Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (CİDA / СВМДА) 7-ci Sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti rəsmi məlumat yayıb.
Rusiya XİN-dən bildirilib ki, yüksəksəviyyəli beynəlxalq tədbirdə təşkilatın gələcək inkişaf perspektivləri, eləcə də Avrasiya məkanında platformalararası əməkdaşlığın ümumi arxitekturasına inteqrasiya məsələləri əsas müzakirə mövzusu olacaq.
Sammit çərçivəsində regional təhlükəsizlik və etimad mühitinin möhkəmləndirilməsi istiqamətində vacib qərarların qəbul edilməsi nəzərdə tutulur.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
