“Təbii ki, ikitərəfli əlaqələrimizin önəmli hissəsi nəqliyyatla bağlıdır”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib. “Burada da bütün işlər uğurla gedir, plan üzrə gedir. Orta dəhlizin həyata keçirilməsində Gürcüstan və Azərbaycan uğurla fəaliyyət göstərir və əlbəttə ki, növbəti mərhələdə yükdaşımaların həcminin artırılması istiqamətində əlavə addımlar …
Read More »Çavuşoğlu: “Azərbaycanla Ermənistan arasında ən qısa vaxtda sülh müqaviləsinin imzalanmasını istəyirik”
“Biz Cənubi Qafqazdakı durumu da müzakirə etdik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 7-də Ankarada rusiyalı həmkarı Sergey Lavrovla birlikdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Türkiyənin arzusu Azərbaycanla Ermənistan arasında ən qısa müddətdə sülh müqaviləsinin imzalanmasıdır: “Biz istəyirik ki, regionda sülh olsun. Mən həmkarımla Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasındakı münasibətlər barədə də danışdım”.
Read More »Azərbaycanla Qazaxıstan arasında protokol imzalanıb
Azərbaycanla Qazaxıstan arasında Hökumətlərarası Komissiyanın 19-cu iclasında protokol imzalanıb. Boyukmillet.com xəbər verir ki, protokolu Azərbaycan tərəfindən Azərbaycan energetika naziri Pərviz Şahbazov, Qazaxıstan tərəfindən isə Qazaxıstanın Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin imzalayıb. Xatırladaq ki, bu gün Bakıda Azərbaycanla Qazaxıstan arasında Hökumətlərarası Komissiyanın 19-cu iclası keçirilib. Komissiyanın 20-ci iclasının gələn il Qazaxıstanda keçirilməsi razılaşdırılıb. İclasdan əvvəl Komissiyanın həmsədrləri, Azərbaycanın energetika …
Read More »Azərbaycan Prezidentinin Gürcüstanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü başlayıb. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qarşılayıb. Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili birgə foto çəkdiriblər.
Read More »Ceyhun Bayramov: “Etnik təmizləməyə məruz qalan həmvətənlərimiz Qərbi Azərbaycan İcmasında birləşiblər”
“1991-ci ilə qədər bütün azərbaycanlılar öz yurd-yuvalarından zorla qovulub çıxarılıb”. Boyukmillet.com xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində videoçıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov deyib. “Etnik təmizləməyə məruz qalan …
Read More »Ceyhun Bayramov: “Qarabağa UNESCO missiyasının göndərilməsinə maneələri məhz Ermənistan yaradıb”
“Son 30 ildə Qarabağ ərazisinə UNESCO-nun araşdırıcı missiyanın göndərilməsinə maneələri məhz Ermənistan yaradıb”. Boyukmillet.com xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində videoçıxışı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. …
Read More »Azərbaycanın Yunanıstandakı səfiri geri çağırılıb
Anar Xeybər oğlu Hüseynov Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Read More »İran səfirliyinin 4 diplomatının Azərbaycandan çıxarılması üçün prosedur qaydalarının icrasına başlanılıb
İran səfirliyinin “persona-non-grata” elan edilən diplomatlarının Azərbaycandan çıxarılması üçün prosedur qaydalarının yerinə yetirilməsinə başlanılıb. Boyukmillet.com xəbər verir ki, həmin diplomatlar aşağıdakılardır: Mirmahdi Mirsalampur Şərif Qurbanəli Purmərcan Varcovi Hadı Moğadam Əsgər Bahari Xoş Mənzər. Qeyd edək ki, aprelin 6-da İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı “persona- non-qrata” elan olunub. Onların ölkəni tərk etməsi üçün 48 saat vaxt verilib.
Read More »Azərbaycan Avropa Şurasının daha bir mühüm müqaviləsinə imza atıb
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, xüsusilə cəzanın labüdlüyü prinsipinin təmin edilməsi üzrə önəmli tədbirlər görülür, effektiv beynəlxalq əməkdaşlıq həyata keçirilir. Cinayətkarlıqla qlobal mübarizədə fəal iştirak edən ölkəmiz bu sahədə beynəlxalq əməkdaşlığın səmərəsinin artırılması, müvafiq konvensiyaların təkmilləşdirilərək müasir çağırışlara uyğunlaşdırılması ilə bağlı öz töhfəsini verir, Ədliyyə Nazirliyi tərəfindən təkliflər irəli sürülür, o cümlədən …
Read More »İranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşı persona-non-qrata elan olunub, 48 saata ölkəni tərk etməlidirlər
Bu gün İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə XİN-dən məlumat verilib. Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib. İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan …
Read More »