Azərbaycan Turizm Bürosu ilə “Slovakia Travel” arasında əməkdaşlıq memorandumu imzalanıb. Boyukmillet.com xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda baş tutub. Sənədi Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Teymur Süleymanzadə və “Slovakia Travel”in baş icraçı direktorunun müavini Martina Urik Viktorinova imzalayıb.
Read More »Azərbaycan və Slovakiya daxili işlər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
Azərbaycan və Slovakiya arasında daxili işlər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Şuşada Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə iki ölkənin daxili işlər nazirlikləri arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. V.Eyvazov Daxili İşlər Nazirliyinin …
Read More »İlham Əliyev: Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq
Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət yoxdur. Bunu Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib. Dövlət başçısı bildirib ki, Türkiyə və Azərbaycan əhalisi dünyanın bütün ölkələri ilə müqayisədə bir-birinə daha yaxın olan iki ölkədir: “Əməkdaşlığın səviyyəsinə, siyasi, iqtisadi, …
Read More »Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir
Azərbaycan və İordaniya ümumvətəndaş pasportlarının sahibləri üçün qarşılıqlı viza rejimini ləğv edir. Boyukmillet.com xəbər verir ki, müvafiq sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun iordaniyalı həmkarı Əymən Əs-Safadi imzalayıblar. Bundan əlavə, XİN başçıları iki ölkənin hökumətləri arasında energetika sahəsində Anlaşma Memorandumu imzalayıblar.
Read More »ADB Azərbaycanı dövlət maliyyəsinin idarə edilməsi sistemlərinin gücləndirilməsi üzrə proqrama daxil edib
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın da daxil olduğu Asiya-Sakit okean regionu ölkələrində fidusiar qiymətləndirmələrin aparılması və dövlət maliyyəsinin idarə edilməsi sistemlərinin gücləndirilməsi üzrə regional proqramın həyata keçirilməsi üçün 500 min ABŞ dolları məbləğində texniki yardımı təsdiqləyib. Boyukmillet.com ADB-yə istinadən xəbər verir ki, proqram 43 ölkəni əhatə edəcək və 2026-2028-ci illərdə həyata keçiriləcək. Təşəbbüsün əsas məqsədi banka üzv ölkələrdə dövlət maliyyəsinin idarə edilməsi …
Read More »Azərbaycandan tranzit keçməklə Ermənistana 1 000 tondan çox Rusiya mənşəli propan qazı göndəriləcək
Bu gün Azərbaycandan tranzit keçməklə 30 vaqon Rusiya mənşəli, 1 026 ton propan qazı Ermənistana göndəriləcək. Boyukmillet.com xəbər verir ki, qatar Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib. Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
Read More »Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb
Fəaliyyətə başladığı tarixdən indiyədək Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə təxminən 86 milyard kubmetr qaz Türkiyəyə ixrac olunub. Bu barədə Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsindən 19 il ötür. Kəmər vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağından əldə olunan təbii qaz Türkiyə bazarına nəql olunur. Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən …
Read More »Rusiyanın yanacaq böhranı: SOCAR üçün yeni ixrac imkanları yarana bilər
Ukrayna müharibəsinin uzanması Rusiyanın enerji sektorunda gözlənilməz mənzərə yaradıb. Dünyanın ən böyük neft ixracatçılarından biri olan Rusiya enerji infrastrukturuna endirilən zərbələrdən sonra yaranan yanacaq çatışmazlığını aradan qaldırmaq üçün Hindistandan benzin idxalına başlayıb. Reuters-in məlumatına görə, ölkənin bəzi bölgələrində yanacaq normalaşdırılmış qaydada satılır, qiymətlər rekord həddə yüksəlib, Moskva isə tələbatı ödəmək üçün xarici tədarükə üz tutub. Bu proses təkcə Rusiyanın daxili …
Read More »BMT-də Bakı Təhlükəsizlik Forumunun beynəlxalq ictimaiyyətə təqdimatı keçirilib
29–30 iyun tarixlərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-York şəhərində yerləşən Baş Qərargahında “BMT-nin Dördüncü Antiterror Həftəsi” çərçivəsində “BMT Üzv Dövlətlərinin Antiterror Agentliklərinin Rəhbərlərinin Dördüncü Yüksək Səviyyəli Konfransı” baş tutub. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, BMT-nin qlobal antiterror strategiyasının nəzərdən keçirilməsinə və əlaqəli məsələlərə həsr edilmiş tədbirdə Azərbaycan Respublikasını Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xarici …
Read More »Bu ölkələrin vətəndaşları da Azərbaycana vizasız gələcək
Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə Yaponiya və Koreya Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2026-cı ilin 1 iyul tarixindən 2027-ci ilin 1 iyul tarixinədək Azərbaycan Respublikasının ərazisinə turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib. Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yeni qaydalara əsasən, qeyd olunan ölkələrin vətəndaşları göstərilən …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar