Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

XİN Qarabağda qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyəti ilə bağlı bəyanat yayıb

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyəti ilə bağlı bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycan Respublikasının Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Azərbaycan Respublikası ərazisində siyasi …

Read More »

Rəsmi Bakı Ermənistana növbəti dəfə xəbərdarlıq edib

Ermənistan öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialara son qoymalı, normallaşma prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Boyukmillet.com xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyəti ilə bağlı bəyanatında əksini tapıb. Qeyd …

Read More »

Türkiyəli nazir Qarabağ Zəfərinin ildönümü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Qarabağ Zəfərinin ildönümü münasibətilə Azərbaycanı təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə o, sentyabrın 7-də Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib Qonaq Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Ankarada keçirilmiş Fövqəladə Zirvə görüşünün önəmini qeyd edərək deyib: “Hörmətli cənab Prezident, hüzurunuzda olmaqdan duyduğum məmnuniyyəti …

Read More »

“Ərdoğan və Putin Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası ilə bağlı razılıq əldə edib” – RƏY

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında Soçidə keçirilən görüşdə Qarabağla bağlı kompromis əldə olunub”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, söhbət Qarabağın dağlıq hissəsində yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyası məsələsindən gedir. İkinci məsələ isə həmin əraziyə ərzaq yüklərin daşınmasıdır: “Fikrimcə, Rusiya Azərbaycanın səylərini dəstəkləyir. Təsadüfi deyil …

Read More »

Kəmaləddin Heydərov: “TDT çərçivəsində baş tutan görüş faydalı əməkdaşlığa yeni təkan verəcək”

“Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində baş tutan bu tədbir təşkilata üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə müvafiq dövlət qurumları arasında faydalı əməkdaşlığa yeni təkan verəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin Bakıda keçirilən ikinci görüşündə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. Onun …

Read More »

Avropalı ravvinlər Ermənistanı Holokostdan təbliğat kimi istifadəni dayandırmağa çağırıblar

Avropalı ravvinlər Ermənistan hökumətinin Azərbaycanın Qarabağda yaşayan ermənilərə münasibətini yəhudilərin üzləşdiyi Holokostla müqayisə etməsi ilə bağlı bu ölkənin baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyana məktub ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubu Fransa, Böyük Britaniya və Almaniya daxil olmaqla, Avropa ölkələrindən olan 50 ravvin imzalayıb. Onlar hər hansı siyasi məqsədlərə nail olmaq naminə erməni təbliğatının Holokost mövzusundan istifadəsinə dərhal son …

Read More »

İSBAM sədri Türkiyədə: “Çorumda bir parka və prospektə Füzulinin adı veriləcək” – FOTOLAR

“Bu gün Çorum Bələdiyyə başqanı Dr.Halil ibrahim Aşkın bəylə görüşdük”. Boyukmillet.com xəbər verir ki, bu sözləri İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli sosial media hesabında yazıb. Onun sözlərinə görə, səmimi və xoş söhbət əsnasında keçirilən görüşdə Azərbaycan – Türkiyə münasibətləri, Çorumda keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb: “Söhbət zamanı Çorumda bir parka və prospektə azad edilmiş …

Read More »

Hikmət Hacıyev “New York Times”a açıq məktub ünvanlayıb: “Təəssüf ki, NYT alternativ baxışlara bürokratik maneələr qoyur”

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “New York Times”a (NYT) açıq məktub ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə o, rəsmi “X” hesabında paylaşım edib. O, NYT-nin bütün səslər üçün ədalətli platforma olmaq əvəzinə, alternativ baxışlara təhlükəsizlik divarları və bürokratik maneələr qoymasına təəssüfləndiyini bildirib. “Bütün səslər üçün ədalətli platforma olmaq əvəzinə, mən təəssüflənirəm …

Read More »

Hikmət Hacıyev: “Sülhün təmininə başlamaq üçün ən yaxşı yol Ermənistanın üzr istəməsi olardı”

“Sülhün təmininə başlamaq üçün ən yaxşı yol Ermənistanın üzr istəməsi olardı”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Arab News”a müsahibəsində deyib. O, sülhü təmin etmək və keçmişin dəhşətlərini arxada qoymaq üçün atılmalı olan addımlardan söz açıb. Bildirib ki, başlamaq üçün ən yaxşı yol Ermənistanın üzr istəməsi olardı. Hikmət Hacıyev …

Read More »

Prezident İlham Əliyev Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə regionda vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması barədə müzakirələr aparılıb. Dövlət başçısı Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət olunmasına …

Read More »