“Azərbaycana gəlməzdən bir ildən çox əvvəl Azərbaycan dilini öyrəndim, sonra isə bir müddət Gəncədə bir ailə ilə yaşadım. Mən hələ də məşğul olmağa davam edirəm, çünki Azərbaycan dilimin hələ kifayət qədər yaxşı olduğunu düşünmürəm”. Boyukmillet.com bildirir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman keçirdiyi mətbuat konfransında deyib. Səfir Azərbaycan dilini öyrənməyi karyerasında ən yaxşı qərarlardan biri adlandırıb: “İngilisdilli insan …
Read More »TƏCİLİ: Rusiyanın Azərbaycandakı səfiri XİN-ə ÇAĞIRILDI
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı, son dövrlərdə Rusiya Federasiyasının media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə …
Read More »Rusiyadan Ermənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşüb
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 8 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb. Boyukmillet.com xəbər verir ki, tədarükə çəkisi 560 ton olan buğda daxildir. Yük Böyük Kəsik istiqamətinə göndərilib. İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 42 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 min ton taxta göndərilib. Eyni zamanda, indiyə qədər Azərbaycandan …
Read More »Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək. Boyukmillet.com xəbər verir ki, bu ölkəyə 20 vaqon buğda tədarük ediləcək. Qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşəcək.
Read More »Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası …
Read More »Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndəriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. 15 vaqondan ibarət, çəkisi 1049 ton olan buğda və 10 vaqondan ibarət 700 ton daş kömür Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 37 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton …
Read More »Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
Körfəz investorları üçün burada əsas üstünlük məhsulu bir bazara deyil, eyni vaxtda Azərbaycan, Mərkəzi Asiya, Türkiyə, Yaxın Şərq və Avropa bazarlarına çıxarmaq imkanının olmasıdır Körfəz ölkələrinin Cənubi Qafqaza iqtisadi marağı sürətlə artır. Əvvəllər əsasən turizm və daşınmaz əmlak layihələri ilə məhdudlaşan ərəb kapitalı artıq regionda daha böyük və strateji sahələrə yönəlir. Azərbaycan isə bu prosesdə xüsusi mövqeyə malikdir. Enerji, logistika, …
Read More »Makron: Rusiya təcavüzünün bədəlini ödəməlidir
Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Kiyevə son hücumunu pisləyərək Moskvanın “terror siyasətini” sərt tənqid edib. “Rusiya yenidən Kiyevi və ətraf bölgələri hədəf alaraq dinc əhalini bombalamağı seçdi. Raket və PUA-larla həyata keçirilən bu terror siyasəti qəbuledilməzdir”, – deyə Makron bildirib. Fransa liderinin sözlərinə görə, hər yeni hücum bir həqiqəti təsdiqləyir: “Rusiya təcavüzünün bədəlini ödəməli və törətdiyi cinayətlərə görə cavab verməlidir.” …
Read More »İlham Əliyev Fələstinlə imzalanmış sənədi təsdiqlədi
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə Protokol” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi …
Read More »Litvanın Kiyevdəki səfirliyinə zərbə endirilməsi ilə əlaqədar Rusiya nümayəndəsi XİN-ə çağırılacaq
Rusiyanın növbəti hücumu nəticəsində Litvanın Kiyevdəki səfirliyinin binasının zədələnməsi ilə əlaqədar Rusiyanın Vilnüsdəki nümayəndəsi Litva Xarici İşlər Nazirliyinə çağırılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kyastutis Budris “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. Onun sözlərinə görə, Rusiya raketlərinin diplomatik nümayəndəlikdən cəmi bir neçə metr aralıya düşməsindən sonra səfirliyin binasına ziyan dəyib. Diplomatik missiyanın əməkdaşları xəsarət almayıblar. “Ötən …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar