Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Azərbaycanla Çin arasında energetika sahəsində əməkdaşlığa dair Memorandum təsdiqlənib

2023-cü il oktyabrın 17-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Sənədə əsasən, bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Azərbaycan …

Read More »

XİN rəsmisi: “Mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün Ermənistana təzyiq göstərilməlidir”

“Mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün Ermənistana təzyiq göstərilməlidir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov dekabrın 4-də Bakıda keçirilən “Cənubi Qafqazda mina qurbanları ilə həmrəylik: Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu” mövzusunda tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, dünya ölkələrinin Azərbaycandakı mina problemi ilə məlumatlandırılması beynəlxalq təşkilatların …

Read More »

Ombudsman: “Ermənistan hələ də mina xəritə-sxemləri barədə dəqiq məlumatları vermək istəmir”

“Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal dövründə, habelə ondan sonrakı illərdə Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki ərazilərimizdə çoxsaylı minalar və partlamamış hərbi sursatlar mövcuddur, qarşı tərəf isə hələ də onların xəritə-sxemləri barədə dəqiq məlumatları vermək istəmir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan …

Read More »

BQXK mina probleminin həllində Azərbaycana dəstək verməyə hazır olduğunu açıqlayıb

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) mina probleminin həllində Azərbaycana dəstək verməyə hazır olduğunu açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə BQXK-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Koiç dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanda mina qurbanlarının 90 faizindən çoxu kişilərdir: “Təəssüf ki, Azərbaycan mina problemi ilə …

Read More »

İcma nümayəndəsi BMT-ni azərbaycanlıların Ermənistana qayıdışına dəstək verməyə çağırıb

Qərbi Azərbaycan İcması 2023-cü il noyabrın 30-dan dekabrın 1-dək Cenevrədə keçirilmiş BMT-nin Azlıqların Məsələləri üzrə Forumunun XVI sessiyasında təmsil olunub. Boyukmillet.com xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədrinin müavini, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı cənab Şahin İsmayılov tədbirdə iştirak və çıxış etmişdir. Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurasının 2007-ci ildə qəbul etdiyi qətnamə əsasında hər il keçirilən …

Read More »

İtaliya XİN başçısının müavini: “Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var”

“Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var”. Boyukmillet.com xəbər verir ki, bunu İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli ölkəsinin aparıcı kütləvi informasiya vasitələrindən olan “Formiche” qəzetinə müsahibəsində deyib. Avropa parlamentinin İtaliyanın müxalifət “5 Ulduz hərəkatı” Partiyasından üzvü Fabio Massimo Kastaldonun Avropa İttifaqı və Avropa Parlamentinin rəsmilərinə ünvanlanmış ədalətsiz və əsassız çağırışlarına münasibətdə E.Çirielli bunun uyğunsuz bir hərəkət …

Read More »

Sahibə Qafarova Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Çexiyaya rəsmi səfəri çərçivəsində Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Sahibə Qafarova Milli Məclisin sədri kimi Çex Respublikasına ilk dəfə səfər etdiyini, bu səfərin və keçirilən görüşlərin münasibətlərin daha da genişlənməsinə müsbət təsir edəcəyinə …

Read More »

Prezident İlham Əliyev Laos Prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Laos arasında dostluq …

Read More »

Qərbi Azərbaycan İcması Ermənistanın XİN başçısına cavab verib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanı “təcavüz”də, “etnik təmizləmə”də, qeyri-konstruktivlikdə ittiham edən açıqlamalarla çıxış edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib. Ermənistan diplomatiyasının utanmaz davranışının həddi-hüdudu yoxdur. 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, azərbaycanlıların Ermənistana qayıdış hüququnu belə inkar edən bir ölkənin rəsmisinin belə açıqlaması siyasi əxlaqsızlıqdır. Bu …

Read More »

Ceyhun Bayramov Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransında çıxış edib

Xarici işlər naziri Ceyhun Bayramov dekabrın 1-də Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində təşkil olunan Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransının xüsusi sessiyasında çıxış edib. Bu barədə “Report”a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, çıxış zamanı nazir post-münaqişə dövründə Azərbaycanın xarici siyasət prioritetləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin perspektivləri, habelə regional vəziyyət barədə ölkəmizin mövqeyini diqqətə çatdırıb. Xarici işlər naziri …

Read More »