Azərbaycan və Braziliya gömrük xidmətləri arasında “2026-cı il üzrə Birgə Gömrük Əməkdaşlığı Planı” imzalanıb. Boyukmillet.com bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir. İmzalanma bu gün Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyasının rəhbəri Fabiano Koelhonun Azərbaycana səfəri çərçivəsində baş tututb. Sənəddə ikitərəfli əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi və gələcək fəaliyyət istiqamətləri müəyyən edilib. Dövlət Gömrük Komitəsində Fabiano Koelho ilə keçirilən …
Read More »Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib
Nərminə Elsevər qızı Mustafayeva Türkiyənin İstanbul şəhərində Azərbaycanın baş konsulu, eyni zamanda Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının daha bir Sərəncamı ilə Zamin Məmməd oğlu Əliyev isə Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb. Digər Sərəncamlarla Qoşqar Aslan oğlu Zeynalov …
Read More »Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb
Azərbaycan hesab edir ki, bərpa olunan enerjinin genişləndirilməsi və enerji səmərəliliyinin artırılması sahəsində mühüm irəliləyiş əldə edilsə də, ciddi çağırışlar hələ də qalmaqdadır. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın bu barədə bəyanatını “Qlobal enerji keçidinin sürətləndirilməsi: bərpa olunan enerji, enerji səmərəliliyi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda qeyri-rəsmi interaktiv dialoqda BMT yanında Daimi Nümayəndəliyin üçüncü katibi Qəmər Səfərova səsləndirib. Bəyanatda qeyd olunub …
Read More »TÜRKPA: ABŞ Konqresinin düzəlişi Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərə bilər
Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Azərbaycana qarşı bir sıra iddiaları özündə əks etdirən düzəlişini Azərbaycan-Ermənistan arasında davam edən normallaşma prosesinə mənfi təsir göstərə biləcək addım kimi qiymətləndirib. Boyukmillet.com xəbər verir ki, bu barədə TÜRKPA-nın Baş katibi Ramil Həsənin bəyanatında bildirilib. Qeyd olunub ki, TÜRKPA bu təşəbbüsün Azərbaycan ilə Ermənistan arasında Cənubi Qafqazda münasibətlərin normallaşdırılması …
Read More »Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb, Özbəkistana təyin olunub
Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Rəşad Məmmədov Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Qeyd edək ki, R.Məmmədov 26 iyul 2021-ci ildən Azərbaycanın Türkiyədəki səfiri vəzifəsində çalışıb.
Read More »Bakıda Almaniya–Azərbaycan Bağlantı Konfransı keçiriləcək
Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) bu il oktyabrın 6-da Bakıda keçiriləcək Almaniya-Azərbaycan Bağlantı Konfransının əsas müzakirə mövzusu olacaq. Bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasından (“AHK Azerbaijan”) bildirilib. Məlumata əsasən, “AHK Azerbaijan” Azərbaycan Hökuməti ilə əməkdaşlıq çərçivəsində təşkil etdiyi konfrans infrastruktur, nəqliyyat, logistika, yaşıl enerji və rəqəmsallaşma üzrə investisiyaların səfərbər edilməsinə həsr olunacaq və Biznes Şurasının yaratdığı institusional impulsu …
Read More »Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir
Ermənistan hökuməti ölkə ərazisində həyata keçirilməsi nəzərdə tutulan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity – TRIPP) layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişini Konstitusiya Məhkəməsinə təqdim edib. Boyukmillet.com xəbər verir ki, bu barədə erməni mediası xəbər yayıb. Xatırladaq ki, 2026-cı il iyunun 4-də Ermənistan və ABŞ TRIPP layihəsinin Ermənistan hissəsinin həyata keçirilməsi …
Read More »Azərbaycan, Türkiyə və Gürcüstandan keçən strateji obyektlərin müdafiəsi ilə bağlı təlim keçiriləcək
Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən hər üç ölkədən keçən strateji obyektlərin müdafiəsi ilə bağlı təlim keçiriləcək Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu ilin noyabrında Azərbaycanda icra olunacaq “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin əsas planlaşdırma konfransı keçirilib. Təlimdə üç ölkənin hərbi qulluqçuları ilə yanaşı, Azərbaycanın Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Azərbaycan …
Read More »Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlanılıb
Moldovanın aşağıbüdcəli aviaşirkəti “FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşların icrasına başlayıb. Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib. Məlumata əsasən, yeni marşrut üzrə iyulun 16-da həyata keçirilən ilk reys Bakı aeroportunda qarşılanıb. Bildirilib ki, Kişineu – Bakı – Kişineu marşrutu üzrə uçuşlar həftədə üç dəfə – çərşənbə, cümə axşamı və bazar günləri həyata keçiriləcək. Yeni marşrut Azərbaycan …
Read More »ABŞ Azərbaycan modelini tətbiq etməyə hazırlaşır
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə ilboyu daimi yay saatı tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib. Boyukmillet com xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb. Məlumata görə, “Sunshine Protection Act” (“Günəş işığının qorunması haqqında qanun”) adlı layihə 308 lehinə, 117 əleyhinə səslə qəbul olunub. Layihə hər il yazda saatların irəli, payızda isə geri çəkilməsi praktikasına son qoymağı nəzərdə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar