Şənbə , 17 Oktyabr 2026
Drone Cameras

Ermənistan və Qırğızıstan Göyçə gölü ilə bağlı sənəd imzaladı

Ermənistan baş naziri Nikol Paşinyan və Qırğızıstan Prezidenti Sadır Japarov arasında görüş zamanı 2027-2028-ci illərdə iki ölkənin mədəniyyət günlərinin təşkili barədə razılıq əldə edilib.

Danışıqlar zamanı siyasi dialoqun gücləndirilməsi, ticarət-iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsi, eləcə də regional sülh və təhlükəsizlik məsələləri müzakirə edilib.

Müzakirələrin nəticələrindən biri də Ermənistan Ətraf Mühit Nazirliyi və Qırğızıstan Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi arasında Göyçə gölü və İssık-Kul gölünün qorunması sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması olub./oxu.az

jvYy3eIaifDGmhui4jZzLzlqWrU77Qww.jpg (63 KB)

Check Also

Rumıniya 2028-ci ildə TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

AQC ilə ANEVAR arasında ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri …