İsrailin Azərbaycandakı səfirliyində Holokost qurbanlarının xatirəsi yad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin tviter səhifəsində paylaşım edilib. “Bu gün biz bütün Holokost qurbanlarının xatirəsini ehtiramla yad edirik. Biz qurbanlarla yanaşı, həm də onların dözümlülüyünü və cəsarətini xatırlayırıq. Onların itaətsizliyi bizim qələbəmizdir”, – paylaşımda bildirilib. Xatırladaq ki, aprelin 18-də İsraildə Holokost qurbanlarının və müqavimət qəhrəmanlarının anım günü qeyd …
Read More »Rusiya ordusu son sutkada Ukraynaya 57 raket atıb, yaralananlar var
“Rusiya ordusu son sutkada Ukrayna ərazisinə 57 raket atıb, bir neçə mülki şəxs yaralanıb”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib. Məlumata görə, Ukraynanın bütün ərazisinə raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır. Baş Qərargahdan qeyd olunub ki, Rusiya qoşunları xeyli itki verir, buna baxmayaraq əsas səylərini Kupyansk, Lymansk, Baxmut, Avdiivka və Marinsk istiqamətlərinə …
Read More »Qazaxıstan Azərbaycana yeni səfir təyin edib
Qazaxıstan Azərbaycana yeni səfir təyin edib. Boyukmillet.com xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə bu vəzifəyə Alim Bayel təyinat alıb. O, daha əvvəl Qazaxıstanın Türkiyənin İstanbul şəhərindəki baş konsulu vəzifəsində çalışıb.
Read More »Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sülh sazişini müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüş zamanı, Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin gələcək perspektivləri, eyni zamanda Azərbaycan-Ermənistan normallaşma prosesinin digər komponentləri müzakirə olunub. C.Bayramov Üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, …
Read More »Ombudsman Ermənistanda saxlanılan Azərbaycan hərbçiləri ilə bağlı növbəti dəfə beynəlxalq təşkilatlara müraciət edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən saxlanılmış azərbaycanlı hərbi qulluqçuların hüquqlarının təmini məsələsini mandatları çərçivəsində diqqətdə saxlamaları üçün aidiyyəti beynəlxalq və regional təşkilatlara məktubla müraciət edib. Bu barədə “Report”a Ombudsman Aparatından məlumat verilib. Müraciətdə xüsusilə Azərbaycan Silahlı Qüvvələrinin əsgərinin qeyri-insani rəftara məruz qalması ilə bağlı Ermənistan mediasında yayımlanmış video və fotoların araşdırılması tələb olunub, Ombudsman tərəfindən …
Read More »Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Pasxa bayramı münasibətilə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!”.
Read More »Dünya azərbaycanlıları əsgərlərimizin əsir götürülməsi ilə bağlı bəyanat yayıb
Dünya azərbaycanlıları əsgərlərimizin əsir götürülməsi ilə bağlı bəyanat yayıb. Boyukmillet.com-un məlumatına görə, bəyanatda Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində Azərbaycan ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistan tərəfindən əsir götürülməsi və Azərbaycan hərbçilərinə işgəncə verilməsi, onlarla qeyri-insani rəftar edilməsi qətiyyətlə pislənilib. Dünya azərbaycanlıları Ermənistanın Cenevrə Konvensiyası, …
Read More »İlham Əliyev və Mehriban Əliyeva İrəvanda medal qazanmış türk idmançıları təbrik ediblər
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağır atletika üzrə Avropa çempionu Cansu Bektaşa və Ağır atletika üzrə Avropa çempionatının gümüş medal sahibi Qamze Altuna təbrik məktubu ünvanlayıblar. Boyukmillet.com-un məlumatına görə, təbrik məktubunda deyilir: “Əziz Cansu və Qamze, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl və gümüş medallar qazanmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik. Sizin yüksək ustalıq, …
Read More »Riçardas Lapaytis: “Ermənilər belə hərəkətlə bütün etimad körpülərini yandırdı”
“Son günlər baş verən hadisələr bizi çox şeylər üzərində düşünməyə vadar edir. Ermənilər bütün dünyanın gözü qarşısında azmış Azərbaycan əsgərini vəhşicəsinə döyürlər”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri litvalı ekspert, hərbi jurnalist Riçardas Lapaytis özünün feysbuk səhifəsində yazıb. “Döyülmüş gənc Azərbaycan əsgərinin necə yerdə uzandığını, mülki şəxsin onun üzünə necə təpik vurduğunu görürük. Açığı, bu, dəhşətli iyrənclik hissi yaradır. Əlləri …
Read More »AK Parti Azərbaycana təşəkkür edib
“Türkiyə yeni dövrə başlayır” Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Türkiyənin yüzüncü ili təkcə Türkiyə yox, dost və qardaş ölkələr başda olmaqla bütün dünya üçün əhəmiyyətlidir: “Ona görə də bütün dünya seçkilər prosesini diqqətlə izləyir. Dost və qardaş ölkələrin diqqətini müşahidə edirik. …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
