“Azərbaycan Qoşulmama Hərəkatına sədrliyin öhdəsindən yaxşı gəlib”. Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Kanat Tumış Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun martın 2-də Bakıda baş tutan Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib. O, sammitin təşkilinə görə Azərbaycana təşəkkür edib. Nazir müavini vurğulayıb ki, pandemiyanın mənfi nəticələrini aradan qaldırmaq üçün ölkələr inklüziv …
Read More »İƏT Qarabağda mədəni və dini irsə ziyan vurulmasını pisləyib
“30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın ərazilərində mədəni və dini irsə vurulmuş ziyanla bağlı məsələ BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 52-ci sessiyasının yüksək səviyyəli iclasında qaldırılıb”. Boyukmillet.com xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha deyib. O, Əfqanıstanda baş verən hadisələri, Cammu və Kəşmir problemini, Rohinca müsəlman icmasının vəziyyətini və …
Read More »Zimbabve xarici işlər nazirinin müavini: “QH-nin sədri kimi Azərbaycanın təşəbbüsləri xüsusi əhəmiyyət kəsb edir”
“Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində irəli sürdüyü təşəbbüslər xüsusi əhəmiyyət kəsb edir”. Boyukmillet.com xəbər verir ki, bunu Zimbabvenin xarici işlər və beynəlxalq ticarət nazirinin müavini David Musabayana Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib. “Biz Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində pandemiyanın nəticələrinə qarşı mübarizə ilə bağlı təşəbbüslərini yüksək qiymətləndiririk”, …
Read More »Prezident İlham Əliyevin adından Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşünün iştirakçılarının şərəfinə ziyafət verilib
Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin şərəfinə ziyafət verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb. Qeyd edək ki, bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib.
Read More »Ceyhun Bayramov sudanlı həmkarı ilə görüşüb
Martın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Sudan Respublikasının xarici işlər naziri Əli Əl-Sadiq Əli ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, o cümlədən bölgədə …
Read More »“Eqco News”: “Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının həqiqi ruhunu qaytarır”
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynadakı müharibə fonunda yeni məna kəsb edən Qoşulmama Hərəkatının (QH) həqiqi ruhunu geri qaytarır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Afrika & Sharing” analitik mərkəzinin rəhbəri, CERAD-ın prezidenti, professor Kristian Qambottinin “Eqco News”da dərc olunan məqaləsində deyilir. “120 dövlət və 17 müşahidəçi ölkənin daxil olduğu Qoşulmama Hərəkatı bununla da öz çəkisini və legitimliyini bərpa edir. Məhz …
Read More »Nazir: “Pakistan və Azərbaycanın iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialı var”
“Pakistan və Azərbaycanın iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialı var”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən sammitində iştirak edən Pakistanın iqtisadiyyat naziri Sərdar Ayaz Sadiq deyib. Nazir son bir ildə ölkələr arasında ticarət dövriyyəsinin 3 dəfə artdığını da qeyd edib. O əlavə edib ki, neft və təbii qaz …
Read More »İlham Əliyev: “Azərbaycan və Türkmənistan arasında siyasi dialoq yüksək səviyyədədir”
Azərbaycan Türkmənistanla ikitərəfli əlaqələrin inkişafına daim xüsusi diqqət yetirir, ölkələrimiz arasında siyasi dialoq yüksək səviyyədədir, mədəni, humanitar sahələrdə əlaqələr inkişaf edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşündə bildirib. Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdəki rolunun artırılmasında maraqlı olduğunu vurğulayaraq deyib ki, ölkəmiz bu xüsusda bir sıra təşəbbüslərlə çıxış edib. …
Read More »Azərbaycanın Türkiyədə olan çevik xilasetmə qüvvələrinin növbəti qrupu Vətənə yola düşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin növbəti qrupu bu gün təyyarə ilə Adana hava limanından Bakı şəhərinə yola düşüb. Qüvvələri hava limanından İmamoğlu rayonunun rəhbəri Mehmet Aksu, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyindən fövqəladə və səlahiyyətli səfir …
Read More »Prezident: “Azərbaycan və Türkmənistan bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarına malikdir”
Azərbaycanla Türkmənistan arasında mövcud olan çox sıx siyasi əlaqələr möhkəm təməllər üzərində qurulub. Ölkələrimiz enerji, pambıqçılıq, nəqliyyat, investisiyalar və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlara malikdir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşündə deyib. Azərbaycanın öz nəqliyyat-tranzit potensialını artırdığını bildirən dövlətimizin başçısı əlavə edib ki, bu, gələcəkdə Türkmənistan mallarının da ölkəmizin ərazisindən daşınması …
Read More »