“İndi yeni bir dövr başlayır, qalib türk millətçiləri, Atatürkçülər, türk milləti və türk dünyası, uduzan isə linç mədəniyyəti və terrora bağlı olanlar və onlara güvənənlər oldu”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan tviterdə bildirib. “Prezident seçkiləri prosesi başa çatıb. Bu nəticəyə görə birinci turda dəstəyini əsirgəməyən seçicilərimiz ikinci turda da bizi dəstəkləməyə davam edərək Türkiyənin sabitliyinə …
Read More »“Bu, təkcə Türkiyənin yox, həm də Azərbaycanın, bütün Türk dünyasının qələbəsidir” – RƏY
“Bu gün Türkiyənin əldə etdiyi qələbə təkcə Türkiyənin yox, həm də Azərbaycanın qələbəsidir, bütün Türk dünyasının qələbəsidir. Azərbaycan əhalisi Türkiyə əhalisi kimi bu qələbəni gözləyirdi”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat vurğulayıb ki, bu gün Türkiyədə demokratiya qalib gəldi, türkçülük qalib gəldi: “İmperialistlər, İran, Ermənistan və onların havadarları bu prosesə mane olmağa çox …
Read More »Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrik məktubunda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti vəzifəsinə keçirilən seçkilərdə yenidən qazandığınız qələbə münasibətilə Sizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Azərbaycan xalqı da bu seçkiləri böyük diqqət və həyəcanla …
Read More »Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarına zəng edib
28 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğluna zəng vurub. Boyukmillet.com xəbər verir ki, nazir Ceyhun Bayramov Türkiyədə keçirilən prezident və parlament seçkilərində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Cümhur İttifaqının səs çoxluğu ilə qətiyyətli qələbəsi münasibətilə nazir Çavuşoğluna təbriklərini çatdırıb. Azərbaycanla qardaş Türkiyə arasında strateji müttəfiqliyimizin …
Read More »Mehriban Əliyeva Türkiyə Prezidentini və xanımını təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində əldə etdiyi qələbə ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Сənab Rəcəb Tayyib Ərdoğanı və əziz bacım Əminə xanımı qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy xalqlarımızın qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Allah …
Read More »Mustafa Şəntop Azərbaycanı təbrik etdi
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, o, təbrikini tviterdə paylaşıb. “Vətən uğrunda, müstəqillik yolunda şəhid olan qəhrəmanlarımızın xatirəsini hörmət və ehtiramla yad edirəm. Dost və qardaş ölkə Can Azərbaycanın 28 May Müstəqillik Günü mübarək olsun”, – M.Şəntop yazıb.
Read More »XİN: “Latviya Azərbaycanla dostluq münasibətlərini inkişaf etdirməyi səbirsizliklə gözləyir”
“Latviya Azərbaycanla dostluq münasibətlərini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə daha da inkişaf etdirməyi səbirsizliklə gözləyir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyindən bildirilib. Latviya XİN 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib. “Müstəqillik günü münasibətilə sizi təbrik edir, sülh, təhlükəsizlik və firavanlıq arzulayırıq!”, – nazirliyin tviterində edilən paylaşımda yazılıb.
Read More »Türkiyə MN 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib
Türkiyə Milli Müdafiə Nazirliyi 28 May – Müstəqillik Günü münasibətilə sosial şəbəkədə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, müdafiə qurumunun tviterdəki səhifəsində qeyd olunub: “Can Azərbaycanın 28 May – Müstəqillik Günü münasibətilə təbrik edirik. “Bir millət, iki dövlət anlayışı ilə hər zaman bir və bərabər olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”.
Read More »TÜRKPA Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib
Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı təşkilatın sosial şəbəkə hesabında paylaşım olunub. “Azərbaycan Respublikasının Müstəqillik Günü mübarək olsun!”, – paylaşımda deyilir.
Read More »Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib
Azərbaycan Parlamentinin ilk sədri olan Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva tviterdəki hesabında yazıb. “Müsəlman Şərqinin ilk parlament demokratiyası – Azərbaycan Demokratik Respublikasının banilərindən biri, Azərbaycan Parlamentinin ilk sədri olan Əlimərdan bəy Topçubaşovun Parisin Sen Klu qəbirstanlığındakı məzarını ziyarət etdik. 28 May Müstəqillik Günümüz mübarək olsun!”, – səfir qeyd …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
