Çərşənbə axşamı , 9 Dekabr 2025

Xarici siyasət

Ceyhun Bayramov: “Qarabağa UNESCO missiyasının göndərilməsinə maneələri məhz Ermənistan yaradıb”

“Son 30 ildə Qarabağ ərazisinə UNESCO-nun araşdırıcı missiyanın göndərilməsinə maneələri məhz Ermənistan yaradıb”. Boyukmillet.com xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində videoçıxışı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. …

Read More »

Azərbaycanın Yunanıstandakı səfiri geri çağırılıb

Anar Xeybər oğlu Hüseynov Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Read More »

İran səfirliyinin 4 diplomatının Azərbaycandan çıxarılması üçün prosedur qaydalarının icrasına başlanılıb

İran səfirliyinin “persona-non-grata” elan edilən diplomatlarının Azərbaycandan çıxarılması üçün prosedur qaydalarının yerinə yetirilməsinə başlanılıb. Boyukmillet.com xəbər verir ki, həmin diplomatlar aşağıdakılardır: Mirmahdi Mirsalampur Şərif Qurbanəli Purmərcan Varcovi Hadı Moğadam Əsgər Bahari Xoş Mənzər. Qeyd edək ki, aprelin 6-da İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı “persona- non-qrata” elan olunub. Onların ölkəni tərk etməsi üçün 48 saat vaxt verilib.

Read More »

Azərbaycan Avropa Şurasının daha bir mühüm müqaviləsinə imza atıb

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, xüsusilə cəzanın labüdlüyü prinsipinin təmin edilməsi üzrə önəmli tədbirlər görülür, effektiv beynəlxalq əməkdaşlıq həyata keçirilir. Cinayətkarlıqla qlobal mübarizədə fəal iştirak edən ölkəmiz bu sahədə beynəlxalq əməkdaşlığın səmərəsinin artırılması, müvafiq konvensiyaların təkmilləşdirilərək müasir çağırışlara uyğunlaşdırılması ilə bağlı öz töhfəsini verir, Ədliyyə Nazirliyi tərəfindən təkliflər irəli sürülür, o cümlədən …

Read More »

İranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşı persona-non-qrata elan olunub, 48 saata ölkəni tərk etməlidirlər

Bu gün İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə XİN-dən məlumat verilib. Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib. İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan …

Read More »

Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri aprelin 6-da başa çatıb. Boyukmillet.com xəbər verir ki, Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistan Prezidenti Emoməli Rəhmon yola salıb.

Read More »

Komitə sədri: “İran siyasi dairələrinin işlətdiyi “qırmızı xətt” kimi terminləri çox anormal görünür”

“İran siyasi dairələrinin işlətdiyi “qırmızı xətt” kimi terminləri çox anormal görünür”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. “Azərbaycanın dünya miqyasında və bölgədə söz sahibinə çevrilməsi İranı və onun hakim dairələrini qıcıqlandırır”, – Komitə sədri vurğulayıb. Onun sözlərinə görə, İran tərəfindən Azərbaycana qarşı edilən hərəkətlər Ermənistanla sıx əlaqələrindən irəli gəlir: “Eyni …

Read More »

Bu gün Minskdə MDB ölkələri Müdafiə nazirliklərinin nümayəndələri görüşəcək

Bu gün Belarusun paytaxtı Minsk şəhərində MDB ölkələrinin Müdafiə Nazirliklərinin nümayəndələrinin iclası keçiriləcək. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyindən bildirilib. Toplantıda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq. İclas 2 gün davam edəcək. Xatırladaq ki, MDB 1991-ci ildə yaradılıb. Birliyə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistan daxildir.

Read More »

Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər. Boyukmillet.com  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

İlham Əliyev: “Dövlətlərarası münasibətlərimiz dövründə çox möhkəm təməl yaratmağa nail olmuşuq”

“Ölkələrimizin xalqları uzun müddət ərzində fəal qarşılıqlı əlaqə saxlayırlar. Çox sevindirici haldır ki, 30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlərimiz dövründə biz çox möhkəm təməl yaratmağa və bu təməl üzərində dostluğumuzun möhkəm binasını qurmağa nail olmuşuq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü zamanı söyləyib. “Biz həm çoxtərəfli …

Read More »