı.

Read More »

Türkiyəyə düşmən mövqedə olan erməni deputata səfər yasağı

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasının fraksiyasına daxil olan deputatlar, parlamentin Xarici əlaqələr komissiyasının sədri Sərkis Xandanyanın rəhbərliyi ilə 16–20 noyabr tarixlərində İstanbulda keçiriləcək ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün Türkiyəyə yollanacaqlar. Boyukmillet.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti yazır. Saytın məlumatına görə, Türkiyəyə gedəcək ATƏT nümayəndə heyətinin tərkibində müxalifətdən bir nəfər də olsun deputat …

Read More »

Tramp Azərbaycan və Ermənistan arasında sülhdən danışıb

ABŞ Prezidenti Donald Tramp bu gün İsrail parlamentində (Knesset) çıxış edərkən yenidən Azərbaycan və Ermənistan arasında sülh nizamlanmasından bəhs edib. Boyukmillet.com-un məlumatına görə, Tramp ABŞ-nin əməkdaşlıq, dostluq və ticarət əlaqələrinə əsaslanan gələcək və irs qurmağa çalışacağını vurğulayıb. “Təl-Əvivdən Dubaya, Hayfadan Beyruta, Qüdsdən Dəməşqə və Ermənistandan Azərbaycana – daha bir müharibəni dayandırdım”, – D.Tramp bildirib.

Read More »

Kanadanın Baş naziri ABŞ Prezidenti ilə Azərbaycan və Ermənistan arasındakı sülhdən danışıb

Kanadanın Baş naziri Mark Karni Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Azərbaycan və Ermənistan arasındakı sülhdən danışıb. Boyukmillet.com xəbər verir ki, Karni Trampı transformativ (dəyişiklik yaradan) prezident adlandırıb. “Bir neçə ay əvvəl məni və bəzi həmkarlarımı mehribanlıqla qonaq etdiniz. Və o vaxtdan bu yana iqtisadiyyatda dəyişiklik, NATO tərəfdaşlarının müdafiə xərclərinə dair görünməmiş öhdəliklər götürməsi, Hindistan və Pakistan, Azərbaycan …

Read More »

Türkiyənin Kommunikasiya İdarəsi: Sosial şəbəkələrdə Azərbaycanda bayraqların yarıya endirildiyi barədə xəbərlər feykdir

Bəzi sosial media hesablarında “İsrailin Qəzzaya qarşı oktyabrın 7-də başlatdığı soyqırımın ildönümündə Azərbaycanda bayraqların yarıya endirildiyi” ilə bağlı paylaşımlar dezinformasiya məhsuludur. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycanı Fələstinə qarşı göstərməyə çalışan bu cür iddialar ictimaiyyəti yanıltmaq məqsədi daşıyır: “Bu cür məlumatlar Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir göstərmək, qardaş ölkə Azərbaycanın nüfuzuna zərər …

Read More »

Azərbaycanın TDT Katibliyinin hesabına köçürdüyü 2 milyon dolların bir hissəsinin nəyə xərclənəcəyi açıqlanıb

TDT ölkələrinin təhsil nazirləri və aidiyyəti strukturları Türk Universitetləri Birliyi və “Orhon” mübadilə proqramı üçün daimi katiblik formalaşdırmaq üçün lazımi addımlar atır. Boyukmillet.com xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfindən büdcəyə köçürülən 2 milyon dolların …

Read More »

UNESCO-da Azərbaycanın bəyanatı səsləndirilib

Parisdə UNESCO İcraiyyə Şurasının 222-ci sessiyası öz işinə başlayıb. Boyukmillet.com xəbər verir ki, sessiyanın plenar debatlar hissəsində Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ölkənin bəyanatını səsləndirib. Sənəddə Azərbaycanın İcraiyyə Şurasına son dördillik üzvlüyü dövründə həyata keçirdiyi aktiv fəaliyyəti haqqında məlumat verilib, ölkənin bundan sonra da UNESCO platformasında fəal iştirak və təşkilatın mandatına töhfə verməkdə davam edəcəyi vurğulanıb. E.Abdullayev BMT …

Read More »

Sabah Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək

Qəbələdə oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək. Boyukmillet.com xatırladır ki, oktyabrın 6-7-də baş tutacaq TDT-nin XII Zirvə Görüşü “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunub. Bu Zirvə görüşü Türk dünyasının gələcək ortaq strateji hədəflərini və birgə fəaliyyət mexanizmlərini müəyyən edəcək. Zirvə çərçivəsində TDT-yə üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları sonuncu …

Read More »

Putin Azərbaycan və Türkiyədən asılı duruma düşdü: Rusiyanı yanacaq böhranından bu dövlətlər qurtara bilər

Boyukmillet.com xəbər verir ki, Ukraynanın pilotsuz uçuş aparatları ilə ardıcıl həyata keçirdiyi zərbələr nəticəsində Rusiya neft emalı zavodlarının (NEZ) 38 faizi sıradan çıxıb ki, bu da gündəlik 338 min ton yanacaq itkisi deməkdir. Nəticədə ölkədə kəskin yanacaq qıtlığı yaranıb. Məlumatlara görə, böhran iyulun sonlarından başlayaraq bir sıra regionlarda, xüsusilə Krımda, Sibirdə və Uzaq Şərqdə benzinin kəskin çatışmazlığına səbəb olub. Ölkədə …

Read More »