Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Vilnüsdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi lanç verilib

Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə Litva Respublikasının Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausediene tərəfindən rəsmi lanç verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

XİN: “ABŞ konqresmenlərinin birtərəfli qətnamələr irəli sürməsi sülh danışıqlarına zərər verir”

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir. Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat verilib. Nümayəndə heyəti ABŞ Senatının üzvləri Senator Tom Koton, Senator Ben Kardin, Konqresin Nümayəndələr Palatasının üzvləri Cək Berqmən, Çak Flayşmən, Mayk Ezel və Robert Aderholt ilə görüşüb. Görüşlərdə ABŞ-Azərbaycan ikitərəfli əlaqələri, həmçinin regionda gedən proseslər, eyni zamanda Ermənistanla aparılan sülh …

Read More »

Prezident: “Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır”

“Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatla çıxış edən zaman bildirib. “Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İldən-ilə nəql edilən, ixrac edilən qazın həcmi artıb və aracaqdır”, – dövlət …

Read More »

Vilnüsdə Azərbaycan və Litvanın birinci xanımlarının görüşü olub

Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Litva Respublikasının birinci xanımı Diana Nausediene ilə görüşü olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Litva Prezidenti: “Azərbaycan və Ermənistan arasındakı münaqişənin diplomatik yolla həllinin tərəfdarıyıq”

“Litva Azərbaycan və Ermənistan arasındakı münaqişənin diplomatik yolla, dinc və əhatəli həllinin tərəfdarıdır”. Boyukmillet.com-un xəbərinə görə, bunu Litva Prezidenti Gitanas Nauseda mayın 22-də Vilnüsdə Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edən zamanı deyib. O bildirib ki, iki ölkə arasında əməkdaşlıq baxımından əhəmiyyətli müzakirələrə start verilib: “Təhsil və iqtisadi baxımdan əlaqələrimizi gücləndirmək qərarına gəldik. İlham Əliyevlə biz birgə Azərbaycan …

Read More »

Prezident İlham Əliyev litvalı həmkarını Azərbaycan-Ermənistan sülh danışıqları haqqında məlumatlandırıb

“Azərbaycan-Ermənistan sülh danışıqları haqqında Litva Prezidentini məlumatlandırdım”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatı zamanı bildirib. “Keçən il Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycanda rəsmi səfərdə idi. Bu il mən Litvada rəsmi səfərdəyəm. Biz bu ilin əvvəlində də Davosda da görüşmüşdük. Bu, özlüyündə onu göstərir ki, aramızda çox fəal …

Read More »

Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un Vilnüsə ezam olunan müxbiri məlumat verib.

Read More »

Azərbaycanla Litva arasında sənədlər imzalanıb

Mayın 22-də Vilnüsdə Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub. Bu barədə “Report”un Vilnüsə ezam olunan əməkdaşı xəbər verir. Azərbaycan və Litva arasında aşağıdakı sənədlər imzalanıb: “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”i Litva Respublikasının ətraf mühit naziri …

Read More »

İlham Əliyev və Mehriban Əliyeva Litvanın keçmiş Prezidentinə başsağlığı veriblər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Litva Respublikasının keçmiş Prezidenti Valdas Adamkusa başsağlığı məktubu ünvanlayıblar. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri, Həyat yoldaşınız, ömür-gün dostunuz Alma Adamkiyenenin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik”.

Read More »

Britaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri! Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Mən çətinliklərin yaşandığı indiki dövrdə ölkələrimiz arasında mehriban dostluğun və güclü tərəfdaşlığın davam edəcəyinə ümidvar olduğumu bildirmək istərdim”.

Read More »